Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-105/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclas katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-348/2024- 035 saylı icra sənədinin icrasının təmini məqsədilə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişova təqdimatla məhkəməyə müraciət edərək, Borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-348/2024-035 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 100 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Odur ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununu 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirimə barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatı qəbul etməyərək bildirmişdir ki, icra məmuru ona icra şöbəsinə gəlməsi barədə hər hansı bir xəbərdarlıq etməmişdir. İcra məmuru onun işlək nömrəsini bildiyi halda, atasının işləməyən nömrəsinə sms göndərmişdir. Bu səbəbdən təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinın e-2(006)-348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 (bir yüz) manat pul cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın xx.xx.2024cü il tarixli qərarına əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinın e-2(006)-348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatı başlanmışdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və həmin təqdimatın bağlı olduğu icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılsa da, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin borcluya göndərilməsinə dair hər hansı sənəd (xəbərdarlıq məktubu, sms-bildiriş və s.) əlavə etmədən icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Qanunun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir (8.2). İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir (8.3). Qeyd edilənləri və Borclu məhkəmənin çağırışı əsasında məhkəməyə gəldiyini nəzərə alan məhkəmə hesab edir ki, Borclu məcburi qaydada Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə gətirilməsi barədə icra məmuru Nəzrin İbişovanın təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinın e-2(006)-348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmini məqsədilə Borclu məcburi gətirilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №8(006)-105/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-105/2025
24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver