Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-105/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Borclu nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4 17 dekabr 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından borclular Borclu və X12 tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclular Borclu və X12 tərəfindən məhkəməyə şikayət ərizəsi ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4 hərəkətlərinin qanunsuz hesab edilməsi və "xxxx" MMC-nin onların əmlaklarının dəyərləndirmə aparılmadan hərracdan satılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədovun sədrliyi ilə) 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X5, X6, Borclu, X7 və X2 müştərək qaydada 22.12.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 106.746.98 (bir yüz altı min yeddi yüz qırx altı ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları əsas borc, 38.311.02 (otuz səkkiz min üç yüz on bir ABŞ dolları, iki sent) ABŞ dolları faiz borcu, 10.000 (on min) ABŞ dolları cərimə borcu, cəmi 155.058 (bir yüz əlli beş min əlli səkkiz) ABŞ dolları məbləğində pul, 24.09.2014-cü il tarixli 17K000000120 saylı kredit razılaşması üzrə 4999,5 (dörd min doqquz yüz doxsan doqquz ABŞ dolları, əlli sent) ABŞ dolları əsas borc, 1066,09 (bir min altımış altı ABŞ dolları doqquz sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 6565,59 (altı min beş yüz altımış beş ABŞ dolları əllin doqquz sent) ABŞ dolları, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 84 (səksən dörd) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 161.623,59 (bir yüz altımış bir min altı yüz iyirmi üç ABŞ dolları əlli doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 154 (bir yüz əlli dörd) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən 15 nömrəli evin X10 mülkiyyətindəki 44 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipotekaya qoyulmuş Salyan rayonu, Çadırlı kəndində yerləşən X10 mülkiyyətindəki əmlak kompleksi kimi müəssisəsinə (maye-qaz yanacaqdoldurma məntəqəsi) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, tutmanın ipotekaya qoyulmuş Şirvan şəhəri H.Əliyev küçəsində yerləşən 1A nömrəli evin X1 mülkiyyətindəki 38 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 35.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, tutmanın ipotekaya qoyulmuş Şirvan şəhəri Energetika küçəsində X11 mülkiyyətindəki 320 saylı bağ evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər X14, X15, Borclu, X16 və X3 iddiaçı "xxxx" QSC-yə olan kredit borclarının ödənilməsi qət edilmişdir. Həmin qətnamə 11.12.2018-ci il tarixli icra sənədinə əsasən icraya yönəldilmiş, lakin onlar tərəfindən verilmiş apelyasiya şikayəti əsasında icra dayandırılmış, sonradan kassasiya instansiyasında olan mülki işin Ali Məhkəmədə yoxlanılması ilə bağlı müxtəlif vaxtlarda, müxtəlif şəxslər tərəfindən verilmiş kassasiya şikayətləri əsasında icra olunmamışdır. Həmin qətnamə həm Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Azər Heydərov, həm də Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru Dəyanət Lətifov tərəfindən icra vərəqi üzrə icraya başlanılmışdır. Hər iki rayonun icra məmurları tərəfindən “tələbin könüllü icrası haqqında” onlara bildiriş və qərarlar göndərilmiş, Nəsimi rayon İcra şöbəsinin 21.02.2022-ci il tarixli sifariş məktubuna əsasən yuxarıda qeyd olunun əmlaklar "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. Bildirirlər ki, onlara məxsus yuxarıda qeyd edilən əmlakların qiyməti Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə təyin olunmuş qiymətləndirmə qərarına əsasən 2018-ci il tarixdə "xxxx" MMC tərəfindən aparılmaqla müəyyən edilmişdir. Ötən 4 il müddətində hər hansı digər qiymətləndirmə aparılmamasına baxmayaraq, nə məhkəmə icra məmuru tərəfindən, nə də hazırda həmin əmlakların hərracdan satılmasını təşkil edən "xxxx" MMC tərəfindən yeni qiymətləndirmə aparılmadan yuxarıda qeyd edilən əmlaklar hərraca çıxarılmış və 16 mart 2022-ci il saat 11:00-a ilkin hərrac təyin edilmişdir. Onların əmlaklarının həqiqi qiymətləndirilməsi təmin edilmədən hərraca çıxarılması onların Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Belə ki, ötən 4 il müddətində əmlak qiymətləri xeyli artmışdır. Məhkəmə iclasında Borclu nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. İş üzrə tələbkara, icra məmuruna və digər borclu X8 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi, icra məmuru və digər borclu X12 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayət ərizəsinə tələbkarın nümayəndəsinin, icra məmurunun və digər borclu X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Borclu nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(006)-113/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X5, X6, Borclu, X7 və X2 müştərək qaydada 22.12.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 106.746.98 (bir yüz altı min yeddi yüz qırx altı ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları əsas borc, 38.311.02 (otuz səkkiz min üç yüz on bir ABŞ dolları, iki sent) ABŞ dolları faiz borcu, 10.000 (on min) ABŞ dolları cərimə borcu, cəmi 155.058 (bir yüz əlli beş min əlli səkkiz) ABŞ dolları məbləğində pul, 24.09.2014-cü il tarixli 17K000000120 saylı kredit razılaşması üzrə 4999,5 (dörd min doqquz yüz doxsan doqquz ABŞ dolları, əlli sent) ABŞ dolları əsas borc, 1066,09 (bir min altımış altı ABŞ dolları doqquz sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 6565,59 (altı min beş yüz altımış beş ABŞ dolları əllin doqquz sent) ABŞ dolları, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 84 (səksən dörd) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 161.623,59 (bir yüz altımış bir min altı yüz iyirmi üç ABŞ dolları əlli doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 154 (bir yüz əlli dörd) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən 15 nömrəli evin X10 mülkiyyətindəki 44 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 23.000 (iyirmi üç min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipotekaya qoyulmuş Salyan rayonu, Çadırlı kəndində yerləşən X10 mülkiyyətindəki əmlak kompleksi kimi müəssisəsinə (mayeqaz yanacaqdoldurma məntəqəsi) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, tutmanın ipotekaya qoyulmuş Şirvan şəhəri H.Əliyev küçəsində yerləşən 1A nömrəli evin X1 mülkiyyətindəki 38 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 35.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, tutmanın ipotekaya qoyulmuş Şirvan şəhəri Energetika küçəsində X11 mülkiyyətindəki 320 saylı bağ evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər X14, X15, Borclu, X16 və X3 iddiaçı "xxxx" QSC-yə olan kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər X15, X16 və Borclu qaytarılması, hərracda əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər X9, X6, Borclu, X7 və X2 müştərək qaydada tutulması, ipoteka predmetlərinin satıldıqdan bir ay sonra boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamədən şikayət verilməsinə baxmayaraq, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və 12 oktyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almaqla, aidiyyəti İcra şöbəsinə yönəldilmişdir. İş materialalrına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4 17 dekabr 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(006)-113/2018 saylı icra sənədi ürə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 25 fevral 2022-ci il tarixli, 101/22 saylı hərrac bildirişindən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifariş məktubuna əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(006)-113/2018 saylı icra sənədində qeyd edilən əmlaklar açıq hərraca çıxarılmış və hərracın keçirilmə tarixi 16.03.2022-ci il tarixə təyin edilmişdir. Beləliklə yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Borclu və qeyriləri arasında müqavilələr imzalanmış və qeyd edilən müqavilələrə əsasən onlar arasında öhdəlik-hüquq münasibətləri yaranmışdır. Borclu və qeyriləri müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməyincə, bank tərəfindən məhkəməyə müraciət edilmişdir. Mülki işə baxılan dövrdə bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirilməsi məqsədilə ekspertiza təyin edilmiş və alınmış rəylər əsasında yuxarıda qeyd edilən əmlakların ilkin satış qiymətləri müəyyən edilmişdir. Daha sonra bankın tələbi üzrə məhkəmə tərəfindən 11 dekabr 2018-ci il tarixli, 2(006)-113/2018 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamədən şikayət verilməsinə baxmayaraq, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, 12 oktyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almaqla, aidiyyəti İcra şöbəsinə yönəldilmiş və qeyd edilən icra sənədi üzrə icra məmuru tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə böyük icra məmuru X13 tərəfindən sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət edilmiş, hərrac şirkəti tərəfindən isə açıq hərraca çıxarılan əmlaklara dair bütün zəruri məlumatları özündə əks etdirən hərrac bildirişi tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda borclular şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini tələb edirlər. Şikayətlərini isə əmlakların qiymətləndirilməsindən 4 il keçməsi və hazırda həmin əmlakların qiymətlərinin xeyli artması ilə əsaslandırırlar. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, icra məmuru tərəfindən hər hansı bir yanlışlığa yol verilməmiş və sonuncu tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar bütün zəruri tədbirlər qanunauyğun şəkildə həyata keçirilmişdir. Belə ki, icra məmuru tərəfindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə sifariş məktubu ilə hərrac mərkəzinə müraciət edilərkən, sifariş məktubunda əmlaklara dair bütün zəruri məlumatlar, o cümlədən qanuni qüvvəsini almış qətnaməyə əsasən əmlakların ilkin satış qiymətləri də qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra məmuru tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən, şikayət ərizəsi isə əsassız olduğundan, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4 17 dekabr 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından borclular Borclu və X12 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 267-268, maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4 17 dekabr 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından borclular Borclu və X12 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-105/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-105/2022
14.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver