Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-167/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5247/2018 saylı icra sənədi üzrə Borclu səhmlərinin üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyev məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5247/2018 saylı icra sənədi üzrə Borclu səhmlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5247/2018-ci il tarixli icra sənədinə əsasən Borclu 161875 ABŞ dolları məbləğində pul vəsaiti Tələbkar1 və 107904 ABŞ dolları məbləğində pul vəsaiti Tələbkar2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. Borcluya icraata başlamaq haqqında qərar və bildiriş xx.xx.2020-ci il tarixdə rəsmi təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış lakin adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə şöbəyə dəvət edilmiş, o izahatlarında borcu ödəməyə imkanının olmadığını bildirmişdir. Bugünədək icra sənədinin icrası ilə əlaqədar Borclu161875 ABŞ dolları məbləğində pul vəsaitindən Tələbkar1 xeyrinə 4000 manat, 107904 ABŞ dolları məbləğində pul vəsaitindən Tələbkar2 xeyrinə 8800 manat ödəniş etmişdir. Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə izahat verərək 15238 ədəd səhm qiymətli kağız olduğu və bir qiymətli kağızın nominal dəyəri 2 manat olduğu göstərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun səhmlərinin üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq, Borclu məxsus olan səhmlərin üzərinə həbsin qoyulması barədə qərardad çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar1 nümayəndəsi və vəkili X3 izahatında bildirmişdir ki, təqdimatla razıdır və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək, təqdimatın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Hazırki halda məhkəmə təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 5247/2018 saylı icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Borclu əsas borc üzrə 150.000 (bir yüz əlli) ABŞ dolları, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 11875 (on bir min səkkiz yüz yetmiş beş) ABŞ dolları, cəmi 161.875 (bir yüz altmış bir min səkkiz yüz yetmiş beş) ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı Tələbkar1 verilməsi; cavabdeh Borclu əsas borc üzrə 100.000 (bir yüz min) ABŞ dolları, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 7904 (yeddi min doqquz yüz dörd) ABŞ dolları, cəmi 107.904 (bir yüz yeddi min doqquz yüz dörd) ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı Tələbkar2 verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bakı Apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Borclu tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5247/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilmiş və geri qaytarılmışdır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-4105/2022 qərardadın surətindən görünür ki, Borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında tərtib edilmiş protokolun İcra şöbəsinə qaytarılması qərara alınmışdır. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Borclu Masallı-Dəmir- Beton ASC-də 15238 ədəd səhmi var. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 3820,6 kv.m olan 10.0399 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Masallı-Dəmir-Beton ASC-yə məxsusdur. Təqdimata əlavə edilmiş 191144/2019-5-34 nömrəli İcra işindən görünür ki, Borclu "xxxx" MMC-də baş direktor vəzifəsində işləyir və əmək haqqısı 180 manat təşkil edir. Təqdimata əlavə edilmiş Depo hesabından çıxarışın surətindən görünür ki, Borclu bir qiymətli kağızın nominal dəyəri 2 manat olan 15238 ədəd qiymətli kağızı var. Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5247/2018 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli, 191144/2019-5-3 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir. Borclu icra məmurunun qərarını və tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Təqdimata əlavə edilmiş banklar tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış sorğuya cavab məktublarından görünür ki, Borclu adına heç bir bankda bank hesabı mövcud deyil. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1.3-cü maddəsində qeyd edilir ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Qeyd olunan Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu “X4” ASC-də olna səhmləri üzərinə həbs qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-45-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan “X4” ASC-də olan səhmlərin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-167/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-167/2023
18.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver