Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-149/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar iştirakı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi Nəsimi rayon İcra şöbəsinin icraatına xx.xx.2022-ci il tarixində daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, dərhal icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmiş, lakin hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarlarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. İcraat zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Bundan sonra borclu şöbəyə dəvət edilərək izahatı alınmış və o, izahatında icra sənədindən xəbərdar olduğunu və imkanı olmadığı üçün ödəyə bilmədiyini bildirmişdir. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən xx.xx.2023-cü il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilirək Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin 3(006)-1533/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Borclu 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Göstərilənlərə əsasən, xx.xx.1982-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar təqdimatın təmin edilməsini, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra sənədi üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkarın izahatını dinləyib, təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu 18 mart 2019cu il tarixdən başlayaraq (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 2838/2019 saylı qərardadı nəzərə alınmaqla) hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Borclu məcburi qaydada Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən Borclu ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində olan tələb onun tərəfindən 10 gün müddətə könüllü olaraq təmin edilmədiyindən, qanunamüvafiq qaydada barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı, icra şöbəsinə gəlib icra sənədi üzrə tələbin təmin edilməsi, gəlməyəcəyi təqdirdə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tutaraq barəsində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı bildirilmişdir. Təqdimata əlavə edilmiş Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Borclu barəsində axtarış elan edilməsi və saxlanılaraq (şəxsiyyətini təsdiq edən sənəd ilə) Nəsimi rayon İcra şöbəsinə təhvil verilməsi qərara alınmış, qərar icra olunması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Təqdimata əlavə edilmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci X4 rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Borclu müəyyən edilərək icra şöbəsinə təhvil verilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Tələbkar Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə hazırki tarixədək cəmi 2000 manat pul ödədiyini, hal-hazırda 13360 manat məbləğində borcu ödəmədiyini nəzərə alıb, alimentin ödənilməsi üçün borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu tələbkarın ona uşaqları göstərməməsi, yaşayış yerini dəyişməsi, işləməməsi və gəliri olmaması səbəbi ilə icra sənədi üzrə borcu ödəyə bilməməsi, qəbzsiz çox ödəniş etməsi, gələn aydan ödəyəcəyinə söz verməsi barədə qeyd edilən tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yazılı izahat vermiş və izahatını öz imzası ilə təsdiq etmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1533/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqdimata əlavə edilmiş elektron portaldan çıxarışdan görünür ki, borclunun adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmiş, həmçinin bank hesabları barədə də məlumat yoxdur. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Tələbkar icra sənədi üzrə heç bir ödəniş edilmədiyindən borclu barəsində qanunamüvafiq tədbir görülməsini Nəsimi rayon İcra Şöbəsindən xahiş etmişdir. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Borclu icra sənədində qeyd olunan ünvanda yaşamadığı müəyyən edilmiş, anası X3 onun harada olduğu barədə məlumatının olmadığını bildirmişdir. İcra işinin materiallarında MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol aşkar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin təqdimatı təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1982-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin təqdimatı təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1982-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-149/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-149/2023
17.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver