Məhkəmə qərarları › İş №8(006)-138/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-138/2024

23.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-138/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Borclunun, onun nümayəndəsi və vəkili X6 iştirakları ilə Borclu icra sənədlərinin icrasına möhlət verilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu X9 ərizə ilə məhkəməyə müraciət edərək Nəsimi rayon icra şöbəsində barəsində olan icra işləri üzrə qalıq borcunun əmək haqqının 50%-nin tutulmaqla hissəhissə tələbkar fiziki və hüquqi şəxsləri ödənilməsi və icraya 1 il möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 13 saylı Notariat Kontorunun 7E-6795 saylı, xx.xx.2015-ci il icra sənədinə əsasən borclu kimi ondan cəmi 40000 manat və 10 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Baki şəhəri 19 saylı Notariat Kontorunun 7E-26903 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu kimi ondan cəmi 40092 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2163N2019-017 nömrəli, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən borclu kimi ondan 1514,56 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2519/2021-009 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu kimi ondan 40000 manat məbləğində pul vəsaiti və 10 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 938/2022-009 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu kimi ondan 1700 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6458/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu kimi ondan 19000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq tələbkar X7 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 1(005)-116/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən aparılmış ekspertiza tədqiqatının ümumi məbləği 200 manat olmaqla ondan tutularaq dövlət büdcəsinin hesabına dilənilməlidir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 8(006)-292/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ona məxsus olan VAZ-21061 markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin, VAZ-21214 markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı və VAZ-21074 markalı, 10 EZ-997 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş qərardad icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Nəsimi rayon icra şöbəsinin icraatında onun barəsində olan 5 icra sənədi üzrə borcu 71755 manat qalmışdır. Bundan əlavə, onun “İrşad elektroniksə” 1000 manat, "Kontakt Home" 1000 manat, ”Yelo Banka” 2200 manat, “Ekspress Banka” 2100 manat, Kapital Banka 3999 manat, Bank Respublikaya 1400 manat, ”Baku Elektroniksə” 1600 manat borcu vardır. O, çox çətinliklə də olsa axır ki, özünə iş yeri tapmışdır. Bakı şəhəri 26 saylı poliklinikada xx.xx.2024-cü il tarixdən sahə həkimi-terapevt vəzifəsində işləməklə aylıq əmək haqqı 1038 manat təşkil edir. Həmin pulun qanunla müəyyən edilmiş 50%-nin ondan tutulub koefisent çıxarılaraq tələbkarlar arasında bölüşdürülməsi onun fikricə ən ədalətli çıxış yolu olar. O, işindən məhrum olarsa borclarını da ödəmək imkanından məhrum olacaqdır. O, öhdəliklərini dərk edir, onları qəbul etmiş və ödəməyə də bütün imkanları daxilində çalışır. O, heç vaxt ödənişdən qəsdən yayınmamışdır. Əgər onun əmlakı və sair dəyərli, qiymətli əşyaları olsaydı, o, çoxdan borclarını ödəyib qurtarmışdır. Adına olmuş və üzərinə həbs qoyulmuş avtomobillər satışa çıxarılarsa əldə edilən puldan da xeyli ödəniş etmək olar. Bu ilin aprel ayında 1000 manat da ödəniş etmişdir. Qalan borclarını ödəmək üçün ona təxminən 1 il vaxt gərəkliyini nəzərə alaraq, onun 1 il müddətinə bərabər paylarla hissə-hissə ödənilməsi, yaxud əmək haqqımın 50%-nin tutularaq tələbkarlar arasında bölünməsi barədə qərar çıxarılmasını istəyir. Məhkəmə iclasında borclu, onun nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən şəxslərə ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş və onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borcunun ərizəsini dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsində göstərilən hallar eyni zamanda tələbkarların bir qisminin verilmiş ərizə ilə bağlı müsbət münasibəti nəzərə alınmaqla ərizə təmin edilməli, Bakı şəhəri 13 saylı Notariat Ofisinin 7E-6795 saylı, xx.xx.2015-ci il tarixli Baki şəhəri 19 saylı Notariat Ofisinin 7E-26903 saylı xx.xx.2017-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2163N2019-017 nömrəli, xx.xx.2019-cu il tarixli Nəsimi Rayon Məhkəməsinin 2(006)-2519/2021-009 nömrəli xx.xx.2021-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin 2(006)-938/2022-009 nömrəli xx.xx.2022-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin 2(006)-6458/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icrasına icra sənədləri üzrə icraya 1 il müddətinə möhlət verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri 13 saylı Notariat Ofisinin 7E-6795 saylı xx.xx.2015-ci il tarixli və Baki şəhəri 19 saylı Notariat Ofisinin 7E-26903 saylı xx.xx.2017-ci il tarixli icra qeydlərinin, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2163N2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2519/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin, Nəsimi Rayon Məhkəməsinin 2(006)-938/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6458/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasına 1 il müddətinə möhlət verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar