Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-150/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-185/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan nəqliyyat vasitəsininin üzərinə həbs qoyulması barədə Nəsimi rayon icra şöbəsinin icra məmuru Azər Heydərovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon icra şöbəsinin icra məmuru Azər Heydərov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-185/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “VAZ 21011" minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-185/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 45000 ABŞ dollar borc (ödənildiyi gün Azerbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə iiə manatla) X1 xeyrinə tutulmalıdır. Borclu "İnfiniti QX 70“ markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 21.500 ABŞ dollarına satışından qalan 3.500 ABŞ dolları əsas borcun, həmin avtomobilə görə aldığı 25.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 3 ay müddətində təşkil edən 2.500 ABŞ dolları, “Mercedes Benz" markalı CLA 250 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 23.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 4 ay müddətində təşkil edən 2.760 ABŞ dolları, cəmi 5.260 ABŞ dolları məbləğində faiz borcu, 72050 ABŞ dolları avtomobillərin girovu ile bağlı Borclu verilmiş əsas borc, 11890 ABŞ dolları faiz borcu (ödənildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə) “RK Lombard" MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2023-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. "Elektron icra" informasiya sistemindən eldə olunmuş məlumata əsasən borclu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatınaj əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus oları “VAZ 21011" minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21011" minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat vermiş şəxsin, tələbkarın məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron icra” informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Borclu adına “VAZ 21011" minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Lakin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Borclu xx.xx.2021-ci il tarixdə öldüyü və onun adına heç bir nəqliyyat vasitəsi olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 43.1.1-cu maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Borclu xx.xx.2021-ci il tarixdə ölmüş və təqdimatda üzərinə həbs qoyulması tələb edilən avtomobil onun mülkiyyətində aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-185/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimat rədd edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-cu, "İcra haqqında" Qanunun 43-44-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-185/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №8(006)-150/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-150/2023
13.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver