Məhkəmə qərarları › İş №8(006)-153/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-153/2024

27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-153/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 iştirakları ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 “Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Arzu Abdullayevin xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərini təşkil edən 32000 manat məbləğində olan pul vəsaiti üzərində iddiaçı Tələbkar 1/2 hissədə və cavabdeh Borclu 1/2 hissədə pay hüququ müəyyən edilməli və həmin avtomobilin dəyərini təşkil edən 32000 manat məbləğində olan pul vəsaitinin 1/2 hissəsi olan 16000 manat məbləğində olan pul vəsaiti cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 198,3 manat məbləğində hissəsi cavabdehlər Borclu, X2 və X4 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Aparılmış ekspertiza üzrə tədqiqatların dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehlər Borclu, X2 və X4 müştərək qaydada, aparılmış ekspertiza üzrə tədqiqatların dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 təqdimatı müdafiə edib bildirdi ki, icra sənədi üzrə borclu Rusiya vətəndaşıdır. Axtarış barədə qərarın icrası nəticəsində borclu İcra şöbəsinə gəlmiş, qətnamədən apellyasiya şikayəti verəcəyini bildirmişdir. Apellyasiya şikayəti ilə yanaşı, müddətin bərpa edilməsi barədə ərizə də vermiş, nəticəsi isə hələ ki məlum deyildir. Qeyd etdiklərinə əsasən təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Borclu məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə borclunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərini təşkil edən 32000 manat məbləğində olan pul vəsaiti üzərində iddiaçı Tələbkar 1/2 hissədə və cavabdeh Borclu 1/2 hissədə pay hüququ müəyyən edilməli və həmin avtomobilin dəyərini təşkil edən 32000 manat məbləğində olan pul vəsaitinin 1/2 hissəsi olan 16000 manat məbləğində olan pul vəsaiti cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 198,3 manat məbləğində hissəsi cavabdehlər Borclu, X2 və X4 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Aparılmış ekspertiza üzrə tədqiqatların dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehlər Borclu, X2 və X4 müştərək qaydada, aparılmış ekspertiza üzrə tədqiqatların dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar tutularaq dövlət büdcəsinə köçürülməlidir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X5 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclular Borclu və digərlərinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir; xx.xx.2024-cü il tarixli izahatında borclu Daşdəmirov X1, Bakı Apellyasiya Məhkəməsinin (103)-1376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin verilməsinə əsas olmuş qətnamədən xəbərsiz olduğunu, xəbərdar olan kimi vəkili ilə birlikdə həmin qətnamədən şikayət verdiyini qeyd etmiş və izahatını öz imzası ilə təsdiq etmişdir. İcra işinin materiallarında olan: xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra məmurları hal şahidlərinin iştirakı ilə borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığını aşkar etmişlər. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu barəsində axtarış elan edilmişdir. Nəsimi RPİ 20-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Borclu saxlanılaraq İcra şöbəsinə təqdim edilmişdir. Borclu tərəfindən İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, o, qətnamədən şikayət və müddətin bərpası barədə ərizə verdiyi üçün iş üzrə icraatın dayandırılmasını və barəsində verilmiş məcburi icra tədbirlərinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. “e-Mehkeme” tərəfindən göndərilmiş “SMS”dən görünür ki, Borclu xx.xx.2024-cü il tarixdə keçiriləcək iclas barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Rusiya vətəndaşıdır. Qeydiyyatda olduğu ünvanda aşkar edilmədiyindən, barəsində axtarış elan edilmiş və müvafiq polis idarəsi tərəfindən borclu icra şöbəsinə təqdim edilmişdir. İcra şöbəsində verdiyi izahatında borclu icra sənədinin verilməsinə əsas olan qətnamədən xəbəri olmadığını, həmin qətnaməni mübahisələndirəcəyini bildirmişdir. Hazırda qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş, ərizəyə baxış iclası təyin edilmişdir, deməli, iş hələ müvafiq apellyasiya məhkəməsinin icraatında hesab olunmur. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının təmin edilməsi və tələbkarın hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatı təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar