Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-101/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Tələbkar nümayəndəsi və vəkili X10 iştirakı ilə, Borclu Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)- 1895/2022 nömrəli iş üzrə cavabdehlər X11 və Borclu iddiaçı Tələbkar mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X48 küçəsi 13-cü keçid ev 143a ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə xx.xx.2022-ci il tarixli, 2(006)-1895/2022 nömrəli qətnamə qəbul edilmişdir. Həmin fərdi yaşayış evində əvvəllər yaşamışlar. Qardaşı Xasay öz ailəsi ilə orada yaşamağa başladıqdan sonra onlar həmin fərdi yaşayış evinə bitişik olan, kommunal xətləri də ayrı olan, eləcə də bütün dövlət qurumlarında Bak şəhəri Nəsimi rayonu X48 küçəsi ev 2, mənzil 143 kimi qeyd olunmuş ünvanda mərhum qardaşı Həsənov Füzuli və digər qohumlarında yaşamışlar. Yaşadıqları yuxarıda qeyd olunan ünvan mərhum qardaşı Həsənov Füzuli tərəfindən tikilmiş və təmir olunaraq istifadə olunmuşdur. Tikilinin yerləşdiyi torpaq sahəsi isə dövlətin mülkiyyətində olmuşdur. Yəni ki, qeyd olunan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-1895/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, 2(006)-1895/2022 nömrəli qətnaməsinin onların yaşadıqları sahəyə heç bir aidiyyəti olmamışdır. Qətnamədə nəzərdə tutulan sahədən isə onlar xeyli vaxt öncədən çıxmışlar. Lakin iş üzrə qətnamə icraya yönəldildikdən sonra icra məmuru X3 fərqli mövqe nümayiş etdirərək onların yaşadıqları sahədən də çıxmalı olduqlarını bildirdi. Belə ki, icra məmuru qətiyyətlə yaşadıqları və qətnamə üzrə iddiaçı, icra işi üzrə Tələbkar və heç bir şəxsin mülkiyyətində olmayan, 1993-cü ildən onların istifadəsində olan, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində tərəflərindən tikilmiş özbaşına tikilidən çıxarılmalarını tələb etmiş və icra hərəkətlərinə başlamışdır. Həmin vaxt onlar icra məmuruna etiraz edərək onlara bildiriş vermədiyini, qanunvericiliklə nəzərdə tutulmuş müddətləri gözləmədən, onların mövqeyini nəzərə almadan qanunsuz şəkildə, öz səlahiyyətlərindən sui-istifadə elməklə, hansısa şəxsi maraqlarına görə özbaşına davranıb onların hüquqlarını pozduğunu izah etsələr də, ünvanların fərqli olduğuna dair sübutlar və faktlar təqdim etsələr də, icra məmuru israrla həmin qətnamənin onların yaşadıqları və Tələbkar mülkiyyətində olmayan sahəyə də aid olduğunu bildirmişdir. İcra məmurunun qətnaməni yalnış qəbul etdiyini və əsassız yerə aidiyyəti olmayan yerdən onları çıxarmağa çalışdığını nəzərə alaraq tərəflərindən dərhal qətnamənin izah olunması ilə bağlı xx.xx.2024-cii il tarixdə Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Buna baxmayaraq həmin gün icra məmuru iki nəfər mülki şəxs vasitəsilə yaşadıqları ünvana tələsik məktub göndərərək xx.xx.2024-cü il tarixdə saat 11-də onların yaşadıqları sahədən məcburi çıxarılacaqlarına dair məlumat vermişdir. xx.xx.2024-cü il tarixdən sonra icra məmuru bunu da nəzərə almayaraq icra hərəkətlərini dayandırmaq istəməmişdir. Etirazları ilə yanaşı müvafiq qətnamənin izahı ilə bağlı məhkəməyə ərizə ilə müraciət etdiklərini bildirdiyi üçün icra məmuru icra hərəkətlərini qeyri-müəyyən müddətə təxirə salmışdır. Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(006)-1895/2022 nömrəli qərardadı xx.xx.2024-cü iİ tarixdə elektron məhkəmə portalına yüklənmişdir. Qərardad yerləşdirildikdən bir gün sonra yəni xx.xx.2024-cü il tarixdə icra məmuru icra hərəkətləri barədə əvvlcədən heç bir bildiriş göndərmədiyi, sənədlər təqdim etmədiyi halda bütün etirazlarına rəğmən icra hərəkətlərinə başlamışdır, həmin tarixdə onun göstərişi ilə onlar mənzildən çıxarılmış, mənzilləri isə sökülmüşdür. İcra məmuruna qətnamədə qeyd olunan Bakı şəhəri Nəsimi rayonu X48 küçəsi 13-cü keçid ev 143a ünvanında yaşamadıqlarını, həmin ərazini uzun müddət əvvəl könüllü olaraq tərk etdiklərini bildirsələr də, o, dediklərinə və sübutlarına etinasız yanaşmış, məsələdə fərqli və qərəzli mövqe nümayiş etdirmişdir. Halbuki onlar dəfələrlə qətnamədə qeyd olunan ünvanla qonşuluqda olan ev 143 ünvanında yaşadıqlarını bildirmişlər. Həmin fərdi yaşayış evinə hüquqmüəyyənedici sənədlərinin olmadığı üçün müvafiq qətnamə əsasında oranı tərk etməli olduqlarını demişdir. Ancaq məhkəmə müvafiq qətnamədə ev 143 ünvanı və oranı tərk etmələri barədə heç bir məsələyə toxunmamışdır. Qeyd edir ki, dövlət mülkiyyətində olan sənədsiz torpaq sahəsi 30 ildən çoxdur ki, onların istifadəsində olmuşdur. Həmin sahə vaxtilə yararsız vəziyyətdə olmuşdur, lakin onlar təmir-bərpa işləri apararaq oranı yaşayış evi kimi uzun illər istifadə etmişlər. Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilən sorğuya cavab məktubunda mərhum X27, mərhum X19, X36, X28, X12 1993-cü ildə Qubadlı rayonu Həkəri kəndindən məcburi köçkün düşüb həmin tarixdən Bakı şəhəri Nəsimi rayonu X48 küçəsi 13-cü keçid ev 143 ünvanında məskunlaşdığı qeyd olunub. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunalı Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, mərhum X28, X13, Borclu, X29, X37 və X20 Bakı şəhəri Nəsimi rayonu X48 küçəsi 13-cü keçid ev 143-də yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Mərhum qardaşı X28 Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8243/2023 nömrəli qərarı ilə Bakı şəhəri Nəsimi rayonu X48 küçəsi 13-cü keçid ev 143 ünvanda qeydiyyata düşmüşdür, qeyd olunanları icra məmuruna dəfələrlə bildirsələr də, o, aşkar qərəzli davranışlar nümayiş etdirmiş, qanunazidd hərəkətləri ilə hüquqlarının pozulmasına zəmin yaradacaq mövqe nümayiş etdirmişdir. xx.xx.2024-cü il tarixdə icra məmuru yenidən heç bir bildiriş göndərmədən icra hərəkətlərinin yerinə yetirilməsi üçün ünvana gəlmişdir. Halbuki, onlara məcburi icra hərəkətlərinin vaxtı barədə məlumat verilməli, bildiriş təqdim olunmalı idi. Hazırda sözügedən ünvanda yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının tanınması üçün Bakı İnzibati Məhkəməsində icraatda olan iddiaları vardır. Bu və digər xüsusatlar - Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunalı Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi və Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışların olması, həmin həyətdə 2 fərqli ünvanın olması, kommunal xidmətlərin X12 adına qeydiyyatda olması, hər ünvan üçün sayğacların ayrı olması barədə icra məmuruna dəfələrlə məlumat versələr də, o, məsələyə həmişəki kimi biganə yanaşaraq icra hərəkətlərini dayandırmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsində Şamxal müəllimə, Nəsimi rayon İcra və probasiya şöbəsinin rəisi Yavər Allahverdiyevə, qaynar xəttə müraciət edərək icra məmurunun hərəkətləri və sökülünün qanunsuz olması barədə məlumat vermişlər, söküntü olacağı təqdirdə bunun bərpasının mümkün olmadığını və illərdir yaşadıqları yerdən əsassız olaraq çıxarılmalarının tələb olunduğunu bildirmişlər. Məcburi icra hərəkətlərinin təxirə salınmasını və ünvanla bağlı məsələnin yenidən ətraflı şəkildə araşdırılıb qərar verilməsini xahiş etsələr də, müraciətlərinin heç biri nəzərə alınmamışdır. Nəticədə onlara ciddi şəkildə maddi və mənəvi ziyan dəymişdir və 30 ildən artıqdır məskunlaşdıqları, istifadələrində olan, tikib bərpa etdikləri yaşayış sahəsindən qanunsuz olaraq məhrum olmuşlar. Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsində söküntü ilə bağlı heç bir göstəriş olmadığı halda evləri icra məmuru X2 nəzarəti altında sökülmüşdür. İcra məmurunun özbaşınalığı və qanunsuz bərəkətləri ailələrin illərdir yaşadığı evdən məhrum olmasına qədər gətirib çıxarmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-101/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(103)-170/2024 nömrəli qərardadı ilə Borclu şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən borclunun nümayəndəsi və vəkili Vəkil1 ərizədə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evin qanunsuz sökülməsi faktdır. Bu fakt Bakı İnzibati Məhkəmənin qərarı ilə öz təsdiqini tapmışdır. Onlar Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişlər, lakin qəbul olunmamışdır. Hacıyev Kamilin çıxarışında onun mülkiyyətində olan torpaq sahəsinin 0,2030 ha olması göstərilmişdir. 20 sot mülkiyyətində olan evlə digər evin üstüstə düşməsi mümkünsüzdür. Borclunun evinin yerləşdiyi torpaq sahəsi 0,058 ha-dır və dövlət mülkiyyətindədir. O evin yerləşdiyi ünvanının torpaq sahəsi dövlətə məxsusdur. Əsassız sökmənin əsasında Tələbkarlə bağlı cinayət işi başlanılmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyev izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(003)-1895/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar onun tərəfindən icra sənədində göstərilən ünvanın boşaldılması həyata keçirilmiş, o öz işini qanuni şəkildə görmüşdür. H.Məmləkətə evdən çıxması ilə bağlı 1 dəfə xəbardarlıq olunmuşdur. 2-ci dəfə də yasları olduğu üçün icra hərəkətlərinin həyata keçirilməsi təxirə salınmışdır. Martın 28-i artıq işi icra etmişdir. ünvan 10 Tələbkar məxsusdur. O ərazidə olan torpaqlar dövlətə məxsusdur. Yanındakı evlər villadır. İddiaçı tərəf göstərmişdir ki, ünvan 10 hansı evdir və həmin evdən də borclunu çıxarmışdır. Tələbkarın orada söküntü aparmağının ona heç bir aidiyyətı yoxdur. Söküntü işlərinin onun nəzarəti altında deyil, tələbkarın öz hesabına həyata keçirilmiş və yalnız icra sənədinin tam icrasını, daşınmaz əmlakın boşaldılaraq Tələbkar təhvil verilməsini başa çatdırmaqdan, yəni boşaldılmış əşyaların həmin ərazidən tam çıxarılmasının təmin olunmasından ötrü gözləmiş və mülkiyyətçi olan tələkbarın hərəkətlərinə müdaxilə etmək səlahiyyəti olmamışdır. Evin borclulara məxsus olması ilə bağlı heç bir sənəd mövcud deyildir. Borclunu evdən çıxararaq tələbkara evi təhvil vermiş, buna baxmayaraq 2-3 saat sonra yenidən borclu evə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını ona görə ləğv edib geri göndərib ki, bütün məsələlər tam araşdırılmayıb. 2021-ci ilin fevralın 11-də xəstə qardaşları Həsən rəhmətə gedəndən sonra Füzuli və Məmləkət gəlib o evi zəbt etdilər. 3 instansiya məhkəməsi də qərar vermişdir ki, Bakı şəhəri Nəsimi rayonu X48 küçəsi 13-cü keçid ev 143a ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehlər X7 və Borclu geri alınaraq Tələbkar mülkiyyətinə qaytarılsın. Tikintinin dayandırılması ilə bağlı müvəqqəti təminat tədbiri barədə qərar var idi ki, tikinti dayandırılsın, lakin onlar qanunsuz olaraq davam etdilər. Tələbkar özü evi söküb ki, sonradan gəlib o evi zəbt etməsinlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Borclu bacısı oğludur. Tələbkar və icra məmuru Xudaverdiyev Murad öz dəstələri ilə evə hücumlar etmişlər. 2 dəfə evi söküblər. Həyətdə qaraj var, onu söküblər. Dəfələrlə ordu kimi evə hücum edirdilər. 28 mart 2024-cü il tarixdə dövlət tədbirində olmuşdur. Axşam evə gələndə görmüşdür ki, evi söküblər. H.Məmləkət deyir ki, birdən şüşəni sındırdılar, əlil uşağın üstünə sınıqlar tökülmüşdü. Sökülmələr zamanı icra məmuru Murad Xudaverdiyev ora dəfələrlə gəlmişdir. Xudaverdiyev Muraddan qanunsuzluq etdiyi barədə soruşduqda Prezidentin qanunsuz tikililərlə bağlı fərmanı var deyir. Deyir ki, bura Tələbkar evidir. Həmin torpaq isə dövlətin mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, borclunun ailəsi ilə yaxın münasibətləri vardır. Belə ki, atası H.Məmləkətin qardaşı F.Həsənovla bir yerdə müharibədə döyüşmüşdür. Atası şəhid olmuş, F.Həsənov isə veteran olmuşdur. Fevralın 13-də xərçəng xəstəliyindən vəfat edib. Elə həmin evdə qeydiyyatda olub. Bu hadisələr baş verəndə Ruslanla bərabər olmuşdur. Zəng gəlmişdir ki, icra məmuru deyib ki, “sabah gələcəyik, çıxarılacaqsınız”. Mart ayının 5-də icra məmurunun yanına gəlmişlər. İcra məmuru Murad Xudaverdiyevlə söhbət edib, sənədləri təqdim edərək bildirmişlər ki, həmin ərazidə iki mənzil var, əgər çıxarılma ilə bağlı gələcəksə, onsuz da ora boşdur, heç kim yaşamır. İcra məmuru dedi ki, orada 2 yer varsa, ekspertiza rəyi alın. 2 nəfər mülki şəxs təcili qapını döyüblər. H.Məmləkətin oğlu əlildir. Kağızı veriblər H.Məmləkətə ki, burada icra hərəkətləri aparılmalıdır. Sabahı gün H.Ruslanın atasının da, onun atasının da köhnə döyüş yoldaşları ilə əraziyə gediblər. İcra məmuru əraziyə gələrək demişdir ki, burada icra hərəkətləri olmalıdır. Vəkilləri də iştirak etmişdir. Çıxarışda Tələbkar mülkiyyətində olan evin nə qədər olduğunu soruşmuşdur. İcra məmuru 72.60 kv.m olduğunu bildirmişdir. Demişdir ki, ev ölçülsün, nə qədər artıqdırsa, həmin hissədə evdən çıxsınlar. İcra məmuru evə dair hansı sənədin olduğunu soruşanda, onlar evin dövlət mülkiyyətinə olan torpaq sahəsində yerləşdiyini bildirmişlər. Ev şəxsi tikili deyil, qanunsuz tikilidir. Prezidentin də qanunsuz tikililərlə bağlı fərmanı var. Həmin gün Q.Zaməddinlə razılaşmaq üçün təxirə saldılar. Növbəti gün Q.Zaməddin adam göndərərək bildirmişdir ki, çıxın, sizə 2 otaqlı ev alacağıq. C.Orxan təklif etmişdir ki, 6 sot torpaqdır, ortadan bölünsün. Çıxarışın saxta sənədlərlə alınması ilə bağlı hal-hazırda iş gedir. Guya ki, bu ev 2017-ci ildə tikilib. İcra Hakimiyyətini məlumatlandırıb ki, evi tikməyə başlayıb. Qəbzlər var, bunların saxta sənəd olduğu sübut olunmuşdur. 2014-cü ildə H.Ruslanın toyu olub, görüntülər var, 2011-ci ildə orada Ruslanın qardaşının toyu olmuşdur. Onun da görüntüləri var. Mart ayının 27-i - bayramdan sonra X.Muradın rəhbərliyi ilə bir qrup şəxs evə hücum edib evdəkilərin əl-qollarını bağlayaraq çıxarıblar. X.Muradın iştirakı ilə ev sökülməyə başlanılmışdır. İcra məmuru gedəndən sonra Tələbkar evi bütün sökdü. C.Orxan sonra demişdir ki, Bakı İnzibati Məhkəməsində 48 kv.m-lə bağlı iş vardır. X.Murad Q.Zaməddinə dedi ki, buranı təcili sökün, məhkəmə ekspert göndərəcək ki, gəlsin, görsün ki, layihə ilə ev yerindədir. İcra məmuru çıxıb getdi. Özü layihəyə uyğun yenidən evi tikmişdir. Ondan sonra X.Murad yanğınsöndürən maşın ilə gəldi. Jurnalistlər də gəlmişdi. X.Murada dedilər ki, əgər burada qanuni icra hərəkətləri edirsinizsə, nəyə görə təcili tibbi yardım maşını yoxdur? 6 dəfə X.Murad, 5 dəfə Q.Zaməddin əraziyə gəlmişdir. X.Muradın cəzalandırılması ilə bağlı rəsmi məktub almışlar ki, icra hərəkətlərini düzgün aparmayıb. İş o vəziyyətə çatdı ki, polis idarəsinin rəhbərliyi onunla görüşmüşdür. Vahid müəllimin qəbuluna yazılmışdır. Deyiblər ki, “gəl səninlə barışıq edək. Polis nəfərləri də gəlməsin, bir şərtlə ki, əlinizdə olan video görüntüləri yaymayın”, bu şərtlə onlarla razılaşmışdır. Sonra X.Murad fəhlələrlə davam etdi. Orada X.Murada demişdir ki, torpaq dövlətindir, gəl göstər ki, Zaməddinin torpağı haradır və onlar da həmin ərazidən çıxsınlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, Borclu qardaşı oğludur. İcraçılar əraziyə gəlmişlər, ondan əlavə Q.Zaməddin də qanunsuz olaraq gəlmişdir. İddia edir ki, eskiz layihəsi əsasında ev tikilib. 2014-cü ildə orada toyu olmuşdur. Uşaqlığı orada keçmişdir. Bu problemi qaldırıblar, neçə ildir ki, icraçılar gəlirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, Xudaverdiyev Muradın yanında könüllü kimi fəaliyyət göstərir. X.Muradın yanında icra həkətləri zamanı 2 dəfə iştirak etmişdir. Evin sökülməsində iştirak etməmişdir. Qeydlər aparmışdır, sonra icra məmuru akt tərtib etmişdir. Yerli baxış zamanı şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, Borclu qardaşıdır. 1993-cü ildən 2024-cü ilin aprel ayının 27-nə kimi Bakı şəhəri Nəsimi rayonu X48 küçəsi 13-cü keçid ev 143A ünvanında yaşamışdır. Q.Zaməddin məcburi köçkün düşəndə yaşamaq üçün evi ona vermişdir. H.Natiq qonşunun evi İbrahimov Kamilin evində, yəni Bakı şəhəri, Nəsimi rayonu, X48 küçəsi ev 2 mənzil 143 ünvanında qeydiyyatdadır. Borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, yekun məhkəmə iclasına gəlməmişlər. Borclunun nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə icra məmurunun və borclu tərəfin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni (şikayəti), ona əlavə edilmiş sənədləri və həmin şikayətin bağlı olduğu icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(003)-1895/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdehlər Borclu və X23 qarşı «zəbt olunmuş fərdi yaşayış evindən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X48 küçəsi 13-cü keçid ev 143a ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehlər X7 və Borclu geri alınaraq Tələbkar mülkiyyətinə qaytarılması; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X7 və Borclu onun xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-551/2023 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3632/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon icra şöbəsinin icra məmurları Murad Xudaverdiyev və Ramin Quliyev, Nəsimi rayon 20-ci polis şöbəsinin sahə müvəkkili Anar Bayramov, FHN-nin Nəsimi rayon 19-cu YMB-nin rəis müavini Sadıq Quliyev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə ünvan 10 ünvan boşaldılmaqla Tələbkar təhvil verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyat İdarəsinin FM seriyalı 024448 saylı Qeydiyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsindəki 2 saylı evin 143 saylı mənzilinin mülkiyyətçisi X8r. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X62i Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Akademik H.Əliyev küçəsindəki 143 saylı evin mülkiyətçisi X9r. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X62i Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Akademik H.Əliyev küçəsindəki 13-cü keçid ev 143 A saylı evin mülkiyətçisi Tələbkardur. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X62in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Akademik H.Əliyev küçəsindəki 143 saylı fərdi yaşayış evi X4 və Bakı şəhəri, Nəsimi rayonu, Akademik H.Əliyev küçəsindəki 13-cü keçid ev 143 A saylı fərdi yaşayış evi Tələbkar adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Tələbkar barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi, həmçinin başqa maddələr ilə cinayət işinin istintaqı aparılmır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-388/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə təqsirləndirilən Tələbkar barəsində 2 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(103)-832/2024 nömrəli qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-388/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, Tələbkar barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü X14 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8243/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından X4 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmaması və geri qaytarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-12248/2024 nömrəli qərarı ilə X4 cavabdeh AR DİN Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X31) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi təmin edilmiş, X12 Bakı şəhəri, Nəsimi rayonu, X50 küçəsi ev 2 mənzil 143 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında olan su ölçən cihazı X14 adına quraşdırılmışdır. Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinin 10-20/23 saylı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görnür ki, məhrum X27 məhrum X19, mərhum X36, X32 və X33 1993-ü ildə Qubadlı rayonu Həkəri kəndində məcburi köçkün düşmüş və həmin tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında məcburi köckün kimi məskunlaşmışlar. Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunalı Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 12 saylı məktubunun surətindən görünür ki, X28, X13, X15, X29, X31 və X20 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(103)-338/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(006)-168/2024 saylı qərardadı - X12 Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 13-cü keçid, ev 143a ünvanda yerləşən fərdi yaşayış evinə girişinin qadağan edilməsi hissəsində ləğv edilməsi, iddiaçı Tələbkar “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizəsinin - X12 Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 13-cü keçid, ev 143a ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə girişin qadağan edilməsi hissəsində rədd edilməsi qərara alınmışdır. "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında hal-hazırda 3 aktiv kod və bir passiv kod mövcuddur, bunlardan X34, X35 və Tələbkar Cavanşir oğlu aktiv kod və Həsən Həsənov passiv kod Tələbkar Cavanşir oğlunun adına keçmişdir. «Azəriqaz» İB-nin xx.xx.2024-cü il tarixli 14-2-2-4/2-991/2024 saylı məktubunun srətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında quraşdırılmış **********8 nömrəli sayğac üzrə **********01431 saylı abonent kodu xx.xx.2013-cü il tarixdən X5 adına olmuş və xx.xx.2016-cı il tarixdən X24 adına, xx.xx.2022-ci il tarixdən Tələbkar adına keçirilmiş, sts ********** nömrəli sayğac üzrə **********01434 saylı abonent kodu xx.xx.2010-cu il tarixdə X16 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası «X18»nin 13 saylı xx.xx.2022-ci il tarixli rəyinin surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, X1 olan həyətyanı torpaq sahəsi üzrə aparılmışdır. Müraciətlə əlaqədar, Bakı, şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, X1 olan həyətyanı torpaq sahəsinə ekspertiza baxışı keçirilmişdir. Baxış zamanı naturada mütəxəssisə təqdim olunan torpaq sahəsinin hüdudları yüksək dəqiqiikli GPS ölçü aləti vasitəsilə ölçülmüşdür. Naturada qeydə alınan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları xüsusi coğrafi informasiya proqramlarının köməkliyi ilə ərazinin elektron ümumi ərazi xəritəsi və eləcə də aerofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Mütəxəssislər qarşısında qoyulmuş sual mövcud torpaq qanunvericiliyinə uyğun olaraq araşdırılmış və nəticə aşağıdakı kimi müəyyən edilmişdir:
1. Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, X1 olan həyətyanı məqsədli torpaq sahəsinin faktiki coğrafi məkan göstəriciləri (eni, uzunu və döngə nöqtələrinin koordinatları) müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan ərazidə yerləşir və sahəsi faktiki olaraq 0.0584 ha təşkil edir. Tərəqqi MMC-nin 03 saylı xx.xx.2024-cü il tarixli hesabatının surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsindəki 02 saylı evin, 143 saylı mənzilin ümumi sahəsi 48,85 kv.m və 143 a saylı mənzilin ümumi sahəsi 72,6 kv.m təşkil edir və Bakı şəhəri, Nəsimi rayonu X47 küçəsi 13-cü keçid ünvanında 0,058 ha toıpaq sahəsində baxış zamanı 2 ədəd fərdi yaşayış evinin yerləşdiyi müəyyən olundu. Təqdim olunmuş texniki sənədlərdə fərdi yaşayış evlərinin biri 143 saylı, digəri isə 143 A saylı kimi qeyd olunub. Fərdi yaşayış evlərinin hər birinə ayrı-ayrılıqda kommunal xidmətlər göstərir. Belə ki, hər biriııin ayrılıqda su, işıq, qaz sayğasları və abonent kodları vardır. Baxış zamanı 143 saylı fərdi yaşayış evinin, köhnə tikili və taxtadan 143 A saylı fərdi yaşayış evinin isə daha yeni mişar daşından inşa oldunduğu müəyyən:olundu. 143 saylı fərdi yaşayış evinin texniki göstəriciləri (sahəsi) 143 a saylı fərdi yaşayış evinin texniki göstəriciləri ilə üst-üstə düşmür və tam ayrı ayrılıqda yaşayış sahələrdir: Hər iki fərdi yaşayış evinin həyətinə giriş bir qapıdandar, fərdi yaşayış evlərinin girişi isə ayrıdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X62 Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətdə qeyd edilmiş ünvanlardan ikisi Nəsimi rayon Sukanal idarəsiniı abonent bazasında qeydiyyatda olması faktı öz əksini tapmışdır.
1. ünvan 20 ünvanın abonent kodu (kod-**********430) və suölçən cihaz (İSS-20M-20 markalı, №-********) Natiq Həsənovun adına qeydiyyatdadır;
2. ünvan 21 ünvanın abonent kodı (kod-**********120) isə Tələbkar adına rəsmləşmişdir. Bu ünvanda suölçən cihaz olmadığından adambaşına düşən istehlak normasına uyğun olaraq hesabat verilir. İcra işinin materiallarında olan: Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, e- 2(006)-1895/2022-018 nöməli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə X25 bildiriş göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları Murad Xudaverdiyev, Ramin Quliyev, tələbkar və nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 22 ünvanında yerləşən fərdi yaşayış evinə gəldikdə borclulardan Borclu evdə olmadığı, digər borclu Füzuli Həsənovun isə vəfat etdiyi müəyyən edildiyindən icra tədbiri xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları Murad Xudaverdiyev, Ramin Quliyev, tələbkar və nümayəndəsi, habelə, Borclu nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar olaraq sözügedən ünvana gəldikdə, X14 vəfat etməsi nəzərə alınaraq, tələbkarın xahişi ilə icra tədbiri qeyri-müəyyən vaxta təxirə salınmışdır. İcra tədbiri amanı heç bir hadisə, insident baş vermədi. Nəsimi rayon icra şöbəsinin icra məmurları Murad Xudaverdiyev və Ramin Quliyev, Nəsimi rayon 20-ci polis şöbəsinin sahə müvəkkili Anar Bayramov, FHN-nin Nəsimi rayon 19-cu YMB-nin rəis müavini Sadıq Quliyev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə ünvan 10 ünvanına gəldikdə Borclu giriş qapısını açmış, icra sənədindən məlumatlı olduqlarını, lakin icra etmək istəmədiklərini bildirdi. Tələbkar tərəfindən dəvət olunmuş işçi qüvvəsinin köməkliyi ilə mənzil boşaldıldı. Mənzildən çıxarılan əmlaklar Borclu və qohumları vasitəsilə ərazidən aparıldı. Həmin akta Borclu tərəfindən qeyd əlavə edilmiş və göstərilmişdir ki, faktiki olaraq Tələbkar mülkiyyətində olan evdə yaşamadıqlları, həmin evin hüdudlarından kənarda olduqları bildirilib, əyani şəkildə sənədlər göstərilsə də, heç bir məhəl qoyulmadı və qanunsuz icra hərəkətləri davam etdirildi. Eləcə də yaşadıqları ünvanın ünvan 24əmçinin Natiq Həsənovun hazırkı ünvanda qeydiyyatda olması və yaşadıqları evin mülkiyyətə keçirilməsinə dair dair Bakı inzibati Məhkəməsində iddiasının olmasına dair sənədlər təqdim edilsə də ,icra hərəkətləri davam etdirilmişdir. İcra sənədində söküntü ilə bağlı heç bir qeyd olmadığı halda icra məmurlarının nəzarəti altında söküldü. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 72.1-ci maddəsinə əsasən işə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. 72.2-ci maddəsinə əsasən Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. 72.3-cü maddəsinə əsasən icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. 72.4- cü maddəsinə əsasən icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. 72.5-ci maddəsinə əsasən çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Borclu öz ərizəsində məhkəmə qətnaməsi ilə onun çıxarılması qət edilən fərdi yaşayış evinin 143a nömrəli olduğunu və oradan bir müddət öncə artıq çıxdığını, özünün isə 143 nömrəli başqa bir evdə məskunlaşdığını və icra məmuru tərəfindən məhz qətnamə ilə heç bir bağlılığı olmayan həmin evdən çıxarılmasını və həmin evin də icra məmuru tərəfindən sökülməsini bildirir. Sözügedən icra işi tələb edilərək araşdırılmış və müəyyən olunmuşdur ki, icra məmuru Murad Xudaverdiyev tərəfindən icra vərəqəsi daxil olduqdan 3 gün müddətində icraata başlamaq barədə qərar qəbul olunmuş, tələbin borclu tərəfindən könüllü icrası üçün 10 gün müddət müəyyən edilmiş, əks təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuş, tələb könüllü qaydada icra edilmədiyindən borclunun yaşayış sahəsindən məcburi qaydada çıxarılması həyata keçirilmişdir. Borclu ərizəsində xx.xx.2024-cü il tarixdə keçirilməli olan məcburi icra hərəkətlərinin vaxtı barədə bildiriş təqdim olunmadığını bildirsə də, icra işinin materialları ilə bu hal təkzib olunur. Belə ki, icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən 3 dəfə - 29 fevral, 06 mart və 28 mart 2024-cü il tarixlərində təyin edilmiş icra tədbirləri barədə tələbkara və borcluya müəyyən edilmiş qaydada müvafiq bildirişlərin göndərilməsi təmin olunmuş, icra işində olan aktlardan da görünür ki, digər borclu Füzuli Hüseynovun ölümü ilə əlaqədar üzrlü hal kimi iki dəfə icra tədbirlərinin həyata keçirilməsi təxirə salınmışdır. Borclu sözügedən icra tədbirindən məlumatlı olmuşdur. İcra tədbirlərinin həyata keçirildiyi son gün -28 mart 2024-cü il tarixdə isə borclu icra vərəqəsini icra etməkdən yayınmış, icranın həyata keçirilməsi ilə bağlı təqdim olunmuş videogörüntülərdə də Borclu mübahisəli evi tərk etməməkdə israr etməklə, icra məmurlarına müqavimət göstərməsi aydın görünür. Baxış keçirilmiş kadrlarda Borclu sözügedən ünvanın 143 və ya 143a olmasını mübahisələndirməyərək, dəfələrlə “Qaraçuxurda mənim öz evimdən Cəbrayıl rayonundan olan və orada məskunlaşan məcburi köçkünləri çıxarın, mən öz evimə gedim, ondan sonra tələbkar da bura gəlsin, yalnız bundan sonra mən bu evdən çıxacağam, çöldə yaşamayacam ki” məzmununda ifadələr işlədərək evdən çıxmamaqda israrlı olmuşdur. Təqdim olunmuş daşıyıcıda əks olunan digər videogörüntüdə isə icra məmuru Murad Xudaverdiyevin borclunun çıxmaq istəmədiyi evin ünvanının 143 olmasını təsdiq edən sənədi təqdim etməsi təklif olunduqda, qarşı tərəf buna ehtiyac olmadığını, məhkəmə qətnaməsində borclunun 143A ünvanından çıxarılmalı olmasının göstərildiyini bildirmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsinin qərardadında ifadə olunmuş göstərişi əsasında mübahisəli ünvana yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Tələbkar mülkiyyətində olan ünvan 28lı fərdi yaşayış evinin yerləşdiyi həyətin bir ümumi giriş qapısı olmaqla, həyətdə iki ev mövcuddur. Onlardan birinin nömrəsinin 143 olması təsdiq edilmədi. Eyni zamanda ikisi hasarın çölündə, ikisi isə içəri tərəfdə yerləşdirilməklə ümumilikdə 4 sayğac yerinin olması müəyyən edilmiş, onlardan yalnız ikisində sayğacın fiziki olaraq mövcudluğu müşahidə edilmişdir. Kamil Hacıyevin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 143 saylı fərdi yaşayış evinin arxa tərəfi isə məhz həmin həyətin hasarına bitişikdir. Kamil Hacıyevin evinin yerləşdiyi torpağın (0.2020 ha) və evin (1007 kv.m) sahəsinin kifayət qədər böyük olması və həmin ərazidə fərdi yaşayış evlərinin bir-birinə sıx şəkildə yerləşməsi nəzərə alınmaqla həmin evin giriş qapısına gedib çatmaq üçün müəyyən yol qət edildi. Evin qapısının bağlı olduğu müəyyən edildi. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X62in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən: Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 143 saylı fərdi yaşayış evi X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir; ünvan 28lı fərdi yaşayış evi Tələbkar adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Hazırda borclu icra mərhələsində icra vərəqəsində göstərilən ünvandan deyil, məcburi qaydada çıxarıldığını iddia etdiyi ünvanın isə ünvan 25ir. Məhkəmə qeyd edir ki, borclu tərəf hazırda barəsində mübahisə gedən ünvanları ünvan 26onu, Ak.Həsən Əliyev küçəsi ev 2, mənzil 143 kimi fərqləndirməklə, onların tamamilə fərqli ünvanlar olduğunu iddia edərək, sonuncu ünvanın onlara məxsus olduğunu bildirsə də, işdə olan, evin Kamil Hacıyevin mülkiyyətinə verilməsinə əsas olan sənədlərdə Kamil Hacıyevin mülkiyyətinin məhz müvafiq küçədəki ev 2, mənzil 143 olduğu öz təsdiqini tapmışdır. Borclu tərəf Kamil Hacıyevin dövlət reyestrindən çıxarışında ünvanın ünvan 27 edir və yaşadıqları evin ünvanının isə ondan fərqli olaraq Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi ev 2, mənzil 143 olmasını əsas gətirir. Halbuki işdə olan hüquqmüəyyənedici sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi ev 2, mənzil 143 X6 mülkiyyətində olmuş, daha sonra alqı-satqı müqaviləsi əsasında Aytən Hacıyevaya, daha sonra Kamilə Hacızadənin mülkiyyətinə keçmiş və ən sonda bağışlama müqaviləsi əsasında Kamil Hacıyevin mülkiyyətinə daxil olmuşdur. Nəticədə borclunun 3 ünvan olaraq fərqləndirdiyi ünvanlardan birinin - ünvan 28lı fərdi yaşayış evinin Tələbkar mülkiyyətində olması mübahisəsiz olmaqla, ünvan 26onu, Ak.Həsən Əliyev küçəsi ev 2, mənzil 143 ünvanlarının faktiki və rəsmi olaraq eyni ünvan olması sübuta yetirilmiş, dolayısı ilə Borclu qardaşı oğlu Natiq Həsənova məxsus olduğunu və qətnamə icra olunmamışdan əvvəl məhz orada yaşadığını iddia etdiyi fərdi yaşayış evinin qeyd etdiyi ünvan olaraq mövcudluğu müəyyən edilməmişdir. Borclu hər vəchlə sözügedən ünvanın qətnamədə göstərilən ünvandan fərqli ünvan olduğunu sübut etməyə çalışsa da, görünən odur ki, o, hazırkı ərizəni verməklə həmin ünvanın mövcudluğunun təsdiq edilməsi barədə məhkəmə aktının qəbul edilməsinə nail olmaq niyyətindədir ki, digər məhkəmə mübahisələrində istinad üçün rəsmi əsası olsun. Bir yandan məhkəmənin icraatında olan başqa iş üzrə Natiq Həsənovun sözügedən evə istifadə hüququnun tanınması barədə iddia qaldırması, digər yandan sözügedən ünvanda yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının tanınması üçün Bakı İnzibati Məhkəməsinin icraatında iddiasının olması, bundan başqa Tələbkar adına çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarını yenidən mübahisələndirmək üçün yeni açılmış hallarla bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasına müraciət etməsi bu qənaətə gəlməyə əsas verir. O cümlədən borclu öz ərizəsində sözügedən ünvanların fərqli olması ilə bağlı dəlillərini qeyd edərkən həmin ünvanlarda müxtəlif sayğacların quraşdırılması və bütün kommunal xidmətlərin tamamilə ayrı aparıldığını bildirməsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan təbii inhisar subyektləri tərəfindən təqdim edilmiş məktublarda Ak.Həsən Əliyev küçəsi ev 2, mənzil 143 ünvanına aid abonent kodunun Natiq Həsənovun adına qeydiyyatda olduğu bildirilsə də, məhkəmə araşdırması zamanı Natiq Həsənovun öz adına qeydiyyata aldırdığı kodlar üzrə həmin ünvanın rəsmi olaraq X4 mülkiyyətində olan ünvanla tamamilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq olunmuş videogörüntüdə borclunun vəkili həmin ünvanların tamamilə ayrı-ayrı ərazilərdə yerləşməsini sübut etməyə çalışaraq, avtomobil vasitəsilə kifayət qədər uzun yol qət etməklə ünvan başına (Kamil Hacıyevin evinə) çatdığını bildirsə də, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı vəkilin qət etdiyi yolun Kamil Hacıyevin evinin qarşısına gedib çıxması müəyyən edilsə də, həmin evin arxa tərəfinin məhz 143A nömrəli evin həyətinə bitişik olması aşkar edilmişdir. Kamil Hacıyevin evinin yerləşdiyi torpağın (0.2020 ha) və evin (1007 kv.m) sahəsinin kifayət qədər böyük olması və həmin ərazidə fərdi yaşayış evlərinin bir-birinə sıx şəkildə yerləşməsi nəzərə alınmaqla, Kamil Hacıyevin evinin giriş qapısına getmək üçün dolayı yollardan keçilməsi gözlənilən haldır. Belə olan halda Natiq Həsənovun sözügedən ünvana dair kommunal xidmətlərlə bağlı öz adına abonent kodunun hansı qaydada qeydiyyata aldırmasını müəyyən etmək mümkün deyildir. Halbuki işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X62in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.02024-cü il tarixli məktubuna əsasən X12 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 143 ünvanında istifadə hüquqununu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Bundan başqa AR DİN Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda X12 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 143 ünvanında qeydiyyata alınmasına əsas olmuş sənədlərin müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə sorğusu əsasında daxil olmuş “İri Şəhərlərin birləşmiş Su Təchizatı Xidməti” X62in Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 30 ünvanın abonent kodu və suölçən cihaz Natiq Həsənovun adına qeydiyyatdadır. (hansı ki həmin ev reyestrdən çıxarışa əsasən X4 xüsusi müllkiyyətindədir və Natiq Həsənovun adına kodun hansı əsasla qeydiyyata alınması işdən məlum deyildir). ünvan 31 ünvanın abonent kodu Tələbkar adına rəsmiləşdirilmişdir. 3-cü ünvan, yəni ünvan 32lumatın əldə edildiyi mümkün olmadığı qeyd edilmişdir. İşdən görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)- 12248/2024 nömrəli qərarı ilə X4 cavabdeh AR DİN Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X31) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi təmin edilmiş, X12 Bakı şəhəri, Nəsimi rayonu, X48 küçəsi ev 2 mənzil 143 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə işə əlavə olunmuş rəylərə münasibətdə qeyd edir ki, həmin rəylər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyində Bakı şəhəri, Nəsimi rayonu, X48 küçəsi 13-cü keçid ünvanında 0.058 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərinin ayrı-ayrılıqda texniki göstəriciləri göstərilsə də, ünvan olaraq evlərin 143 və 143 A kimi qeyd edilməsinin əsası göstərilməmiş, məhz həmin evlərin dəqiq ünvanlarının müəyyən edilməsi istiqamətində kifayət qədər məhkəmə mübahisələrinin mövcud olduğu şəraitdə mütəxəssisin yalnız ümumi şəkildə “təqdim olunmuş texniki sənədlərdə fərdi yaşayış evlərinin birinin 143 saylı, digərinin isə 143a saylı kimi qeyd olunması”nı göstərməsi, onun mötəbərliyini şübhə altına alır. Borclunun ərizəsinin “icra sənədində evin sökülməsi ilə bağlı göstərişin olmamasına baxmayaraq icra məmuru tərəfindən evin qanunsuz olaraq sökülməsi” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı tədqiq olunmuş video çəkilişdə borclu tərəfin iddia etdiyi kimi evin söküntüsünün Murad Xudaverdiyevin nəzarəti altında həyata keçirildiyi qənaətinə gəlinməsi təsdiq olunmur. İcra məmuru söküntü işlərinin onun nəzarəti altında deyil, tələbkarın öz hesabına həyata keçirildiyini bildirmiş və yalnız icra sənədinin tam icrasını, “daşınmaz əmlakın boşaldılaraq Tələbkar təhvil verilməsi başa çatdırmaqdan, yəni boşaldılmış əşyaların həmin ərazidən tam çıxarılmasının təmin olunmasından ötrü gözlədiyini və tələkbarın hərəkətlərinə müdaxilə etmək səlahiyyətinin olmadığını bildirmişdir. Qeyd olunanlarla müəyyən olunur ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar yoxdur, ərizədə irəli sürülən dəlillər hər hansı mötəbər sübuta əsaslanmayan formal xarakterli olmaqla, heç bir hüquqi əsası yoxdur, ona görə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Borclu Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Həbibə Miriyeva