Məhkəmə qərarları › İş №8(006)-117/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-117/2022

18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-117/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Nəsimi rayon icra şöbəsinin icra məmuru Vüqar Qaralovun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5352/2021-007 nömrəli, 06.12.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus pul vəsaiti üzərinə həbs qoyulması barədə Nəsimi rayon icra şöbəsinin icra məmuru Vüqar Qaralovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon icra şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin 2(005)- 5352/2021-007 nömrəli, 06.12.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus pul vəsaiti üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5352/2021-007 nömrəli, 06.12.2021-ci il tarixli icra sənədinə əsasən Borclu maddi zərərin əvəzi kimi 3.848 (üç min səkkiz yüz qırx səkkiz) manat və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu tutulub tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi 18.01.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi uzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Aparılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Nərimanov rayon Məhkəməsinin 8(005)-55/2020 saylı, 23.01.2020-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri 38 saylı Notariat Kontorunun 17021 nömrəli, 20.12.2019-cu il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu X2 həyat yoldaşı Borclu mülkiyyətində olan "Mercedes Benz E220 CDİ" minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd edilən avtomobil üzərinə həbs qoyulduqdan sonra açıq hərracdan 8500 məbləğinə satılmış, həmin məbləğin 50%-i yəni, 4250 manat Borclu çatdığından həmin məbləğ Nərimanov rayon İcra şöbəsinin depozit hesabında saxlanılmışdır. Həmin pul vəsaitini icra sənədi üzrə borca yönəltmək mümkün olmadığından icra sənədinin icrasını təmin etmək məqsədi ilə həmin pul vəsaiti üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən icra sənədi üzrə Borclu məxsus Nərimanov rayon İcra şöbəsinin depozit hesabında saxlanılan 4250 (dörd min iki yüz əlli) manat məbləğinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon icra şöbəsinin icra məmuru Vüqar Qaralov təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkara və borcluya məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-55/2020 nömrəli, 23.01.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri 38 saylı Notariat Kontorunun 17021 nömrəli, 20.12.2019cu il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədilə borclu X2 həyat yoldaşı Borclu məxsus “Mercedes Benz E220 CDİ” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hərrac Təşkilatının “Açıq hərracın nəticələri haqqında” 27/02 nömrəli, 09.04.2021-ci il tarixli protokolundan görünür ki, X2 həyat yoldaşı Borclu məxsus “Mercedes Benz E220 CDİ” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil Nərimanov rayon icra şöbəsi tərəfindən təşkil edilmiş açıq hərracda 8.500 manata X1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5352/2021 nömrəli, 06.12.2021ci il tarixli icra sənədinə əsasən maddi zərərə görə 3848 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pul Borclu alınaraq iddiaçı X4 ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5352/2021 nömrəli, 06.12.2021ci il tarixli Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən qəbul edilən 18.01.2022-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5352/2021 nömrəli, 06.12.2021-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. 13.04.2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, X5 tərəfindən AZ02MUGA**********00001 nömrəli pesaba 4.252 manat məbləğindən pul vəsaiti köçürülmüşdür. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 43.1.3-cü maddəsində tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5352/2021 nömrəli, 06.12.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus Nərimanov rayon İcra şöbəsinin depozit hesabında saxlanılan 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cu, "İcra haqqında" Qanunun 43-44-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5352/2021 nömrəli, 06.12.2021ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus Nərimanov rayon İcra şöbəsinin depozit hesabında saxlanılan 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulsun. Qərardadın icrası Nəsimi rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar