Məhkəmə qərarları › İş №8(006)-126/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-126/2023

30.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-126/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4753/2021 saylı icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbsin qoyulması” barədə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan “Opel Astra” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4753/2021 saylı icra sənədinə əsasən Borclu 2.190,8 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Opel Astra” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Borclu məxsus “Opel Astra” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 borclu tərəfindən şirkətə ödənilməli olan borc məbləğinin ödənilmədiyini bildirdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna və borcluya məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, o cümlədən, hazırki təqdimatın obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e233036/2021-5-36-004 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4753/2021 saylı icra sənədinə əsasən iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə 543,2 manat əsas borc və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1.617,6 mnat əsas borc, cəmi 2.160,8 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Təqdimata əlavə olunmuş xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4753/2021 saylı icra sənədi üzrə icraat başlanılmış və könüllü icra barədə e233036/2021-5-36-002 nömrəli bildiriş borcluya göndərilmişdir. Göründüyü kimi, borclu icra vərəqini könüllü icra müddəti ərzində icra etməmişdir. Təqdimata əlavə olunmuş elektron portaldan çıxarışdan görünür ki, Borclu adına “Opel Astra” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsində göstərilir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4753/2021 saylı icra sənədi üzrə Borclu adına qeydiyyatda olan “Opel Astra” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4753/2021 saylı icra sənədi üzrə Borclu adına qeydiyyatda olan “Opel Astra” minik markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar