Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-133/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi Əliyeva Günay Alim qızının katibliyi ilə Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərovun Bakı Apelyasiya Məhkəməsinin 04.08.2015-ci il tarixli, 2(103)-5143/2015 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərov məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 04.08.2015-ci il tarixli, 2(103)-5143/2015 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 04.08.2015-ci il tarixli, 2(103)-5143/2015 nömrəli icra sənədinə əsasən, Borclu və "xxxx" MMC-dən 1.450.000 ABŞ dolları məbləğində pul vəsaiti və 20,3 manat məbləğində dövlət rüsumunun tutularaq Tələbkar1 və Tələbkar2 İsgəndər oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi 29.02.2016-cı il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, borclu "xxxx"MMC-nin rəhbəri Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan Nəsimi Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə “təqdimatın geri qaytarılması” barədə məktub ilə müraciət olunaraq təqdimata baxılmadan geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, təqdimatın geri qaytarılmasına dair Nəsimi Rayon İcra Şöbəsinin məktubunu və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimata baxılmadan geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərovun borclunun məcburi gətirilməsi ilə bağlı təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova İş № 8(006)-133/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 18 aprel 2022-ci il Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızının sədrliyi Əliyeva Günay Alim qızının katibliyi ilə Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərovun Bakı Apelyasiya Məhkəməsinin 04.08.2015-ci il tarixli, 2(103)-5143/2015 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını 15:30-da açır və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, iş üzrə tərəflər gəlməmişlər. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Hazırkı təqdimata gəlməyən tərəflərin iştirakı olmadan baxılsın. Sədrlik edən Nəsimi Rayon İcra Şöbəsinin tərəfindən məhkəməyə daxil olan “təqdimatın geri qaytarılması” barədə ərizəni elan edir. Məhkəmə müşavirə otağına gedir. Qayıtdıqdan sonra qərardadı elan edir. Məhkəmə iclası 15:40-da bağlı elan olunur. Məhkəmə iclas protokolu 18 aprel 2022-ci il tarixdə tərtib edilmişdir. Sədrlik edən Günay Abidova Katib Günay Əliyeva
Məhkəmə qərarları › İş №8(006)-133/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-133/2022
18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver