Məhkəmə qərarları › İş №8(006)-138/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-138/2022

21.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-138/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3611/2021 nömrəli 10.09.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-3611/2021 nömrəli 10.09.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)- 3611/2021 nömrəli 10.09.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay hər uşaq üçün 130 manat, ümumilikdə 260 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi 09.12.2021-ci il tarixdə icaata daxıl olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-3611/2021 nömrəli 10.09.2021-ci il tarixli qətnaməsinə əsasən, Borclu hər ay hər uşaq üçün 130 manat, ümumilikdə 260 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş 14.09.2021-ci il tarixli qərardan görünür ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyev tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-3611/2021 nömrəli 10.09.2021-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin dərhal icrası haqqında 14.09.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini dərhal icra etmək haqqında xəbərdar edilmişdir. Alimentin alınması haqqında qəbzdən görünür ki, 01.11.2021-ci il tarixində Borclu tələbkara 500 manat məbləğində aliment ödəmişdir. Təqdimata əlavə edilmiş aktdan görünür ki, Borclu icra sənədində göstərilən ünvan 1 ünvanında yaşamır. 14.12.2021-ci il tarixli ərizədən görünür ki, Tələbkar aliment borcunun ödənilməsi üçün bütün məcburi icra tədbirlərinin görülməsini Nəsimi rayon İcra Şöbəsindən xahiş etmişdir. İş materiallarından görünür ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Aydın Hümbətov tərəfindən 14.03.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Nəsimi rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Aydın Hümbətovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-3611/2021 nömrəli 10.09.2021-ci il tarixli icra sənədinin icrasına əsasən, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Borclu məcburi Nəsimi rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar