Məhkəmə qərarları › İş №8(006)-159/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-159/2024

03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-159/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məcburi gətirilməsinə dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Nəsimi rayon İcra şöbəsinə polis vasitəsilə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 60.000 manat və mənəvi zərərin əvəzi olaraq 200 manat, hüquqi xidmət xərcinin 279 manat hissəsi və dövlət rüsumunun 267 manat hissəsi tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2024-cü il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərara və çoxsaylı xəbərdarlıqlara heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra sənədi üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu 60.000 manat və mənəvi zərərin əvəzi olaraq 200 manat, cəmi 60.200 manat məbləğində pulun alınaraq Tələbkar ödənilməsi, hüquqi xidmət xərcinin 279 manat hissəsinin və dövlət rüsumunun 267 manat hissəsinin Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə şöbəyə könüllü gəlməyən Borclu Nəsimi rayon İcra Şöbəsinə məcburi gətirilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. İcra işinin materiallarında olan: Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin üzərində Borclu qərarı və bildirişi xx.xx.2024-cü ildə qəbul etməsi barədə imza edilmişdir; xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Borclu icra sənədindən xəbərdar olsa da, borcu olmadığına görə heç bir ödəniş etməmiş, icra sənədi üzrə tələbi tam təmin etməyə gücünün çatmadığını, adına heç bir əmlak, qiymətli kağız və ya əmanət olmadığını bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu icra sənədini icra etməli olduğu barədə bildirişi almasına baxmayaraq, icra sənədinin icrasından yayınır, icra məmurunun çağırışlarına və icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də məhkəmə hesab edir ki, icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin təqdimatı təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Borclu (FİN: xxxxxxx) məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilməli, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1506/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Borclu (FİN: xxxxxxx) məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar