Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-158/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-455/2022 saylı qətnaməsinin “hissə-hissə icra olunması” barədə Borclu ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-455/2022 saylı qətnaməsi ilə iddiaçı X1 Borclu qarşı 1501 manat avtomobilə dəymiş ziyana görə ödənişinin və 100 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin ödənilməsi barədə təmin edilmiş 2(103)- 455/2022 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirərək, hissə-hissə icra olunmasına, yəni 1501 manat pulun hissə-hissə ödəməyinin təmin edilməsini xahiş etmişdir. Hazırda Borclu ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X3, Borclu qarşı, “1501” manat avtomobilə vurulmuş maddi ziyana görə ödənilməsini tələb edilməsi barədə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon məhkəməsi iddia ərizəsinin təmin edilməməsi barədə 2(006)-2913/21 saylı, 01.06.2021-ci il tarixli qətnamə çıxardı. Qətnamədən narazı qalan iddiaçı X3, Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verdi. Bakı Apellyasiya məhkəməsi iddiaçı X1 apellyasiya şikayətini təmin etdi, iddia ərizəsini təmin edərək, ondan avtomobilə dəymiş ziyana görə 1501 manat alınaraq iddiaçı X2 verilməsini və 100 manat ekspertiza tədqiqatının dəyərini ödənilməsi barədə qətnamə qət etmişdir. Bütün bunlara baxmayaraq, qətnamə qanunu qüvvəsini almış, icraya yönəlmişdir. İcra məmuru isə pulun birdəfəlik ödəməyimi tələb edir. Borclunun isə bütün məbləği birdəfəlik ödəməyə gücü çatmır. Çünki, həm hərbçı, silahlı qüvvələrin zabitidir, həm də iddiaçının bacısı ilə ailəli olmuş və 2 övladı var, hal-hazırda nikahları pozulub, faktiki ayrı yaşayırlar. Borclu qeyd edir ki, ayda bir dəfə 933 manat maaş alır, 411 manat aliment ödəyir. Yeni ailə qurmuş, tezliklə övladı olacaq. Qalan pulu ailəsinə saxlayır, puldan hər ay 220 manat ödəyə bilər. Məhkəmə iclasında Borclu ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi xeyli müddət keçməsini, borclunun hansı müddət ərzində icra sənədini icra edə biləcəyini əsaslandıra və bununla bağlı hər hansı sübutlar məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-455/2022 saylı qətnaməsinin “hissə-hissə icra olunması” barədə Borclu ərizəsi təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №8(006)-158/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-158/2022
26.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver