Məhkəmə qərarları › İş №8(006)-133/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-133/2024

24.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-133/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Borclunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-719/2023-015 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə qətnaməninin icrasına möhlət verilməsinə dair Borclu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Tələbkar ona qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tələbkar ilə onun arasında müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə notarial qaydada təsdiq edilmiş kredit müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Tələbkar tərəfindən Borclu 100.000 (yüz min) manat xx.xx.2022-ci il tarixədək, xx.xx.2022ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən Tələbkar tərəfindən Borclu 20.000 (iyirmi min) manat xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən Tələbkar tərəfindən Borclu 50.000 (əlli min) manat xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən Tələbkar tərəfindən ona 70.000 (yetmiş min) manat məbləğində borc pul xx.xx.2023-cü ilədək borc verilmişdir. Onun birgə nikahda olduğu həyat yoldaşı X4 borcun alınması barədə razılıq ərizəsi təqdim etmişdir. O, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqaviləsi üzrə götürdüyü 100.000 (yüz min) manat borcdan 70.000 (yetmiş min) manatın notarial qaydada bank depozit vasitəsilə qaytarılmasını təmin etmişdir, lakin həmin müqavilə üzrə 30.000 (otuz min) manat vəsaitin qaytarılmasını təmin etməmişdir. Bundan başqa digər başa çatmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə borc vəsaitlərini geri qaytarmamışdır. Hələ də həmin borc müqavilələri üzrə qalan ödənişlər onun tərəfindən ödənilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-719/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu ilə xx.xx.2022-ci il tarixli və xx.xx.2022ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqavilələrinə xitam verilmiş, xx.xx.2022ci il tarixli kredit müqavilə üzrə 70.000 yetmiş min) manat əsas borc, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənilməmiş 30.000 (otuz min) manat əsas borc, 1500 ( bir min beş yüz ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 20.000 (iyirmi min) manat əsas borc, 1000 (bir min) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 50.000 manat əsas borc, 2000 manat dəbbə pulu, ümumilikdə 174.500 manat və ödənilmiş dövlət rüsumunun əvəz kimi 488 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3429/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 24 aprel 2024-cü il tarixdə mülki iş Binəqədi rayon İcra şöbəsinə icra edilməsi üçün yönəldilmişdir. İddiaçıdan borc almağının səbəbi, həmin məbləğdə pul qədər X1 “Licoful” FZE sahibi azərbaycanlı olan bir iş adamına nisyə mal vermiş, həmin iş hal-hazırda Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2429/2023 saylı iş icraatındadır və məhkəmə tapşırığı göndərilmişdir. Qətnamə üzrə ümumilikdə 174.500 (bir yüz yetmiş dörd min beş yüz) manat borcun (xx.xx.2024-cü il tarixdə 40000 manat),(xx.xx.2024-cü il tarixdə 30000 manat), (xx.xx.2024-cü il tarixdə 20000 manat) ümumilikdə 90000 manat 3 ay ərzində ödəniş edilmişdir yəni borcun böyük hissəsi tərəfimdən ödənilmişdir, qalan hissənin ödənilməsinə 3 (ay) möhlət lazımdır. Göstərilənlərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına 3 (üç) ay möhlət verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirmişdir ki, tələbkar da ərizənin təmin edilməsinə etiraz etmir. Ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda, Tələbkar məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan baxılmasına və borclu tərəfinə möhlət verilməsinə dair ərizəsinə isə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni icra edilməsinə möhlət verilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə hazırkı ərizəyə icra məmuru və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edildiyindən, ərizə təmin edilməlidir. Belə ki, işdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-719/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Borclu ilə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqavilələrinə xitam verilməsi, xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə 70.000 (yetmiş min) manat əsas borc, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənilməmiş 30.000 (otuz min) manat əsas borc, 1500 ( bir min beş yüz ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 20.000 (iyirmi min) manat əsas borc, 1000 (bir min) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 50.000 (əlli min) manat əsas borc, 2000 ( iki min ) manat dəbbə pulu, ümumilikdə 174.500 (bir yüz yetmiş dörd min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 488 (dörd yüz səksən səkkiz) manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Borclu tərəfindən ümumilikdə 90000 manat məbləğində borc ödənilmişdir. İşdə olan Tələbkar ilə Borclu arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, kredit müqaviləsinə əsasən Borclu Tələbkar aldığı 50000 manat borc məbləğini geri qaytarmış və borc verən Tələbkar bu ödəməni qəbul etmişdir. Hazırki sazişlə qeyd olunan müqaviləyə xitam verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun icra edilməsinə möhlət verilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Yuxarıda qeyd olunanlar, həmçinin tələbkarın ərizəsi, borclunun borcun ödənilməsindən yayınmaması və borcun böyük hissəsinin ödənilməsi nəzərə alınaraq, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-719/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına xx.xx.2024-cü il tarixdən Borclu 3 (üç) ay möhlət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-719/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına xx.xx.2024-cü il tarixdən Borclu 3 (üç) ay möhlət verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar