Məhkəmə qərarları › İş №8(006)-103/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-103/2023

28.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-103/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi ilə İcra sənədi üzə Borclu iştirakı ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus "VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı və "VAZ-21074” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 375/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, vurulmuş maddi ziyanın əvəzi olaraq 6.885,0 (altı min səkkiz yüz səksən beş) manat məbləğində pul vəsaiti borclular X1 və Borclu müştərək qaydada tutularaq, Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, tələbin könüllü icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrasının təmini məqsədi ilə Borclu xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin icra sənədi üzrə tələb təmin edilməmiş və xəbərdarlığa heç bir münasibət bildirilməmişdir. İcraat zamanı Borclu məxsus "VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı və "VAZ-21074” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus "VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı və "VAZ-21074” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Tələbkar və Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Pərviz Babayev məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu təqdimata etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən vurulmuş maddi ziyanın əvəzi olaraq 6.885,0 (altı min səkkiz yüz səksən beş) manat məbləğində pul vəsaiti cavabdehlər X1 və Borclu müştərək qaydada tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Borclu icra sənədi üzrə məcburi icra tədbirlərinin tətbiq olunacağı ilə bağlı xəbərdar edilmişdir. İcra işinin materiallarında olan “Elektron icra” informasiya sistemindən xx.xx.2023cü il tarixli çıxarışdan görünür ki, "VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı və "VAZ-21074” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin mülkiyyətçisi Borcludır. İcra işinin materiallarında olan Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Borclu məxsus olan "BMC yük” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı, “X4” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı, “BMW-528” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz- C230” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı, "BMW-X-5” minik markalı **-SG- *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, həmin tarixli məktuba əsasən qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilmişdir. İcra işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "BMC yük” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il, "BMW-X-5” minik markalı **-SG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə xx.xx.2021-ci il tarixdə Borclu adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Buna görə də həmin nəqliyyat vasitələrinin üzərinə məhdudiyyətin qoyulması mümkün olmamışdır. Borclu adına olan məktubda göstərilən digər nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoyularaq DİN-in Baş X5 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir. Məhkəmə araşdırmaları zamanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində Borclu mülkiyyətində “X4” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı, “BMW-528” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-C230” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olması müəyyən edilməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, "VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı və "VAZ-21074” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin mülkiyyətçisi Borcludır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin xx.xx.2021-ci il tarixli qərarı ilə Borclu məxsus olan "BMC yük” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı, “X4” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı, “BMW-528” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-C230” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı, "BMW-X-5” minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, "BMC yük” markalı **-SR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il, "BMW-X-5” minik markalı **- SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə xx.xx.2021-ci il tarixdə Borclu adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyinə görə qeyd olunan nəqliyyat vasitələri üzərinə Baş X6 İdarəsi tərəfindən məhdudiyyət qoyulmamış, “X4” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı, “BMW-528” minik markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-C230” minik markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə isə məhdudiyyət qoyulmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, həmin nəqliyyat vasitələri Borclu mülkiyyətində mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, hüququn ədalət və mütənasiblik prinsipləri əsas götürülməklə, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus "VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, “Turbo.az” internet saytından görünür ki, istehsal ili 2011-ci il olan "VAZ-21074” minik markalı nəqliyyat vasitələrinin satış qiyməti 7000-8500 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun hər iki nəqliyyat vasitəsinə həbs qoyulması barədə təqdimatın təmin edilməsi borclunun tələbkara olan 6.885,0 (altı min səkkiz yüz səksən beş) manat məbləğindəki borcuna mütənasib deyildir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qanunun 50.4.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Qanunun 50.2-ci maddəsində göstərilmişdir ki, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri olaraq icra sənədi üzrə Borclu məxsus "VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-375/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus "VAZ-21074” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar