Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-137/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədovun «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi»nə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədov məhkəməyə təqdimatla müraciət edərək «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi» barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3613/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 148,8 kv.m, 3 otaqlı yaşayış mənzilinin və “Lexus CT200H minik” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi JTHKD5BH8F2223654, buraxılış ili 2014-cü il olan avtomaşının üzərində Tələbkar ½ hissədə payı müəyyən edilməlidir. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosessi 10A ünvanında inşa edilən yeni yaşayış massivinin C2 blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80,48 kv.m, 2 otaqlı, 6 saylı mənzilə dair ödənilmiş 70.376 manat məbləğində pulun 2/3 hissəsi üzərində iddiaçının payı müəyyən edilməlidir və 46.917,33 manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Həmin tələb Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148.8 kv.m, 3 otaqlı yaşayış mənzilinin Borclu məxsus ½ hissəsi üzərinə həbs qoyulmuşdur. Borclu 46.917,33 manat borc məbləğini tam şəkildə ödəmiş və bu barədə qəbzi Nəsimi Rayon İcra Şöbəsinə təqdim etmişdir. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Borclu mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148.8 kv.m, 3 otaqlı yaşayış mənzilinin Borclu məxsus ½ hissəsi üzərinə qoyulmuş həbs götürülməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimatın təmin edilməsi, Borclu mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148.8 kv.m, 3 otaqlı yaşayış mənzilinin Borclu məxsus ½ hissəsi üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Borclu tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanan ərizədən görünür ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3613/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar 46.917,33 manat məbləğində pul vəsaitini və həmçinin qeyd olunan məbləğin 7% icra ödənişini 3285 manat məbləğində pul vəsaitini Nəsimi rayon İcra şöbəsinin Depozit hesabına ödəmişdir. Bu səbəbdən icra sənədində qeyd olunan tələblər tərəfindən tam şəkildə icra olunduğundan məcburi icra tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli, FJB**********654 nömrəli qəbzin surətindən görünür ki, Borclu tərəfindən 46.918 manat məbləğində pul vəsaiti Tələbkar ödənilmişdir. Məhkəmə hesab edir ki, tələb olunan pul vəsaiti borclu tərəfindən tam şəkildə ödənildiyindən hazırda borclunun əmlakı üzərində həbsin saxlanılması üçün zərurət aradan qalxmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə sasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra Rövşən Əhmədovun «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi»nə dair təqdimatı təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148.8 kv.m, 3 otaqlı yaşayış mənzilinin Borclu məxsus ½ hissəsi üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Məhkəmə qərarları › İş №8(006)-137/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-137/2024
29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver