Məhkəmə qərarları › İş №8(006)-143/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-143/2023

11.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-143/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İcra sənədi üzrə Borclu vəkili-nümayəndəsi Vəkil, İcra sənədi üzrə Tələbkar, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1963-cü ildə Sabirabad rayonunda anadan olmuş və ünvan 1 ünvanında yaşayan Borclu 51000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün “Elektron icra” informasiya sistemindən sorğular edilmiş, lakin borclunun mülkiyyətində tələbi yönəldə biləcək hər hansı əmlak aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edib, təqdimatın məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Borclu vəkili-nümayəndəsi Vəkil bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmək haqqına və pensiyasına yönəldilmə edilib, o, icra sənədinin icrasından da yayınmır. Hazırda xəstədir, ölkədən çıxmasına ehtiyac yoxdur. Ona görə də təqdimatın əsassız olduğundan, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra sənədi üzrə borclunun nümayəndəsinin, tələbkarın və icra məmurunun izahatını, vəkilin çıxışını dinləyib, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, bina № 98-də yerləşən 34 №-li mənzilə dair Borclu ilə Tələbkar arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 11 saylı Notariat Kontoru tərəfindən həmin tarixdə rəsmiləşdirilərək reyestrdə 4Ə-202 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* №-li “Alqı-satqı müqaviləsi” və həmin müqavilənin yaratdığı hüquqi nəticələr, o cümlədən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” Tələbkar adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarış” etibarsız hesab edilmiş, 51000 (əlli bir) manat məbləğində pulun Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş izahatdan görünür ki, Borclu Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində olan tələbin könüllü surətdə icrasını təmin etməyə çalışır və sənədləşmə işi başa çatanadək ona möhlət verilməsini tələbkardan və icra şöbəsindən xahiş edir. Bundan başqa, o mənzilin adına qeydiyyata alınmasından sonra həmin mənzili banka girov qoymaqla icra sənədi üzrə ödəməli olduğu pul məbləğini tam şəkildə tələbkara ödəməyə çalışır. Ona görə də mənzilin üzərinə qoyulan qadağanın götürülməsini məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə ödəməli olduğu məbləğdən hər hansı bir ödəniş etməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədilə bir neçə bankla danışıqlar aparmış, lakin 51000 manat məbləğində kreditin verilməsinin yalnız banka girov qoyulduğu təqdirdə mümkün olması bildirilmişdir. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra işinin materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İcra işinin materiallarında olan "xxxx" MMC-yə və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023cü il tarixli məktublardan görünür ki, icra sənədi üzrə borc məbləği tam ödənilənə qədər borclunun əmək haqqından 50 faiz tutularaq müvafiq bank hesabına ödənilməsi xahiş edilmişdir. İcra işinin materiallarında olan xx.xx.2023-cü il tarixli e177718/2022-5-22/1 nömrəli inkasso sərəncamından görünür ki, Borclu tərəfindən Tələbkar hesabına 864,45 (səkkiz yüz altmış dörd manat qırx beş qəpik) manat məbləğində vəsait ödənilmişdir. İcra işinin materiallarında olan borc tələbi üzrə pul vəsaitinin alınması haqqında xx.xx.2023cü il tarixli qəbzdən görünür ki, Tələbkar Borclu 3400 manat pul vəsaitini qəbul etmişdir. İcra işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 21 nömrəli ödəniş tapşırığından görünür ki, Nəsimi rayon İcra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Tələbkar hesabına 685,14 (altı yüz səksən beş manat on dörd qəpik) manat məbləğində vəsait ödənilmişdir. İcra işinin materiallarında olan xx.xx.2023-cü il tarixli e177718/2022-5-22/1 nömrəli inkasso sərəncamından görünür ki, Borclu tərəfindən Tələbkar hesabına 40 (qırx) manat məbləğində vəsait ödənilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən 4989,59 manat ödəniş edilməsinə, eləcə də icra sənədinin icrasının onun əmək haqqına və pensiyasına yönəldilməsinə baxmayaraq, icra sənədi üzrə ödənilməli olan məbləğin yüksək olmasını və borclunun ölkədən çıxmağa xüsusi zərurətinin olmadığını nəzərə alıb hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1963-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1963-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar