Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-159/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, borclunun nümayəndəsi və vəkili X3 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8592/2017 saylı, 20.10.2017-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8592/2017 saylı, 20.10.2017-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8592/2017 saylı, 20.10.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.1975-ci ildədə anadan olmuş və Ş.Abdullayev küçəsi, məh 668, 23, 10 ünvanında qeydiyyatda olan Borclu hər ay 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cəmi 274 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 13.07.2020-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün "Elektron İcra İnformasiya" sistemindən sorğular olunmuşdur. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə əsasən, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında icra məmuru X2 bildirmişdir ki, borclunun 15244 manat məbləğində aliment borcu var, bu günə qədər heç bir ödəniş etməyib. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili X6 bildirmişdir ki, nikah pozulduqdan sonra Tələbkar uzun müddət aliment tələb etməmişdir. Borclu bir neçə dəfə tələbkara qeyri-rəsmi ödənişlər etmiş, sonradan icra məmurundan bankda kart hesabının açılmasını və ödənişlərin rəsmi keçirilməsini xahiş etmişdir. Hal-hazırda o, alimenti ödəməkdən boyun qaçırmır. Ancaq hazırda bu məbləği ödəməyə imkanı yoxdur. Borclunun çətin vəziyyətdə olduğuna görə borcun hissə-hissə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Hazırkı halda məhkəmə təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8592/2017 saylı, 20.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Borclu 19 dekabr 2014-cü il təvəllüdlü X4 və 10 fevral 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 22 sentyabr 2017-ci il tarixindən başlayaraq hər ay, hər uşağa görə 137 manat, cəmi 274 manat sabit məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş 13.07.2020-ci il tarixli Qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8592/2017 saylı, 20.10.2017-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin dərhal icrası haqqında 13.07.2020-ci il tarixli, 93985/2020-5-15-004 saylı bildirişdən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8592/2017 saylı, 20.10.2017-ci il tarixli icra sənədinə əsasən Borclu tələbi dərhal icra etmək üçün vaxt verilmiş, Borclu bildirişi aldığını imza edərək təsdiqləmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” sistemindən əldə edilmiş məlumata əsasən Borclu mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak, iş yeri aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunanları, həmçinin borlcu tərəfindən ödənişlərin aparılması qeyd edilsədə, bu barədə heç bir sübutu məhkəməyə təqdim etmədiyindən nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-8592/2017 saylı, 20.10.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.1975-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-159/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-159/2022
23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver