Məhkəmə qərarları › İş №8(006)-140/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-140/2024

30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-140/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-713/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbsin qoyulması” barədə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan «Opel Astra» minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 713/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 2000 manat mənəvi zərər tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 25156 manat, 2000 manat mənəvi zərər, mütəxəssisə ödənilmiş 300 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 28086 manat məbləğində pul vəsaiti Borclu tutularaq iddiaçı X3 ödənilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ.34CTRE******************** saylı hesabına köçürülməlidir. İcra sənədinin icrasına xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. Məcburi icra tədbirləri zamanı “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «Opel Astra» minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, tələbin sözügüdən əmlaklara yönəldilməsi üçün adına qeydiyyatdan keçən daşınar əmlakların üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, tələbin həmin əmlaklara yönəldilməsi üçün iş üzrə Borclu məxsus «Opel Astra» minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-713/2023- 006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 25156 manat, 2000 (iki min) manat mənəvi zərər, mütəxəssisə ödənilmiş 300 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 28086 manat məbləğində pul vəsaiti Borclu tutularaq iddiaçı X3 ödənilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22.AZ.34CTRE******************** saylı hesabına köçürülməlidir. Təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-713/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış və könüllü icra barədə e190565/2023-5-40-003 nömrəli bildiriş borcluya göndərilmişdir. Göründüyü kimi, borclu icra vərəqini könüllü icra müddəti ərzində icra etməmişdir. Təqdimata əlavə olunmuş elektron portaldan çıxarışdan görünür ki, Borclu adına «Opel Astra» minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, «Opel Astra» minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsində göstərilir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-713/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu adına qeydiyyatda olan «Opel Astra» minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-713/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu adına qeydiyyatda olan «Opel Astra» minik markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar