Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-111/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4480/2019 saylı icra sənədinə əsasən borclu X2 məcburi gətirilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4480/2019 saylı icra sənədinə əsasən Əliyev X7 ünsiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar övladı X5 ilə sərbəst şəkildə ünsiyyətdə olması üçün ananın iştirakı olmadan hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 20:00dək, həmçinin “Yeni il” və “Novruz” bayramlarında il üzrə müəyyən edilən qeyri-iş günlərinin bir günü Respublika ərazisində görüş vaxtı müəyyən edilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərara və çoxsaylı xəbərdarlıqlara heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, borclu X2 məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın nümayəndəsinin, borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hazırki təqdimatın obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş 11222/2020-5-33 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4480/2019 saylı icra sənədindən görünür ki, iddia qismən təmin edilməli, iddiaçı Əliyev X7 ünsiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar övladı – xx.xx.2014-cü il təvəllüdlü X5 ilə sərbəst şəkildə ünsiyyətdə olması üçün ananın iştirakı olmadan hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 20:00-dək, həmçinin “Yeni il” və “Novruz” bayramlarında il üzrə müəyyən edilən qeyri-iş günlərinin bir günü Respublika ərazisində görüş vaxtı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4480/2019 saylı icra sənədi üzrə icraat başlanılmış, xx.xx.2020-ci il tarixdə könüllü icra barədə bildiriş borclunun ünvanına göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, borclu X2 Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, borclu X4 icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığından, o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 4480/2019 saylı icra sənədi üzrə X4 Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-111/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-111/2023
15.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver