Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-149/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyevin, Borclu X3, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Borclu X3 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu X6 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin icra tədbirlərinin davam etdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəlməsi hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1023/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ondan Tələbkar xeyrinə 81.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 333 manat, cəmi 81.333 manat məbləğində pul tutulmasına dair icraata başlanmışdır. Həmin icra işi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru X5 xx.xx.2025-cu il tarixdə icraatına daxil olmuş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1023/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, icra sənədi üzrə borclu X2 81333 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməli və qeyd edilmişdir ki, borclu X3 mülkiyyətində olan ünvan 2 ünvanına Səbail rayon məhkəməsinin 16(009)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiriylə həbs qoyulmuşdur. Həmin qərarı 27 fevral 2025-ci il tarixdə Azərpoçt vasitəsi ilə almış, qərarla razı deyildir və bununla əlaqədar olaraq bildirmişdir ki, qərarın könüllü icra edilməsi üçün ərizə ilə icra şöbəsinə müraciət edərək, yeganə gəlir mənbəyi aldığı pensiya məbləği olduğu üçün, həmin məbləğdən hər ay 50% tələbkarın xeyrinə tutulmasına razı olduğunu bildirmişdir. Məhkəmə aktının icrası və icra məmurunun onun mülkiyyətində olan ünvan 1 ünvanına Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)- 218/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiriylə həbs qoyulması ilə əlaqədar həmçinin bildirmişdir ki, tələbin icrasının həmin mənzilə aşağıdakı səbəblərə görə yönələ bilməz. Belə ki, onunla Yelo Bank ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 20-MCR-1-433-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini ipoteka saxlayana (ipoteka saxlayan həmdə kreditordur) ipotekaya verilmişdir. Bu barədə 04.08 2022-ci il tarixli DA/01138.22 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu səbəbdən hesab etmişdir ki, icra məmurunun qərarında göstərildiyi kimi icra tədbirləri davam etdirilərkən tələbin icrası sözü gedən mənzilə yönələ bilməz. Buna görə həmin qərarın mübahisələndirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan borclu X3 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyevin icra tədbirlərinin davam etdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəlməsi hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyev izahatında bildirdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 1023/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X2 Tələbkar xeyrinə 81.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 333 manat, cəmi 81.333 manat məbləğində pul tutulmalır. Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə icraatda başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixli qərarı əsasında isə icra sənədi ərazi aidiyyəti üzrə Nəsimi rayon icra şöbəsinə daxil olmuşdur. Həmin icra sənədi onun icraatına daxil olmaqla, tərəfindən xx.xx.2025-ci il tarixdə icra tədbirlərinin davam etdirilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında borclu X6, onun nümayəndəsi və vəkili Vəkil şikayətin təmin olunmasını xahiş etdilər. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1023/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasənX2 Tələbkar xeyrinə 81.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 333 manat, cəmi 81.333 manat məbləğində pul tutulmalır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra sənədinin ərazi aidiyyəti üzrə Nəsimi rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, borclu X3 mülkiyyətində olan ünvan 2 ünvanına Səbail Rayon Məhkəməsinin 16(009)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiriylə həbs qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-28/2025 saylı qərardadı ilə X4 ölkədən getmək hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2413/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən icra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. Göründüyü kimi, icra məmuru qanunvericiliyin tələbinə uyğun olaraq, ərazi aidiyyəti üzrə icraatına daxil olmuş icra sənədinin icra edilməsi üçün icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul etmiş, bu qərarın ləğv edilməsi əsasları mövcud olmamışdır. Odur ki, şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu X3 Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-149/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-149/2025
10.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver