Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-146/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Borclunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5295/2019-015 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərindən şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu nümayəndəsi və vəkili Vəkil icra məmurunun hərəkətlərindən şikayətlə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini və Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən “İrşad” X4 mülkiyyətində olan binanın, **-KP-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza markalı avtomobilin, **-ES-*** dövlət qeydiyyat nişanlı Subaru Tribecca markalı avtomobillərin satılması məqsədilə təyin edilmiş hərracın dayandırılması barədə qərardad qəbul edilməsi vəzifəsinin Nəsimi rayon İcra şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2944//2019 saylı qərarına əsasən cavabdehlər “İrşad” X2 və X6 ümumilikdə 322087 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı məzənnəsi ilə alınaraq iddiaçılar X5 və X9 ödənilməsi qərara alınmışdır. Nəsimi Rayon İcra Şöbəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 2944/2019 saylı icra sənədinə əsasən məhkəməyə təqdimatla müraciət edərək, borclu “İrşad" X3 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 8(006)-353/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2944/2019 saylı icra sənədi üzrə borclu “İrşad” X3 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti. 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbsin qoyulması, qərardadın icrasının Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu “İrşad” X8 qərardaddan şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli. 8(006)-353/2023 nömrəli qərardadının ləğv edilməsini, borclu “İrşad X8” MMC-nin mülkiyyətində olan Bakı şəhəri. Kəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini, şikayətin təmin edilmədiyi təqdirdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-4/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu “İrşad” X4 şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bildirilir ki, Borclu X10 qarşı "nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəməyə ərizə verərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək birgə nikah dövründə əldə edilmiş əmlaklar: **-KP-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza markalı avtomobilin, **-ES-*** dövlət qeydiyyat nişanlı Subaru Tribecca markalı avtomobilin, “İrşad” X4 əmlakının (İrşad Hotel) özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2029-cu il tarixli, 2(006)- 5295/2019 saylı qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək birgə nikah dövründə əldə edilmiş əmlaklar **-KP-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza markalı avtomobilin. **-ES-*** dövlət qeydiyyat nişanlı Subaru Tribecca markalı avtomobilin. "İrşad" X4 əmlakının (İrşad Hotel) özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadı qüvvədədir. Borclu və X12 arasında birgə nikah dövründə əldə edilmiş əmlaklar bölünməlidir. Bu səbəbdən "İrşad" X4 mülkiyyətində olan Bakı şəhəri. Nəsimi Rayonu. Vagif küçəsi. 11A ünvanında yerləşən binanın, **-KP-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza markalı avtomobilin. 90-ES-2İ3 dövlət qeydiyyat nişanlı Subaru Tribecca markalı avtomobillərin hərraca çıxarılması və satılması qanunsuzdur. Nəsimi Rayon Məhkəməsinin 8(006)-146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən tərəfindən verilmiş şikayətin Nəsimi rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsində təmin edilməsi və həmin hissədə şikayətin icraata qəbul edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən “İrşad” X4 mülkiyyətində olan binanın, **- KP-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza markalı avtomobilin, **-ES-*** dövlət qeydiyyat nişanlı Subaru Tribecca markalı avtomobillərin satılması məqsədilə təyin edilmiş hərracın dayandırılması barədə qərardad qəbul edilməsi vəzifəsinin Nəsimi rayon İcra şöbəsinin üzərinə qoyulması hissəsində isə ərizənin qəbulundan imtina edilməsi qərara alınmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər proses iştirakçıları isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan ərizəçi Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış şikayətdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən “İrşad” X1 mülkiyyətində olan binanın, **-KP-*** dövlət qeydiyyat nişanlı Kia Cadenza markalı avtomobilin, **-ES-*** dövlət qeydiyyat nişanlı Subaru Tribecca markalı avtomobillərin satılması məqsədi ilə təyin edilmiş həraccın dayandırılması və bu barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Şikayətdən və iş materiallarından görünür ki, ərizəçi Borclu məhkəməyə müraciət etməmişdən əvvəl Nəsimi rayon İcra şöbəsinə şikayətlə müraciət etmiş, lakin icra şöbəsi tərəfindən şikayətə cavab verilmədiyi üçün borclu daha sonra məhkəməyə müraciət etmişdir. Odur ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi Borclu tərəfindən icra şöbəsinə ünvanlanan şikayət ilə bağlı hər hansı münasibətin bildirilməməsi onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində isə icra məmurlarının vəzifələri qanunverici tərəfindən təsbit edilmişdir. Həmin maddədə icra məmurunun vəzifələri sırasında icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxılması, müvafiq qərar qəbul edilməsi, onlardan şikayət vermək müddətinin və qaydasının izah edilməsi ayrıca göstərilmişdir. Eyni Qanunun 9-cu maddəsinə əsasən, icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Məhkəmə belə qənaətə gəlir ki, icra məmuru tərəfindən borclunun ərizəsinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışsa belə, bu hal icra məmurunu qeyd olunan məsələ ilə bağlı rəsmi münasibət bildirilməsi, yəni müvafiq qərar qəbul edilməsi vəzifəsindən azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyi qanunsuz hesab olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərracın dayandırılması barədə vəsatətə münasibət bildirməməsi barədə hərəkətsizliyi qanunsuz hesab olunsun. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-146/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-146/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver