Məhkəmə qərarları › İş №8(006)-112/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-112/2022

31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-112/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8349/2020 nömrəli, 25.11.2020-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev məhkəməyə təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8349/2020 nömrəli, 25.11.2020-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8349/2020 nömrəli, 25.11.2020-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 7180 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 ödənilməlidir. İcra sənədi icraata 18.06.2021-ci il tarixdə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır və borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında Nəsimi rayon icra şöbəsinin icra məmuru Vüqar Qaralov təqdimatı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə Borclu 06.10.2021-ci il tarixdə 200 manat, 18.11.2021-ci il tarixdə 200 manat, 18.12.2021-ci il tarixdə 200 manat, 18.01.2022-ci il tarixdə 200 manat, 21.02.2022-ci il tarixdə 200 manat olmaqla ümumilikdə 1000 manat məbləğində pul vəsaitini X1 Azərbaycan Beynəlxalq Bankında olan hesabına ödəmişdir. Eyni zamanda borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8349/2020 nömrəli, 25.11.2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi və ya hər ay 200 manat məbləğində ödəniş etməklə hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin 8(006)-106/2022 nömrəli 30.03.2022ci il tarixli qərardadı ilə isə Borclu ərizəsi qismən təmin edilmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədi üzrə Borclu icra sənədi üzrə tələbkar X1 hesabına icra sənədində göstərilən borc məbləğinin bir hissəsini ödədiyindən, eyni zamanda məhkəmə tərəfindən Borclu ərizəsi qismən təmin edildiyindən, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8349/2020 nömrəli, 25.11.2020-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8349/2020 nömrəli, 25.11.2020-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar