Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-104/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin, Tələbkarın nümayəndəsi və vəkili X1 iştirakı ilə, Tələbkar Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli 2(006)-1079/1999 saylı qətnaməsi ilə iddia təmin edilmiş Azərbaycan Dəmiryolu İdarəsindən 68556000 manat alınaraq Tələbkar ödənilməsi, AR Dəmiryol İdarəsindən 10.283.400 manat dövlət rüsumu alınaraq Respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamə xx.xx.1999-cu il tarixdə qanuni qüvvəsini almışdır. Qətnamə qanuni qüvvəsini almasına baxmayaraq cavabdeh orqan tərəfindən 23 il ərzində icra olunmamışdır. Bildirmək istəmişdir ki, xx.xx.2022-ci il tarixli ödəniş qəbzi olsa da, icraata xitam verilməsi haqqında icra məmuru 5 aydan sonra qərar qəbul etmişdir. Tələbkar 2023-cü ilin 14 aprel tarixində Nəsimi rayon məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli mülki iş üzrə qətnamə ilə tutulmalı pul məbləğlərinin indeksasiya edilərək 55859, 42 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Nəsimi rayon İcra şöbəsi məhkəmə iclası təyin edilən gün, yəni xx.xx.2023-ci il tarixli qərarla icra icraatı üzrə tələbin tam şəkildə təmin edildiyini qeyd etməklə icra sənədi üzrə icraata xitam vermişdir. Lakin xx.xx.2023-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar tərəfə göndərilməmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili X2 ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev ərizənin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, ərizədə qeyd olunanlar həqiqəti əks etdirmir. İş üzrə icraata xitam verilməsinə dair qərarın surəti qanunvericilikdə müəyyən edilmiş müddətdə tərəflərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 216094/2022 nömrəli icra işindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1079/1999 saylı xx.xx.1999-cu il tarixli icra sənədi üzrə Azərbaycan Respublikası Dəmiryol İdarəsindən 68556000 manat alınaraq Tələbkar ödənilməli, Azərbaycan Respublikası Dəmiryol İdarəsindən 10 223 400 manat dövlət rüsumu alınaraq Respublika büdcəsinə keçirilməlidir. İş materiallarına 216094/2022 nömrəli icra işindən əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərarından görünür ki, icra məmuru Azər Heydərov tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutularaq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1079/1999 nömrəli xx.xx.1999-cu il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarına 216094/2022 nömrəli icra işindən əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə məlumatdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə, Tələbkar və "xxxx" QSC-yə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2- 1079/1999 saylı xx.xx.1999-cu il tarixli icra sənədi üzrə xitam verilməsinə dair icra məmurunun qərarı məlumat üçün göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Beləliklə iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin həmçinin Tələbkar ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1079/1999 saylı xx.xx.1999-cu il tarixli icra sənədi üzrə xitam verilməsinə dair qərarın məlumat üçün göndərilməsi əks olunmuşdur. Göründüyü kimi, icra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq, icra sənədinin xitam verilməsi barədə məlumatı qanunla müəyyən edilmiş müddətə tərəflərə göndərmişdir. Qeyd olunanlarla müəyyən olunur ki, ərizədə irəli sürülən dəlillər formal olmaqla, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar yoxdur, ona görə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-104/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-104/2024
22.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver