Məhkəmə qərarları › İş №8(006)-164/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-164/2023

28.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-164/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İcra sənədi üzrə Borclu iştirakı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11296/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11296/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-11296/2019-002 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, dön. 11 ünvanında qeydiyyatda olan Borclu 2189.97 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında icra sənədi üzrə Borclu təqdimatı qəbul etmədiyini, özünü borclu hesab etmədiyini və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra sənədi üzrə tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə borclunun izahatını dinləyib, təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11296/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 2189.97 manat maddi zərər, 30 manat dövlət rüsumu, cəmi 2219.97 manat vəsait cavabdeh Borclu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11296/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmiş, həmçinin bank hesabları barədə də məlumat yoxdur. xx.xx.2027-ci ilədək istifadə müddəti olan C01683140 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportuna malikdir. İcra işinin materiallarında olan xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11296/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu icra sənədi üzrə borcu qəbul etməməsi, belə ki, heç kimə borcunun olmaması barədə həmin tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yazılı izahat vermiş və izahatını öz imzası ilə təsdiq etmişdir. İcra işinin materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənişlərin aparılması üçün bank rekvizitləri Nəsimi rayon İcra Şöbəsinə təqdim edilmişdir. İcra işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən Borclu məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. İcra işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-257/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11296/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu məcburi Nəsimi rayon İcra şöbəsinə gətirilməsi, qərardadın icrasının Nəsimi rayon İcra Şöbəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11296/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, 11 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11296/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, 11 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar