Məhkəmə qərarları › İş №8(006)-126/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-126/2022

14.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-126/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı icra sənədinin icraatına xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 17 iyul 2019-cu il tarixli qərarından tələbkar LPO Tələbkar ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı icra vərəqəsi üzrə 17 iyul 2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi, yenidən icra tədbirlərinin başlanılması və bu barədə LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi məlumat verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, LPO Tələbkar ASC-nin iddia tələbinə əsasən Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdehlər Borclu və X1 cəmi 774 manat məbləğində pul vəsaitinin LPO Tələbkar ASC-nin xeyrinə tutulmasına dair 25.05.2018-ci il tarixli, 2(006)-4130/2018 saylı qətnamə qəbul edilərək, icra sənədi Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron çıxarışına əsasən və borcun tam şəkildə təmin olunması qeyd edilərək, 17 iyul 2019-cu il tarixində icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı icra vərəqəsinə əsasən borclular Borclu və X4 tərəfindən heç bir ödəniş edilməmişdir və borc öhdəliyi mövcuddur. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi, şikayət ərizəsinin təmin edilməsini, icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə şikayət ərizəsinə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan, təmin edilməlidir. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işin (şikayət ərizəsinin) obyektiv və hərtərəfli araşdırılması məqsədilə 134715/18 saylı icra işi tələb edilmiş, həmin icra işində olan sənədlərə baxış keçirilmiş və bunun əsasında məhkəmə müvafiq nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı məhkəmə əmri ilə borclular Borclu və X1 400 manat əsas borc və 374 manat faiz borcu olmaqla, ümumilikdə 774 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq tələbkar LPO Tələbkar ASC-yə ödəilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 20.06.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı icra sənədi üzrə icraata başlanılmış və həmin qərar üzrə 20.06.2018-ci il tarixli tələbin könüllü icra edilməsi barədə bildiriş borclunun müvafiq poçt ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 05.09.2018-ci il və 02.10.2018-ci il tarixli “borclunun axtarılması haqqında” qərarlarından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Zəngilan şəhərində anadan olmuş Borclu barəsində axtarış elan edilmiş və qərarın icrası Nəsimi Rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 24.10.2018ci il tarixli məktubuna əsasən digər şəxslərlə yanaşı Borclu barəsində axtarış işinin açıldığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışdan görünür ki, Borclu 399,02 manat məbləğində restrukturizasiya məbləği hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 17 iyul 2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron çıxarışına əsasən borcun tam şəkildə icra olunması əsası ilə icraata xitam verilmişdir. Beləliklə yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, Borclu barəsində çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı məhkəmə əmri icra edilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən qeyd edilən icra sənədi üzrə “icraata başalamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icra edilməsi barədə bildiriş borclunun müvafiq poçt ünvanına göndərilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi icra etmədiyindən, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən bir sıra tədbirlər, həmçinin borclunun axtarışı barəsində müxtəlif tarixlərdə qərarlar qəbul edilmişdir. Borclunun axtarışına dair hər hansı bir məqbul nəticə əldə edilmədən, yalnız “Problemli kreditlərin kompensasiyası”na dair çıxarışına əsaslanaraq, icra məmuru E.Qulubəyli tərəfindən qeyd edilən icra sənədi üzrə icraata xitam verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş Qaydaların 4.5 və 4.6-cı bəndlərinə əsasən, bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir; bank olmayan kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilir. Həmin Qaydaların 4.10-cu bəndinə əsasən, bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş müddətdən sonra kompensasiya əldə etmək üçün müraciət edən fiziki şəxslərə həmin kompensasiyanın ödənilməsi üçün ödəniş kartları bankların və poçt rabitəsinin milli operatorunun müraciət tarixinə qüvvədə olan xidmət haqlarının müqabilində verilir. Həmin Qaydaların 6.16 və 8.2-ci bəndləriinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır; Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı kredit təşkilatları və fiziki şəxslər tərəfindən edilmiş müraciətlərə işçi qrupda baxılır.... Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş Qaydaların yuxarıda sadalanan müvafiq bəndlərinə əsasən kredit müqaviləsi üzrə restrukturizasiya olunmuş kompensasiya məbləğinin ödənilməsi üçün ilk növbədə fiziki şəxsin müraciəti tələb olunur. Yalnız müraciət daxil olduqdan sonra müvafiq araşdırma aparılaraq kompensasiya məbləğinin ödənilibödənilməməsi məsələsi aidiyyəti orqan tərəfindən həll edilir. Məhkəmə qeyd edir ki, Borclu 399,02 manat kompensasiya məbləği hesablansa da, həmin pul məbləğinin borclu tərəfindən müraciət edilərək alınması, habelə qeyd edilən məbləğ əsasında borcun silinməsinə dair hər hansı bir sənəd iş materiallarında və yaxud icra işində aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə tələb icra edilmədən və borc məbləği borclu tərəfindən ödənilmədən, icra məmuru tərəfindən icra sənədi üzrə “icraata xitam verilməsi” barədə qərarın qəbul edilməsi tələbkarın hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan Qanunun məzmunundan göründüyü kimi, icra sənədi üzrə tələbin tam şəkildə icra edilməsi icra sənədi üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Qanunun 20.1.5-ci maddəsini tətbiq etməklə, icra sənədi üzrə icraata xitam verilməsi yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət ərizəsi sübutlara dayanaraq verildiyindən və özlüyündə əsaslı olduğundan, şikayət ərizəsi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı icra sənədinin icraatına xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 17 iyul 2019-cu il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı icra sənədinin icraatına xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 17 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(006)-4130/2018 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar