Məhkəmə qərarları › İş №8(006)-146/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-146/2025

04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-146/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-909/2024-006 saylı, xx.xx.2024-cü tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Apellyasiya Məhkəməsinin 2(107)- 909/2024-006 saylı, xx.xx.2024-cü tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Daha sonra Nəsimi rayon İcra şöbəsinin rəisi ərizə ilə məhkəməyə müraciət edərək təqdimata baxmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə ərizəni materiallarla birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Apellyasiya Məhkəməsinin 2(107)- 909/2024-006 saylı, xx.xx.2024-cü tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması barədə təqdimatı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar