Məhkəmə qərarları › İş №8(006)-149/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-149/2024

27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-149/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İcra sənədi üzrə Borclu və vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən verilmiş “qətnamənin icrasına möhlət verilməsi barədə” ərizəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu (vəkili-nümayəndəsi Nümayəndə) “qətnamənin icrasına möhlət verilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 6 (altı) ay möhlət verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu 90000 manat əsas, 27000 manat faiz, 4500 manat dəbbə pulu olmaqla, cəmi 121500 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan və Borclu məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsi və onun üzərində yerləşən evin ilkin satış qiymətinin 300000 (üç yüz min) manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən cəmi 121500 manat məbləğində pulun iddiaçı Tələbkar BOKT ASC-yə ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Borclu qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evinin Borclu tərəfindən 1 ay müddətində boşaldılması qət edilmişdir. Borclu icra sənədinin verilməsi üçün əsas olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən narazı olduğu üçün ondan apellyasiya, daha sonra kassasiya şikayətləri verməsinə baxmayaraq, Maraqlı şəxs icra məmurunun tam qanunsuz qərarı əsasında hərrac sifariş verilmiş və qətnamə qanuni qüvvəyə minməmiş icra olunaraq Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evi xx.xx.2023cü il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinə əsasən 255000 manata "xxxx" MMC-nin direktoru X9 tərəfindən hərracın qalibi X1. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən icra şöbəsi tərəfindən hərrac sifariş verildiyindən və həmçinin, Borclu dəfələrlə həm Maraqlı şəxsnə, həm də "xxxx" MMC-yə bu barədə məlumat verməsinə baxmayaraq, hərracın dayandırılması üçün hər hansı tədbir görülməmiş və evi qanunsuz olaraq satılmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu tərəfindən xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və "xxxx" MMC-nin Hərracın Yekunları barədə xx.xx.2023-cü il tarixli 130 nömrəli protokolunun etibarsız sayılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında Borclu məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması barədə "xxxx" MMC-nin Hərracın Yekunları barədə xx.xx.2023-cü il tarixli 130 nömrəli protokolu və həmin protokol əsasında "xxxx" MMC ilə hərracın qalibi X3 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Anası Borclu məxsus evin Bakı şəhəri Suraxanı rayon icra şöbəsi tərəfindən tam olaraq qanunsuz hərraca çıxarılaraq satılmasını eşidən kimi ürək tutmasından xx.xx.2023-cü il tarixdə dünyasını dəyişmişdir. Borclu isə çox güclü əsəb, mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun evinin qanunsuz olaraq satılması və bu barədə məlumat aldıqdan sonra anasının ürək tutmasından vəfat etməsi onun özünü sözün əsl mənasında çox çıxılmaz bir vəziyyətə salmışdır. Elə bil dünya başına fırlanırdı. Həmçinin, hərracın keçirilməsi sifariş olunmuş təşkilat və "xxxx" MMC tərəfindən də bir çox qanunsuzluqlar təşkil edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin çatdırılmasını sübut etmək üçün guya bildirişlərin Borclu nümayəndəsinə verilməsi görüntüsünü yaradaraq poçt xəbərnaməsinə poçtalyon tərəfindən tanımadığı və soyadı “Məmmədov” olan şəxsə imzaladıblar. Nəticədə "xxxx" MMC hərracda iştirak edən şəxslərdə ev sahibinə hərrac barədə məlumatın verilməsi görüntüsünü yaratmaqla evin qanunsuz olaraq satılmasını təmin etmişdir. Hər kəs evin qanunsuz olaraq hərraca çıxarılmasını, həmçinin ev sahibinin hərracın keçirilməsindən məlumatsız olmasını bilsə, həmin hərracda iştirak etməz və özünü lazımsız xərclərdən qoruyardı. Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq insransiya məhkəmələrinin icraatında olarkən onun mülkiyyətində olan və hazırda ipoteka predmeti sayılan evə müştəri də tapılmışdı və ilkin olaraq evin alınması üçün 40000 (qırx min) manat beh alınmışdır. Belə ki, Borclu özü evini orta bazar qiymətinə 970000 (doqquz yüz yetmiş min) manata satmaq üçün razılaşmışdır. Lakin, evin qanunsuz olaraq hərracda satılması səbəbindən alqı-satqı baş tutmamış və Borclu aldığı 40000 manat beh əvəzinə 50000 manat pul qaytarmış, yəni Maraqlı şəxs icra məmurlarının, eləcə də hərrac təşkilatı olan "xxxx" MMC-nin hərəkətləri və "xxxx" MMC-nin işçilərinin özbaşınalığı səbəbindən Borclu durduğu yerdə 10000 (on min) manat maddi ziyan dəymişdir. Borclu ona məxsus evin qanunsuz satılması səbəbindən dəfələrlə Maraqlı şəxs rəisi İdris Həsənquliyevə şikayətlər etsə də, sonuncu özünə haqq qazandırmaq istəmiş və hər hansı bir tədbir görməmişdir. X5 vətəndaşa olan saymaz yanaşması səbəbindən Borclu özünü öldürmək həddinə çatmışdır. Son olaraq isə Borclu xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsnə gedib işin vəziyyəti barədə maraqlanmaq üçün İdris Həsənquliyevin qapısında üç saat gözlədildikdən sonra axırda söyülərək qapıdan qovulmuşdur. İcra sənədi üzrə Tələbkar BOKT ASC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz ərizəsi təqdim edərək, icra sənədi üzrə Borclu “qətnamənin icrasına möhlət verilməsi barədə” ərizəsinin əsassız hesab edilərək rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu 90000 manat əsas, 27000 manat faiz, 4500 manat dəbbə pulu olmaqla, cəmi 121500 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan və Borclu məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən 341 kv.m fərdi yaşayış evinə yönəlməsi, ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən 341 kv.m fərdi yaşayış evinin ilkin satış qiymətinin 300000 (üç yüz min) manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən cəmi 121500 manat məbləğində pulun iddiaçı Tələbkar BOKT ASC-yə ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Borclu qaytarılması, ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən 341 kv.m fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evinin Borclu tərəfindən 1 ay müddətində boşaldılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, həmin qətnamə xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında Borclu məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m fərdi yaşayış evinin açıq hərracdan satılması barədə "xxxx" MMC-nin Hərracın Yekunları barədə xx.xx.2023-cü il tarixli 130 nömrəli protokolu və həmin protokol əsasında "xxxx" MMC ilə qalib X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Borclu məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 6 (altı) ay möhlət verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İcra sənədinin icrasına möhlət verilməsi barədə ərizəyə baxılarkən, məhkəmə borclunun ilk növbədə əmlak vəziyyətini nəzərə almalı və müəyyən edilmiş hallardan asılı olaraq qərar qəbul etməlidir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən göründüyü kimi borclu Sevil Əliyevanın Tələbkar BOKT ASC-yə olan 121500 manat borcu onun tərəfindən girov qoyulmuş ona məxsus bağ evinin açıq hərracda satışından əldə edilən vəsait hesabına ödənilməlidir. Borclu Sevil Əliyevanın əmlak vəziyyəti icra sənədinin icrasına təsir göstərmədiyindən icra sənədinin icrasına möhlət verilməsinə əsas ola biləcək hallar da mövcud deyil. Eyni zamanda, icra sənədinin icrasına möhlət verilməsi barədə borclunun ərizəsində də bu barədə hər hansı tutarlı sübut göstərilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin çıxarılmasından 18 aydan çox müddət keçməsinə baxmayaraq, borclunun tələbkara olan borcu ödənilməmiş, tələbkarın malliyyə təşkilatı olması nəzərə alınsa, onun maliyyə itkiləri davam etməkdədir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Borclu vəkili-nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra sənədi üzrə Tələbkar BOKT ASC-nin və Maraqlı şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri, tələbkarın etirazını və icra işini nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: Ölüm haqqında AZ-İİ seriyalı 375297 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2023cü il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında Borclu məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması barədə "xxxx" MMC-nin Hərracın Yekunları barədə 130 nömrəli protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumuna görə 70 manatın dövlət büdcəsindən tutularaq iddiaçı Borclu ödənilməsi, dövlət rüsumunun qalan 30 manat hissəsinin Borclu özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ədliyyə Nazirliyinə ünvanlanmış icra məmuruna və icra qurumuna xx.xx.2024-cü il tarixli etirazdan görünür ki, icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin Xəzər rayon icra şöbəsindən alınaraq Bakı şəhərində yerləşən digər bir icra qurumuna verilməsi üçün qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İcra işinin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 90.000 (doxsan min) manat məbləğində əsas borc, 27.000 (iyirmi yeddi min) manat məbləğində faiz borcu, 4.500 (dörd min beş yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 121.500 (bir yüz iyirmi bir min beş yüz) manat məbləğində pul alınaraq iddiaçı Tələbkar Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan cavabdeh Borclu məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, cavabdeh Borclu məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində olmaqla açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 90.000 (doxsan min) manat məbləğində əsas borc, 27.000 (iyirmi yeddi min) manat məbləğində faiz borcu, 4.500 (dörd min beş yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 121.500 (bir yüz iyirmi bir min beş yüz) manat məbləğində pul alınaraq iddiaçı Tələbkar Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməlidir. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh Borclu qaytarılmalı, ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra həmin fərdi yaşayış evi ipoteka qoyan cavabdeh Borclu tərəfindən 1 (bir) ay ərzində boşaldılmalıdır və s. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə icra olunaraq ünvan 1nin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ evi 466 K (torpaq sahəsi ilə birlikdə) (reyestr nömrəsi: **********16-11301) (qeydiyyat nömrəsi: **********) xx.xx.2019-cu il tarixdə Borclu adına daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 17410 nömrəli vərəqində qeydiyyata alınmışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 34/21F nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə hərracın keçirilməsi üçün müvafiq sənədlər "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 199 nömrəli və xx.xx.2023-cü il tarixli 199-1 nömrəli bildirişlərindən görünür ki, açıq hərracın keçirilməsi nəzərdə tutulan vaxt və yer barədə icra şöbəsinə, tələbkara və borcluya məlumat verilmişdir. Tələbkar BOKT ASC tərəfindən Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, hərrac baş tutmamışdan əvvəl Tələbkar BOKT ASC-yə olan borcunun tam olaraq ödənilməsi və əmlakın girovdan azad edilməsi ona təklif edilmişdir. "xxxx" MMC-nin Hərracın Yekunları barədə xx.xx.2023-cü il tarixli 130 nömrəli protokolundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Xəzər rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli, 34/21F nömrəli sifariş məktubuna əsasən Borclu məxsus ilkin dəyəri 300.000 (üç yüz min) manat olan ünvan 1 ünvanında 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evi “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən 15% aşağı dəyərə - 255000 (iki yüz əlli beş min) manata X1. "xxxx" MMC (Satıcı) ilə X3 (Alıcı) arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, satıcı Borclu məxsus ünvan 1 ünvanında 0.11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evini Alıcıya verməyi, Alıcı həmin daşınmaz əmlakı qəbul edib, 255000 (iki yüz əlli beş min) manat pulu ödəməyi öhdəsinə götürür. Tələbkar BOKT ASC tərəfindən Xəzər rayon icra şöbəsinə və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu ilə aralarında Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcun xx.xx.2023-cü il tarixinədək ödənilməsinə dair razılaşma əldə edildiyindən, həmin icra sənədinin icrasının dayandırılması xahiş edilmişdir xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Xəzər rayon icra şöbəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qeyd olunan əmlak hərracda satılmış və pul vəsaiti Tələbkar BOKT ASC-nin bank hesabı olmadığından 255000 manat Xəzər rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Tələbkar BOKT ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Borclu həmin günə olan borcu 122.165,08 manat təşkil edir. Depozit hesabında olan pul vəsaitinin 122.165,08 manat hissəsinin Tələbkar BOKT ASC-nin hesabına köçürülməsi barədə tapşırıq verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış, icra sənədi xx.xx.2024-cü il tarixdə verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi Yaqub Qafarovun icraatına keçirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ipoteka predmetinə tutma yönəldilməsi hesabına borcun ödənilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra icraatı çərçivəsində keçirilmiş təkrar hərrac nəticəsində ipoteka predmeti olan torpaq sahəsi və üzərində yerləşən bağ evi digər bir şəxsə satılmışdır. Alqı-satqının nəticəsində müvafiq borc məbləği tələbkara verilmişdir. Lakin borclu hərrac protokolunu və hərrac nəticəsində bağlanmış müqaviləni mübahisələndirmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırda qanuni qüvvəsini alaraq icraya yönəldilmiş müvafiq qətnaməsi ilə hərrac protokolu və bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Hazırda borclu Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsini; tələbkar isə borclunun tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, borclunun ərizəsinin qismən təmin edilməsi ədalətli olardı. Belə ki, iş materiallarından göründüyü kimi, hərracın nəticələri borclu tərəfindən mübahisələndirilmiş və hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin hərrac etibarsız hesab edilmişdir. Praktiki cəhətdən qiymətləndiriləndə demək olar ki, müvafiq icra şöbəsi tərəfindən yenidən hərrac keçirilməsi üçün sifariş verilməsi, həmin sifariş əsasında hərracın təşkil edilməsi və s. üçün müəyyən vaxt tələb olunur. Nəzərə almaq lazımdır ki, nəticələri məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş hərraca əsasən tələbkar borclunun ona olan borcu məbləğində pulu əldə etmiş və hələ geri qaytarmamışdır, belə olan halda ərizənin qismən təmin edilərək qətnamənin icrasına 3 ay müddətində möhlət verilməsini tələbkarın hüquqlarının pozulması kimi qiymətləndirmək olmaz. Göstərilənlərə əsasən və tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, borcluya qətnaməni icra etmək üçün 3 ay möhlət verilməli, ərizə qalan hissədə təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 3 (üç) ay möhlət verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar