Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-118/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, 02.11.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Nəsimi rayon icra şöbəsinin icra məmuru Azər Heydərovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon icra şöbəsinin icra məmuru Azər Heydərov məhkəməyə təqdimatla müraciət edərək, Borclu oğlunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021-017 nömrəli, 02.11.2021-ci il tarixli icra sənədinə əsasən maddi zərərə görə 6.645 manat, mənəvi zərərə görə 100 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 18 manatı, cəmi 6763 manat məbləğində pul Borclu alınaraq iddiaçı X1 ödənilməlidir. İcra sənədi 13.01.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar 11.02.2022-ci il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən Borclu oğlunun məcburi gətiriməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat vermiş şəxsə, tələbkara və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, Borclu oğlunun məcburi gətirilməsi üçün kifayət qədər əsas olduğundan təqdimatın təmin edilməsi qənaətinə gəlir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, 02.11.2021-ci il tarixli icra sənədinə əsasən maddi zərərə görə 6.645 manat, mənəvi zərərə görə 100 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 18 manatı, cəmi 6763 manat məbləğində pul Borclu alınaraq iddiaçı X1 ödənilməlidir. Nəsimi rayon icra şöbəsinin 13.01.2022-ci il tarixli qərarın və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, 02.11.2021-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Nəsimi rayon icra şöbəsinin 11.02.2022-ci il tarixli qərarının surətindən görünür ki, Nəsimi rayon icra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən ünvan 2 ünvanında yaşayan Borclu Nəsimi rayon icra şöbəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, 02.11.2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Borclu Nəsimi rayon icra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, Borclu oğlu məcburi qaydada Nəsimi rayon icra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, 02.11.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan borclu Rzayev X2 rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Nəsimi rayon Polis İdarəsinə və Nəsimi rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №8(006)-118/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-118/2022
11.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver