Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-106/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu X2 Rayon icra şöbəsinin icra məmuru X8 xx.xx.2025- ci il tarixli borclunun axtarışı haqqında qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq (müvəqqəti ailmentin tutulmasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları nəzərə alınmaqla) X4ndan hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq tələbkar X3 verilməlidir. İcra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş və xəbərdarlıq borclu tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərar ilə borclunun barəsində axtarış elan edilmişdir. İcra məmuru qanunvericiliyin tələblərini pozmaqla qanunsuz və əsassız qərar qəbul etmiş, bu hal da qanunvericiliyin tələblərinə zidd olmuşdur. Borclu icra icraatında nümayəndəsi vasitəsilə təmsil edilir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmır, yazışmalar üçün Bakı ş, İ.Qutqaşınlı 507/511, “Altes Plaza”, A Bloku, 21-ci mərtəbə göstərilməklə, (+994) 77- ***-**-** mobil nömrəsi isə əlaqə üçün təqdim edilib. Bundan əlavə borclunun elektron məhkəmə sistemində yaradılmış kabineti vardır. Həmin kabinetdə "icra işlərim" bölməsində icra məmurunun qəbul etdiyi sənədlər ilə tanış olma imkanına malikdir. İcra məmuru məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir. İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. İcra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2413/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq (müvəqqəti ailmentin tutulmasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları nəzərə alınmaqla) cavabdeh X5 hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutularaq iddiaçı X3 verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, X1 barəsində axtarış elan edilməsi qərara alınmışdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, icra şöbəsi tərəfindən aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə X1 yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-28/2025 saylı qərardadı ilə X6 ölkədən getmək hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2413/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. “Elektron Məhkəmə” sistemində borclunun sərhədkeçmə məlumatlarına əsasən X10 xx.xx.2025-ci il tarixdə Respublikanı tərk edərək Tbilisi şəhərinə çıxış etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göründüyü kimi, icra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq, icra sənədinin icra edilməsi üçün borclunun axtarılması barədə qərar qəbul etmiş, onun hərəkətlərində qanunsuz hesab edilməsi əsasları mövcud olmamışdır. Odur ki, şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-106/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-106/2025
27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver