Məhkəmə qərarları › İş №8(006)-145/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-145/2023

19.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-145/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-251/2022 saylı qərardadı ilə «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi» barədə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan «Kia Rio» minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı və «Volksvagen Passat» minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3187/2021 saylı icra sənədi üzrə Borclu məxsus olan «Kia Rio» minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı və «Volksvagen Passat» minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması ilə bağlı təqdimatları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)- 251/2022 saylı qərardadı ilə təmin edilmiş və sözügedən avtomobillərin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb tam şəkildə təmin edilmiş və zərurət aradan qalxmışdır. Buna görə də, Borclu mülkiyyətində olan «Kia Rio» minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı və «Volksvagen Passat» minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən «Kia Rio» minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı və «Volksvagen Passat» minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, o cümlədən, hazırki təqdimatın obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e71183/2022-5-6-004 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3187/2021 saylı icra sənədinə əsasən iddia qismən təmin edilməli, vurulmuş ziyanın ödənilməmiş hissəsi olan 3.252 manat, avtomobilə baxış keçirilməsi üçün ödənilmiş 100 manat və məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Borclu tutularaq X2 ödənilməli, 100 manat ekspertiza xərci cavabdeh Borclu tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icra ödənişinin alınması barədə” qərarından görünür ki, Borclu 237,44 manat məbləğində icra ödənişinin alınması, icra ödənişi məbləğinin 25%-nin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-251/2022 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu məxsus olan «Kia Rio» minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı və «Volksvagen Passat» minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Xidmət və Əməliyyat Mərkəzinin xx.xx.2023-cü il tarixli, 177 saylı arayışından görünür ki, Borclu xx.xx.2011-ci il tarixindən Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 53 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olunmuşdur və hal-hazırda həmin təhsil müəssisəsində işləyir. xx.xx.2022-ci il tarixli, 71183/2022-5-6 nömrəli icra sənədinə əsasən Borclu əmək haqqısından cərimə tutularaq iddiaçı X2 məxsus "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Arayışa əlavə edilmiş cədvəldən göründüyü kimi, Borclu ümumilikdə 3.382 manat məbləğində cərimə tutulmuşdur. Təqdimata əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 2 saylı Xidmət və Əməliyyat Mərkəzinin xx.xx.2023-cü il tarixli, 204 saylı arayışından görünür ki, Borclu 2023-cü il mart ayı üzrə 1.218,10 manat əmək haqqısından 237,44 manat tutularaq Nəsimi rayon İcra şöbəsinin hesabına köçürülmüşdür. Təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3187/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, tələbkar X3 məhkəməyə müraciət edərək, cavabdeh Borclu ona vurulmuş ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Tərəflər arasında yaranmış mübahisəyə dair məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(006)-3187/2021 saylı qətnaməsi qəbul edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra tərtib edilmiş icra sənədi icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. İcra sənədi üzrə tələbin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən borcluya məxsus əmlakın üzərinə həbs qoyulması ilə əlaqədar təqdimatla məhkəməyə müraciət edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(006)- 251/2022 saylı qərardadı ilə təqdimat təmin edilməklə, Borclu mülkiyyətində olan «Kia Rio» minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı və «Volksvagen Passat» minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulması qərara alınmışdır. Sonradan, tələbkar tərəfindən icra sənədi üzrə tələbin yerinə yetirildiyi bildirilmiş və icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Aparılmış araşdırma nəticəsində Borclu icra sənədində qeyd olunan məbləği, habelə həmin icra sənədi üzrə hesablanmış icra ödənişini ödədiyi müəyyən edilmiş və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ilə məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(006)-3187/2021 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, borcluya məxsus əmlak üzərinə həbsin qoyulmasında məqsəd icra sənədi üzrə tələbin icrasını təmin etmək olmuşdur. Lakin göründüyü kimi, sözügedən icra sənədi üzrə tələb tam şəkildə icra olunmuşdur. Belə olan halda isə məhkəmə hesab edir ki, əmlak üzərinə həbs qoyulmasına dair təşəbbüs göstərmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi hazırda onun təqdimatı əsasında əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdiyindən, habelə əmlak üzərində həbsin saxlanılması üçün hər hansı bir əsas mövcud olmadığından, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-251/2022 saylı qərardadı ilə Borclu məxsus «Kia Rio» minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı və «Volksvagen Passat» minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-251/2022 saylı qərardadı ilə Borclu məxsus «Kia Rio» minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı və «Volksvagen Passat» minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar