Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-1/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı icra vərəqəsi üzrə icra üsulunun və qaydasının dəyişdirilərək, icra predmeti olan ümumi paylı mülkiyyətdəki ünvan 1 ünvanındakı evin 47 saylı mənzilinin hazırki real bazar qiyməti müəyyən edildikdən sonra onun hərracdan satılması və sonrakı əməliyyatların həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsi ilə iş üzrə iddiaçı Tələbkar və iş üzrə cavabdeh X5 məxsus Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi 41 saylı evin 47 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 265.000 (iki yüz altmış beş min) manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin 1/2 hissəsi iddiaçı Tələbkar, 1/2 hissəsi cavabdeh X5 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manat hissəsi iddiaçı Tələbkar, 50 manat hissəsi cavabdeh X3 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. Bundan sonra, Tələbkar başqa bir iddia tələbi əsasında Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4876/2021 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X5 qarşı “mənzildən istifadə hüququnun müəyyən olunması, mənzilə həmin hissədə köçürülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Tələbkar Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi 41 saylı evin 47 saylı mənzilinə köçürülməsi qət etdilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4876/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası həvalə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən borcluya ünvanlanan 11 oktyabr 2023-cu il tarixli, 11643-234592/21-5-15 saylı digər bir məktubla tələbkarın, yəni Tələbkar Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi 41 saylı evin 47 saylı mənzilinə köçürülməsinin 13 oktyabr 2023-cü il tarixə, saat 11:00-a təyin olunduğu bildirilmiş və X6 tələbin icrasına etiraz etmədiyini İcra şöbəsinə bildirmişdir. Bir neçə gün öncə isə X5 ünvanlanmış 28 noyabr 2023-cü il tarixli, 72 №-li məktubla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-550/2020 №-li, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar “Açıq hərracın keçirilməsi barədə” 101 saylı bldirişlə, X2 Mərkəzinin vasitəçiliyi ilə tələbkarla X4 ümumi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 41 saylı evin 47 saylı mənzilinin 22 dekabr 2023-cü il tarixdə 255000 (iki yüz altımış beş min) manata açıq hərracdan satılması üçün hərraca çıxarılacağı bildirilib və hərracın keçirildiyi ünvan olaraq da ünvan 4aza"nın yerləşdiyi binanın 1-ci korpusunun 6-cı mərtəbəsi göstərilib. Halbuki mənzilin bu gün ki qiyməti 500000 (beş yüz min) manatdan artıq qiymətləndirilir. Ümumi mülkiyyətdə olan əmlakın (mənzilin), hazırki real bazar qiyməti müəyyən edilmədən illər öncə (dörd il qabaq) məhkəmənin müəyyən etdiyi köhnə qiymət əsasında hərraca çıxarılmasını tamamilə qanunsuz, ədalətsiz, mülki qanunvericiliyin, konstitusiya qanunvericiliyin, habelə hüququn ümumi prinsiplərinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tələblərinə ziddir və belə əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53cü və Mülki Məcəllənin 414-416-cı maddələrində müəyyən edilmiş qaydada realizə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 və 416.2-ci maddələrinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu səbəbdən məhkəmədən ərizənin təmin edilməsi xahiş edilmişdir. Borclunun ərizəsinə baxan məhkəmə ərizə ilə razılaşmayıb, xx.xx.2024-cü il tarixdə qəbul etdiyi qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsinin icrası üsulunun və qaydasının dəyişdirilməsi barədə X1 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qənaətinə gəlmiş, qəbul etdiyi qərardad borclu tərəfindən mübahisələndirilsə də, qərardadı qüvvədə saxlayıb, işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(103)-197/2024 saylı qərardadı ilə X1nın şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(006)-99/2024 saylı qərardadının ləğv edilməsi və ərizəyə yenidən baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə qətnaməsinin qəbul edilməsindən 4 ildən artıq vaxtın keçməsi, bu müddət ərzində daşınmaz əmlak bazarında qiymət dəyişiminin baş verməsinin real olması, bu baxımdan yalnız məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əmlakın qiymətinin preyudisiallığına istinad etməklə rədd edilməsinin hüququ əsasının olmaması əsas gətirilərək, ərizəyə yenidən baxılmalı olması məhkəmənin diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərardadında ifadə etdiyi mövqeyə uyğun olaraq işi baxışa təyin etmişdir. Məhkəmə iclasında Tələbkar ekspert rəyi ilə razı olduğunu bildirdi və məhkəmədən əmlakın ilkin satış qiymətinin rəydə qeyd olunan məbləğdə müəyyən olunaraq icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsini xahiş etdi. İcra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyə əsasən ərizəyə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri, habelə ərizənin hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş 2(006)-550/2020 saylı məlum işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 saylı evin 47 saylı mənzili üzərində Tələbkar və X4 ½ hissədə payları qeydə alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsinə əsasən tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi 41 saylı evin 47 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 265.000 (iki yüz altmış beş min) manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin 1/2 hissəsi iddiaçı Tələbkar, 1/2 hissəsinin cavabdeh X5 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manat hissəsinin iddiaçı Tələbkar, 50 manat hissəsinin cavabdeh X3 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir (Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-4574/2020 saylı qətnaməsinə əsasən sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır). - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4876/2021 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdeh X5 qarşı “mənzildən istifadə hüququnun müəyyən olunması, mənzilə həmin hissədə köçürülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Tələbkar Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi 41 saylı evin 47 saylı mənzilinə köçürülməsi qət etdilmişdir - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya ünvanlanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/173 saylı rəyinə əsasən tədqiq olunan mənzilin ümumi sahəsinin 139.1 kv.metr təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi 41 saylı binada yerləşən 47 saylı mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 395.000 manat müəyyən edilir. Ekspertiza xərci 100 manat təşkil edir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-1/2025 saylı qərardadı ilə X1nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında ifadə edilmiş mövqeyə uyğun olaraq Mülki prosessual qanunvericilikdə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması da müəyyən edilmişdir (Mülki Prosessual Məcəllənin 231-ci maddəsi). Məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərin birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusu deməkdir. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtinin) dəyişdirilməsində ifadə olunur və belə yanaşma Konstitusiyanın 60-cı maddənin İ hissəsinin tələblərinə cavab verərək, qətnamənin icra qaydasının dəyişdirilməsini işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitəsi kimi qiymətləndirilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında ifadə edilmiş mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına görə mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, işdən olan sənədlərdən görünən odur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsi əsasında tərəflərin paylı mülkiyyətlərində olan və ünvan 5 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 265.000 manat müəyyən olunaraq, satış nəticəsində əldə olunacaq vəsaitin bərabər hissədə Tələbkar və X5 ödənilməsi qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəməsində mübahisələndirilsə də, dəyişiklik edilmədən saxlanıldığı üçün qüvvəsini aldıqdan sonra icra şöbəsinə yönəldilmiş və icra sənədi üzrə icraata başlamaq haqqında qərarın qəbul edilməsi ilə tələbin təmin olunması istiqamətində icra tədbirlərinin icrasına başlanılmışdır. Lakin görünən odur ki, icra sənədi bu vaxtadək icra olunmamışdır. Hazırda ərizə ilə müraciət edən borcludur. Borclunun bildirdiyinə daşınmaz əmlakın satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən olunub. Lakin qətnamənin qəbul edilməsindən uzun müddət keçib. Bu müddət əmlakın real bazar dəyərinin artımına bilavasitə təsir edən amil olmaqla, bu halların nəzərə alınması və əmlakın hazırki dəyərinə uyğun satışa çıxarılması ədalət baxımından zəruridir. Ərizəyə münasibətdə isə tələbkar etiraz etməmişdir. Borclunun ərizəsində qeyd etdiyi xüsusatların araşdırılması, yəni qətnamənin qəbul edildiyi vaxtdan bu vaxta kimi əmlakın bazar dəyərində dəyişikliyin olub-olmamasının müəyyən edilməsindən ötrü ekspertiza təyin edilmiş və daxil olmuş rəyi ilə həqiqətən də əmlakın dəyərinin artması müşahidə olunur. Qeyd olunmalıdır ki, qətnamənin icra qaydasının dəyişdirilməsi barədə məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Yəni belə bir zərurət, bir qayda olaraq o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Hazırda da işin halları qətnamənin icra qaydasının dəyişdirilməsinə əsas yaratdığı kimi bu hal həm də hər iki tərəfin mənafeyinə cavab verir. Bu baxımdan məhkəmə qətnamənin icrasını hər iki tərəfin mənafeyinə cavab verən şəkildə təmin etmək naminə onun icra qaydasının əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilərək, ilkin satış qiymətin rəydə qeyd edilən məbləğdə müəyyən edilməli olmasını zəruri bilir. Bundan başqa, borclu məhkəməyə vermiş olduğu ərizəsində əmlakın satış qiymətinin artımına istinad edib, qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsini xahiş etmişdir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilməsi yolu ilə əmlakın cari bazar dəyəri müəyyən edilmişdir. Sonradan borclu tərəf təkrar ekspertizanın keçirilməsini tələb edib, bu dəlilini əmlakın dəyərinin daha yüksək olması ilə əsaslandırmış olsa belə, istinad etdiyi hallarla əlaqədar məhkəməyə alternativ sənəd (rəy və s.) təqdim etməmişdir. Bu səbəbdən məhkəmə borclunun təkrar ekspetizanın təyin edilməsi barədə vəsatətinə ayrıca akt şəklində qəbul etdiyi qərardadla qiymət verdiyi üçün əlavə olaraq həmin məsələlərə bir daha qiymət verməyə zərurət görmür. Beləliklə məhkəmə işin hallarına və işdə olan sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsinin “mənzilin ilkin satış qiymətinin 265.000 (iki yüz altmış beş min) manat müəyyən edilməsi” hissəsində icra qaydası dəyişdirilərək, tərəflərin paylı mülkiyyətində olan və açıq hərrac vasitəsilə satışı nəzərdə tutulan Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi 41 saylı evin 47 saylı mənzilinin ilkin satış qiyməti 395.000 (üç yüz doxsan beş min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə hər iki tərəfin mənafeyinə cavab verdiyi üçün ekspertiza tədiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manatı X3, qalan 50 manatı isə Tələbkar tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsinin “mənzilin ilkin satış qiymətinin 265.000 (iki yüz altmış beş min) manat müəyyən edilməsi” hissəsində icra qaydası dəyişdirilərək, tərəflərin paylı mülkiyyətində olan və açıq hərrac vasitəsilə satışı nəzərdə tutulan Bakı şəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsi 41 saylı evin 47 saylı mənzilinin ilkin satış qiyməti 395.000 (üç yüz doxsan beş min) manat müəyyən edilsin. Ekspertiza tədiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manatı X3, qalan 50 manatı isə Tələbkar tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-1/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-1/2025
06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver