Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-162/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İcra məmuru Nəzrin İbişovanın iştirakı ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nəsimi rayon icra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon icra şöbəsinin icra məmuru Nəzrin İbişova məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)- 1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədin üzrə tələbin təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)- 1790/2020-023 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1995-ci ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Ağahaci oğlundan 18900 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu Ağahaci oğluna göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına kifayət qədər əsas olduğundan təqdimatın təmin edilməsi qənaətinə gəlir. Belə ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən əsasən xx.xx.1995-ci ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Ağahaci oğlundan 18900 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Nəsimi rayon icra şöbəsinin xx.xx.2020-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmış, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Nəsimi rayon icra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Borclu borcunu ödəməyəcəyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Fiziki şəxsin məlumatları barədə “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, borclunun əmək müqaviləsi üzrə işləməsi, pensiya alması, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, iş materiallarından göründüyü kimi, icra məmuru tərəfindən “İcra haqqında” Qanunun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın müvafiq normalarına uyğun olaraq məhkəməyə təqdimatla müraciət etməzdən əvvəl könüllü icra üçün bildiriş borcluya rəsmən təqdim edilmiş, borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi səbəblərinin olması müəyyən edilməmiş, borcluya “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi üçün müəyyən addımlar atılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda icra sənədi könüllü icra edilmədiyi hallarda məcburi icra tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş məcburi icra tədbirlərindən icra məmuru tərəfindən məhkəməyə hazırki təqdimatla müraciət etməmişdən əvvəl tətbiq edilməsini təsdiq edən sübutlar təqdimata əlavə edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, borclunun rəsmi iş yerinin, ona məxsus hər-hansı daşınmaz əmlakın olub-olmaması məsələsi və s. mühüm məsələlər kifayət qədər araşdırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq məhkəmə qərarında nəzərdə tutulmuş tələbi müəyyən edilmiş müddət ərzində icra etmədiyindən, məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanununun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi heç bir nəticə vermədiyindən, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olan hazırki təqdimat əsaslı hesab olunaraq təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1995-ci il tarixdə, Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №8(006)-162/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-162/2023
28.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver