Məhkəmə qərarları › İş №8(006)-166/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-166/2025

04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-166/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-127/2024-030 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş verilmiş e-2(006)-127/2024-030 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-127/2024-030 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar “Eldar Studio” və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Borclu qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 9220 (doqquz min iki yüz iyirmi) manat maddi ziyanın, 2500 (iki min beş yüz) manat mənəvi ziyanın, dövlət rüsumunun əvəzi kimi 125,16 (yüz iyirmi beş manat, on altı qəpik) manat, cəmi 11845,16 (on bir min səkkiz yüz qırx beş manat, on altı qəpik) manat pul tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında Borclu təqdimata etiraz etməyərək izahat vermişdir ki, icra şöbəsində borcunu ödəməkdən boyun qaçırmadığını, sadəcə hissə-hissə ödəməyə imkanı çatmadığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması ilə bağlı problem yoxdur. Qətnamə üzrə ödənişlər olmayıb. İcra şöbəsində izahat verdikdən sonra da qətnamə üzrə çıxarılmış borcdan heçnə ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, borclunun izahatını, icra işini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 9220 (doqquz min iki yüz iyirmi) manat maddi ziyanın, 2500 (iki min beş yüz) manat mənəvi ziyanın, dövlət rüsumunun əvəzi kimi 125,16 (yüz iyirmi beş manat, on altı qəpik) manat, cəmi 11845,16 (on bir min səkkiz yüz qırx beş manat, on altı qəpik) manat pul tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixdə Borclu tərəfindən yazılmış izahatdan görünür ki, borclu hal-hazırda heç bir yerdə işləmədiyini, maddi imkanının çox aşağı olduğunu, həmin tarixədək heç bir ödəniş etmədiyini, mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakların, hər hansı təşkilatlarda əmanət və ya qiymətli kağızlara sahib olmadığını bildirmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-127/2024-030 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli, e179714/2024-5-41-004 saylı bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-127/2024-030 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu tələbi icra etmək üçün vaxt verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlıdır və bu səbəbdən də icra məmurları tərəfindən həmin təqdimatlar yetərincə əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları, uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən öhdəliyin yerinə yetirilməsi üçün hər hansı bir addımın atılmamasını, borc məbləğinin çox olmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(006)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar