Məhkəmə qərarları › İş №8(006)-130/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-130/2023

04.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-130/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4045/2022 saylı icra sənədi üzrə «borclunun əmlakı üzərinə həbsin qoyulması» barədə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi məhkəməyə təqdimatla müraciət edərək, Borclu MMC-yə məxsus olan “DAF XF95 yük” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı, “Schmitz Yarımqoşqu” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı, “Schmitz Yarımqoşqu” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı, “Schmitz Yarımqoşqu” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı, “Schmitz Yarımqoşqu” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı, “X3 1835LS yük” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı, “DAF XF105.410 yük” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı və “Mercedes 1844LS yük” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hazırda Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəisi X1 tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, icraatda olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4045/2022 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair 3072-312942/22-5-22 saylı, xx.xx.2023-cü il tarixli təqdimat ilə məhkəməyə müraciət olunduğu, lakin hal-hazırda qiyabi qətnamə qüvvədən düşdüyü bildirilmiş və bu səbəbdən sözügedən təqdimatın icra edilmədən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və icra məmuruna məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4045/2022 saylı icra sənədi üzrə «borclunun əmlakı üzərinə həbsin qoyulması» barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar