Məhkəmə qərarları › İş №8(006)-16/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-16/2025

07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-16/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 2390/2024 saylı, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-339/2022 saylı və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-219/2021 saylı icra sənədləri üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Emreli (Mədətova) Elnurə Şaban qızı və Tələbkar “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2390/2024 saylı, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-339/2022 saylı və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-219/2021 saylı icra sənədləri üzrə tərəflər barışıq sazişinin bağlanması yolu ilə icraata xitam verilməsi qərarına gəlmişlər. Odur ki, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-339/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızından birgə nikah dövründə əldə olunmuş “Range-Rover” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsi, yəni 22.950 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar verilməli, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 400 manat məbləğində pul cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızından tutularaq "xxxx" MMC-nin Paşa Bank ASC-də, Hesab AZ12PAHA40060AZNHC**********, VÖEN **********, SWİFT PAHAAZ22 hesabına köçürülməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-219/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh X2 ilə Tələbkar birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylara bölünməli, həmin əmlak üzərində X1 ½ pay hüququ və Tələbkar ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2390/2020 saylı icra vərəqəsinə əsasən “VAZ-21214 Urban” minik markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Tələbkar ilə X4 arasında xx.xx.2019-cu il tarixdə, X9 minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə Tələbkar ilə X3 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməli, ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzilin, İnfiniti G25 minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745" minik markalı, ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı, Vaz 21214 Urban” minik markalı, ** XS *** dövlət qeydiyyat nişanlı və X9 minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ hissəsi üzərində X1, ½ hissəsi üzərində Tələbkar mülkiyyət hüquqları tanınmalı, iddia ərizələrini verdikləri zamanı dövlət rüsumunun ödəməkləri hissəsinə görə Elnurə Mədətovadan 10 manat, Tələbkar 10 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan tərəflər Emreli (Mədətova) Elnurə Şaban qızı və Tələbkar arasında bağlanan xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki: Maddə 2. Barışığın şərtləri 2.1. ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzilin 1/2 (ikidə bir) hissəsi üzərində Emreli (Mədətova) Elnurə Şaban qızının, 1/2 (ikidə bir) hissəsi üzərində Tələbkar mülkiyyət payları saxlanılır. Həmin əmlaka münasibətdə icra sənədi icra edilmiş. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Emreli (Mədətova) Elnurə Şaban qızının adına ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli və Tələbkar adına ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarış verilmişdir. 2.2. ünvan 2 saylı (Yeni qaydalarla: AZİ 007, ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsi 1/2 (ikidə bir) hissəsi üzərində Emreli (Mədətova) Elnurə Şaban qızının, 1/2 (ikidə bir) hissəsi üzərində Tələbkar mülkiyyət payları saxlanılır. Həmin əmlaka münasibətdə icra sənədi icra edilmiş. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Emreli (Mədətova) Elnurə Şaban qızının adına ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli və Tələbkar adına ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarış verilmişdir. 2.3. Tələbkar “Porsche Panamera" minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə olan 1/2 (ikidə bir) pay hissəsini Emreli (Mədətova) Elnurə Şaban qızının mülkiyyətinə verir və tam mülkiyyət hüququ ilə Emreli (Mədətova) Elnurə Şaban qızma məxsus olur. 2.4. Emreli (Mədətova) Elnurə Şaban qızı “İnfıniti G25” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə olan 1/2 (ikidə bir) pay hissəsini Tələbkar mülkiyyətinə verir və tam mülkiyyət hüququ ilə Tələbkar məxsus olur. 2.5. Emreli (Mədətova) Elnurə Şaban qızı və Tələbkar birgə razılıq ilə “Mercedes S600" minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 5000 (beş min) AZN, “VAZ-21214 Urban” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 10000 (on min) AZN və “X8' minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 25000 (iyirmi beş min) AZN, ümumilikdə 40000 qırx min) AZN dəyərində olduğunu qəbul edirlər və Tələbkar tam mülkiyyətinə keçir. 2.6. 40.000 manatın Emreli (Mədətova) Elnurə Şaban qızına məxsus olan 1/2 pay hissəsi - 2 manat, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-339/2022 sav era sənədinə əsasən, Emreli (Mədətova) Elnurə Şaban qızının Tələbkar olan 22.950 (iyirmi iki doqquz yüz əlli min) AZN borcu ilə əvəzləşdirilir. Əlavə olaraq, borcun hissəsi - 2950 (iki min doqquz yüz əlli) AZN pul vəsaiti Emreli (Mədətova) Elnurə Şaban qızı tərəfindən Tələbkar ödənilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinin tələblərinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Göründüyü kimi Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2390/2024 saylı, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 339/2022 saylı və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-219/2021 saylı icra sənədləri üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi bağlanmışdır və hazırda həmin Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra icra sənədi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, 24 dekabr 2024-cü il tarixli barışıq sazişinin 2.1, 2.2-ci bəndləri və digər şərtlər hissəsində təsdiqi yolverilməzdir. Belə ki, göründüyü kimi Sazişin 2.1 və 2.2-ci bəndləri icra sənədlərinin icra edildiyi barədə məlumatı əks etdirir. Digər şərtlər hissəsi isə məhkəməyə müraciət etməyin qarşısının alınması və qanunun tələblərinin hüquqi nəticələri ilə bağlı olduğundan barışıq sazişi bu hissədə təsdiq edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Emreli (Mədətova) Elnurə Şaban qızı ilə Tələbkar arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 2.1. Tələbkar “Porsche Panamera" minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə olan 1/2 (ikidə bir) pay hissəsini Emreli (Mədətova) Elnurə Şaban qızının mülkiyyətinə verir və tam mülkiyyət hüququ ilə Emreli (Mədətova) Elnurə Şaban qızına məxsus olur. 2.2. Emreli (Mədətova) Elnurə Şaban qızı “İnfıniti G25” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə olan 1/2 (ikidə bir) pay hissəsini Tələbkar mülkiyyətinə verir və tam mülkiyyət hüququ ilə Tələbkar məxsus olur. 2.3. Emreli (Mədətova) Elnurə Şaban qızı və Tələbkar birgə razılıq ilə “Mercedes S600" minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 5000 (beş min) AZN, “VAZ-21214 Urban” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 10000 (on min) AZN və “X9' minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 25000 (iyirmi beş min) AZN, ümumilikdə 40000 qırx min) AZN dəyərində olduğunu qəbul edirlər və Tələbkar tam mülkiyyətinə keçir. 2.4. 40.000 manatın Emreli (Mədətova) Elnurə Şaban qızına məxsus olan 1/2 pay hissəsi - 2 manat, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-339/2022 saylı icra sənədinə əsasən, Emreli (Mədətova) Elnurə Şaban qızının Tələbkar olan 22.950 (iyirmi iki doqquz yüz əlli min) AZN borcu ilə əvəzləşdirilir. Əlavə olaraq, borcun qalan hissəsi - 2950 (iki min doqquz yüz əlli) AZN pul vəsaiti Emreli (Mədətova) Elnurə Şaban qızı tərəfindən Tələbkar ödənilir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar