Məhkəmə qərarları › İş №8(006)-124/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-124/2024

23.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-124/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı, xx.xx.2023 tarixli qərardadı ilə maraqlı şəxs qismində tanınan Maraqlı şəxs tərəfindən verilmiş ərizəyə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı, xx.xx.2023 tarixli qərardadı ilə maraqlı şəxs qismində tanınan Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə başlamış icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Bu halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı, xx.xx.2023 tarixli qərardadı ilə maraqlı şəxs qismində tanınan Maraqlı şəxs ərizədə irəli sürülən tələblə bağlı ilk növbədə müvafiq icra şöbəsinə müraciət etməlidir. Çünki qeyd edilən tələb bir başa məhkəmənin deyil, ilkin olaraq icra məmurunun səlahiyyətindədir. İcra məmurun bununla bağlı hərəkət və hərəkətsizliyindən sonra məhkəməyə müraciət edilməli idi ki, ərizəçi bu qaydaya riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Bu halda məhkəmə hüququn analogiyasını tətbiq edərək yuxarıda qeyd olunan maddəyə istinad etməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququna malikdir. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı, xx.xx.2023 tarixli qərardadı ilə maraqlı şəxs qismində tanınan Maraqlı şəxs tərəfindən verilmiş ərizənin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar