Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-133/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətovun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu maddi zərərə görə 2.227,40 manat məbləğində pul tutularaq Bakı şəhər probasiya xidmətinin hesabına (bank rekvizitləri: X2: VÖEN: **********, M/H: AZ41NABZ********************, Kod: 210005, SWİFT: CTREAZ22. Bakı şəhər Maliyyə İdarəsi, H/H: AZ66CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Borclu 42,27 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə alınmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu məxsus olan ünvan 2i ünvanında yerləşən 0.06 ha torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən, tələbin əmlaka yönəldilməsi üçün iş üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu maddi zərərə görə 2.227,40 manat məbləğində pul tutularaq Bakı şəhər probasiya xidmətinin hesabına (bank rekvizitləri: X1: VÖEN: **********, M/H: AZ41NABZ********************, Kod: 210005, SWİFT: CTREAZ22. Bakı şəhər Maliyyə İdarəsi, H/H: AZ66CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Borclu 42,27 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş xx.xx.2023cü il tarixli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin sahibi Borcludur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3019/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu maddi zərərə görə 2.227,40 manat məbləğində pul tutularaq Bakı şəhər probasiya xidmətinin hesabına, 42,27 manat dövlət rüsumu tutularaq isə dövlət büdcəsinə ödənilməlidir. İcra vərəqəsi üzrə icraata başlanılmış və Borclu tələbi könüllü icra etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən tələb icra edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə aparılmış icra hərəkətləri nəticəsində Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Hazırda icra məmuru Aydın Hümbətov məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq məhkəmə müəyyən etmişdir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətov tərəfindən icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin Borclu göndərilməsinə dair sübutlar (göndərilməyə dair poçt reyestr məlumatı, çatıb-çatmaması barədə qəbz və ya xəbərnamə) təqdimata əlavə edilməmiş, icra işinin materiallarında aşkar edilməmiş, beləliklə, borclunun icra sənədindən müvafiq qaydada xəbərdar olması və həqiqətən, icra sənədinin könüllü icrasından üzrsüz yayınması müvafiq qaydada təsdiq edilməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra sənədi üzrə ödənilməli olan borcun məbləği ilə torpağın üzərinə həbsin qoyulması hüququn mütənasiblik prinsipinin pozulması ilə nəticələnə bilər. Belə ki, icra sənədi üzrə Borclu tərəfindən ödənilməli olan 2.227,40 manat borca və 42,27 manat dövlət rüsumuna görə ona məxsus ünvan 2i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması adekvat hesab olunmur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanunun) 27.2-ci maddəsinə əsasən, borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qanunun 50.4.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətləri həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Qanunun 50.2-ci maddəsində göstərilmişdir ki, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətov tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətovun Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-133/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-133/2023
04.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver