Məhkəmə qərarları › İş №8(006)-13/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-13/2024

09.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-13/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar iştirakı ilə İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)-1177/2018 nömrəli qətnaməsi ilə qət edilmiş məbləğin indeksasiya edilməklə tutulmasına dair” ərizəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)- 1177/2018 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Borclu müqavilə öhdəliklərini icra etməkdən imtina etdiyinə görə əsas məbləğ üzrə 11.200 (on bir min iki yüz) manat, əsas məbləğin bir misli miqdarında, yəni 11.200 (on bir min iki yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 22.400 (iyirmi iki min dörd yüz) manat məbləğində pul alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq xx.xx.2018-ci ildə icraya yönəldilmişdir. İcra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)-1177/2018 nömrəli qətnaməsi ilə qət edilmiş 22.400 manat məbləğini 16 mart 2018-ci il tarixdən 13 oktyabr 2023-cü il tarixədək indeksasiya etməklə, cavabdeh (borclu) Borclu 8512 (səkkiz min beş yüz on iki) manat indeksasiya kimi onun xeyrinə tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 16 mart 2018-ci il tarixli, 2(006)-1177/2018 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilərək, 22.400 (iyirmi iki min dörd yüz) manat məbləğində pulun Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi barədə qərar verilmişdir. Göstərilən qətnamə qanuni qüvvəyə minmiş və məhkəmənin verdiyi icra vərəqəsinə əsasən Nəsimi rayon icra şöbəsinin icra məmuru Ceyhun Şirinov tərəfindən “icraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsi dərhal icra edilməli olduğu halda, cavabdeh (borclu) Borclu bu günə kimi borcu ödəməmiş və ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Nəsimi rayon icra şöbəsi tərəfindən cavabdeh (borclu) barəsində axtarış elan edilmiş və icrası Nəsimi Rayon Polis İdarəsinə həvalə edilmişdir. Lakin cavabdehi (borclunu) tapmaq mümkün olmamış və o, borcu ödəməkdən yayınmaq üçün ölkəni tərk edərək xarici ölkədə məskunlaşmışdır. Qətnamə uzun müddət ərzində icra edilmədiyi üçün məhkəmənin qət etdiyi məbləğ inflyasiya olaraq dəyərdən düşmüşdür. İndeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətinin qorunması, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin artırılması məqsədlərinə xidmət edir. İcra sənədi üzrə Tələbkar hazırki indeksləşdirmə tələbi məhkəmə qərarının icrasında baş verən gecikmələrdən qaynaqlanır. Məhkəmə qərarının vaxtında və tam şəkildə icra olunmaması, yaxud da icranın üzürsüz səbəblərdən ağlabatan müddəti aşan şəkildə yubadılması borclunun məsuliyyət sferasına aid olduğundan, tələbkar belə halların neqativ nəticələrindən indeksasiya mexanizmi vasitəsi ilə qorunmasını tələb etməkdə haqlı sayılmalıdır. Qeyd edilməlidir ki, borclu məhkəmə qərarının icrası üzrə öhdəliyin daşıyıcısıdır. Həmin öhdəliyin yerinə yetirilmədiyi, xüsusilə də uzun zaman kəsiyində yerinə yetirilmədiyi müddət ərzində şəxsin indeksasiyanı tələb haqqı məhdudlaşdırıla bilməz. Qərarın icraya yönəldildiyi müddətdən xeyli vaxt keçdiyi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumata görə ötən müddət ərzində ölkə ərazisində istehlak qiymətləri artıma doğru dəyişdiyi üçün yuxarıda istinad olunan normalara əsasən məhkəmə qərarının icrası ilə əlaqədar tutulmalı pul məbləğinin müvafiq indeksasiyası həyata keçirilməlidir. Dövlət Statistika Komitəsinin 13 oktyabr 2023cü il tarixli 3-34/2-105/04-1/2023 nömrəli məktubundan (arayışından) müəyyən olunur ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayından 2018-ci ilin mart ayına nisbətən 138,0 faiz təşkil edir. Hesablamaya görə qətnamənin verildiyi tarixdən (16 mart 2018-ci il) məhkəmənin qət etdiyi 22400 manat məbləğində pul, 13 oktyabr 2023-cü il 38% dəyərdən düşmüşdür, bu isə 8512 manat təşkil edir (22400 x 38 % = 8512 manat). Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)-1177/2018 nömrəli qətnaməsi ilə qət edilən 22400 manat 2018-ci ilin mart ayından 2023-cü ilin oktyabr ayına qədər müddət üçün 8512 manat indeksasiya edilməlidir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar (ərizəçi) Tələbkar ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izaht verib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkarın (ərizəçinin) izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri icra işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)- 1177/2018 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdeh Borclu müqavilə öhdəliklərini icra etməkdən imtina etdiyinə görə əsas məbləğ üzrə 11.200 (on bir min iki yüz) manat, əsas məbləğin bir misli miqdarında, yəni 11.200 (on bir min iki yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 22.400 (iyirmi iki min dörd yüz) manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1177/2018 nömrəli icra vərəqəsindən görünür ki, qətnamə 30 aprel 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icra vərəqəsi verilmişdir. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ceyhun Şirinov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)-1177/2018 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Könüllü icra barədə xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)-1177/2018 nömrəli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Nəsimi rayon İcra şöbəsi (icra məmuru Ceyhun Şirinov) tərəfindən Borclu ünvanlanmış xx.xx.2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)-1177/2018 nömrəli icra sənədinin icra edilməməsi ilə əlaqədar Azərabaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2018-ci ildə borclunun bacısı xəbərdarlığı götürməkdən imtina etmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Tələbkar ünvanlanmış xx.xx.2018-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Borclu mülki öhdəliklərin icrasından yayınma ilə bağlı Nəsimi RPİ tərəfindən axtarışdadır. Müsbət nəticə əldə olunacağı halda ona və İcra şöbəsinə məlumat veriləcəkdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü Borclu barəsində Nəsimi RPİ-nin İTŞ-si tərəfindən xx.xx.2020-ci ildə dövlətlərarası axtarış işi açılmışdır və o istiqamətdə axtarış tədbirləri davam etdirilir. Borclu barəsində xx.xx.2018-ci ildə 75929 saylı axtarış işi açılmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayında 2018-ci ilin mart ayına nisbətən 138,0 faiz təşkil etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)-1177/2018 nömrəli qətnaməsi ilə Borclu 22.400 manat məbləğində pulun alınaraq Tələbkar verilməsi qət edilmiş, icra işinin materiallarına əsasən, sözügedən qətnamə əsasında verilmiş icra sənədinin borclu tərəfindən icra edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin, məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, beləliklə, Konstitusiya və beynəlxalq hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Borclu 22.400 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. Hazırda ərizəçinin (tələbkarın) tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə ona ödənilməli olan 22.400 manat məbləğində pulun 16 mart 2018-ci il tarixdən 13 oktyabr 2023-cü il tarixədək olan dövrlər üzrə indeksasiya olunmasından ibarətdir. Məhkəmə tərəfindən, sözügedən qətnamə əsasında verilmiş icra sənədinin qeyd edilən dövrlərdə icra edilmədiyi müəyyən olunmuşdur. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayında 2018-ci ilin mart ayına nisbətən 138,0 faiz təşkil etmişdir. Belə olan halda, qanuni qüvvədə olan məhkəmə aktı ilə ərizəçinin (tələbkarın) xeyrinə tutulmalı olan məbləğ 22.400 manat olduğuna və araşdırılan dövrdəki qiymət indeksi 38 % artığına görə, indeksasiya məbləği 8512 (22.400 x 38 : 100) təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alınaraq, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)-1177/2018 nömrəli qətnaməsi ilə qət edilmiş 22.400 (iyirmi iki min dörd) manat məbləğ 16 mart 2018-ci il tarixdən 13 oktyabr 2023-cü il tarixədək indeksasiya edilərək, 8512 (səkkiz min beş yüz on iki) manat məbləğində pul Borclu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(006)- 1177/2018 nömrəli icra vərəqəsi üzrə Tələbkar ödənilməli olan 22.400 manat pul məbləği indeksasiya edilərək, Borclu Tələbkar xeyrinə əlavə olaraq 8512 (səkkiz min beş yüz on iki) manat məbləğində pul tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar