Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-165/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından borclu Ləğv prosesində olan Borclu ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan Borclu ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayətlə məhkəməyə müraciət edərək, LPO Borclu ASC-dən 44.450 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun Tələbkar xeyrinə ödənilməsi barədə Xətai rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək icra icraatının dayandırılmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətin araşdırılması zamanı aydın olmuşdur ki, borclu tərəfindən aidiyyət normalarına riayət edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli Plenum qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, iş üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələlərinin yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilməsi məhkəmələrə tövsiyə edilmişdir. Qeyd edilən qərarın məzmunundan görünür ki, işə baxan məhkəmə dedikdə birinci instansiya məhkəməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə məhkəmə qətnaməsi çıxarılmış və icra edilməsi üçün Xətai rayon icra şöbəsinə göndərilmişdir. Xətai rayon icra şöbəsinin müvafiq qərarından şikayət isə müvafiq məhkəməyə, yəni həmin qərarı qəbul etmiş Xətai rayon Məhkəməsinə göndərilir. Belə ki, məhkəmə qanunun analogiyasını tətbiq edərək borcluya icra məmurunun olduğu yer üzrə məhkəməyə (Xətai Rayon Məhkəməsinə) müraciət etməyini izah etməlidir. Odur ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, şikayət və ona əlavə olunmuş sənədlər ləğv prosesində olan Borclu ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə bağlı şikayət ləğv prosesində olan Borclu ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, ümumi qaydada yenidən Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-165/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-165/2024
31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver