Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-135/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nəsimi rayon icra şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Azər Heydərov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə icraata daxil olan Nəsimi rayon Məhkəməsinin 2(006)-433/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 119000 manat manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 119024 manat məbləğində pul cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 10 manatı iddiaçı Tələbkar, 40 manatı isə cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZD13601**********3944) ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək Borclu bildirişlə birlikdə göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü təmin edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən Borclu adına Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152, mən 2 və borclunun yoldaşı X3 adına Yasamal rayonu, Azərbaycan pr-ti, ev 35, mən 8-də əmlakları müəyyən edilmiş və üzərinə həbs qoyulmuşdur. İcra sənədini icrası ilə əlaqədar aparılan icra tədbirləri zamanı “Elektron icra" informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Mercedes Benz" Viano CDİ2.2 minik markalı **-KS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi müəyyən edilmiş və icra məmurunun qərarı ilə üzərinə həbs qoyulmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə Borclu məxsus olan “Mercedes Benz" Viano CDİ2.2 rıinik markalı 9C-KS-811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi barədə axtarış qərarı qəbul edilmiş və Baş Dövlət Yol Polis idarəsinə göndərilmişdir. "xxxx" MMC-nin 0273/22 saylı, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən X3 adına olan Yasamal rayonu, Azərbaycan pr-ti, ev 35, 8 saylı mənzilinin V hissəsinin bazar dəyəri 64300 manat müəyyən edilmişdir. “Bakı Hərrac Mərkəzi" MMC-nin 23.11,2022-ci il tarixli Y-302/22 №-li Hərracın yekunları barədə protokoluna əsasən X3 adına olan Yasamal rayonu, Azərbaycan pr-ti, ev 35, 8 saylı mənzilinin J4 hissəsi- 64300 (Altmış dörd min üç yüz) manata Tələbkar satılmışdır və Tələbkar adına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Daha sonra üçüncü şəxs X5 tərəfindən hərracın nəticəsinin ləğvi ilə bağlı iddia qaldırılmışdır və müvəqqəti təminat tədbiri qismində Nəsimi rayon məhkəməsinin qərarı ilə sözügedən mənzilin rəsmiləşdirilməsinə qadağan olunmuşdur. xx.xx.2022-ci il tarixində borclu şöbəyə gəlmiş, ondan izahat alınmış və o, izahatında məhkəmə qərarından yeni xəbərdar olduğunu bildirmiş, eyni zamanda ona məxsus nəqliyyat vasitəsinin hal-hazırda Türkiyə Republikasında təmirdə olduğunu bildirmişdir. xx.xx.2022ci il tarixdə Borclu icraata başlamaq haqqında qərar və bildiriş qəbul etmişdir. Daha sonra “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən borclunun xx.xx.2022-ci il tarixdən ölkədən getdiyi müəyyən olunmuşdur, bu səbəbdən barəsində xx.xx.2023-cü il tarixdə axtarş qərarı qəbul olunmuşdur. Eyni zamanda icra sənədinin icrası ilə əlaqədar olaraq borc məbləği borclunun pensiyasına yönəldilmişdir və hər ay pensiyasından 253.25 manat pul tutulur. Bakı şəhəri Nəsimi rayon icra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən 119000 manat manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 119024 manat məbləğində pul cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 10 manatı iddiaçı Tələbkar, 40 manatı isə cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-433/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin X4 aid hissədə ləğv edilməklə ona qarşı yönəlmiş tələbin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 433/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqqında bildiriş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar rəsmi qaydada borcluya təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə onun tərəfindən qəbul edilmişdir. Nəsimi rayon icra şöbəsi tərəfindən təqdim edilmiş icra işinin materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmişdir. Eyni zamanda Nəsimi rayon icra şöbəsi tərəfindən Borclu məxsus olan “X7 CDİ2.2” minik markalı ** KS *** nömrə nişanlı nəqliyyat vasitəsi barəsində axtarış elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Borclu xx.xx.1973-cü ildə Moskva şəhərində doğulmuş Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-135/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-135/2023
27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver