Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-168/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Tələbkarın nümayəndəsi X4, borclunun nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6390/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə qətnamənin hissə-hissə icra olunması barədə "xxxx" BOKT ASC-nin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu "xxxx" BOKT ASC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6390/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən, borclu "xxxx" BOKT ASC-dən Tələbkar xeyrinə ümumilikdə 82800 manat pul tutularaq tələbkara ödənilməlidir. Müəyyən edilmiş borc məbləğinin tam olaraq ödənilməsində maddi çətinlikləri vardır. Belə ki, "xxxx" BOKT ASC "xxxx" ASC-nin hüquqi varisi olaraq hazırda Əmanətlərin Sığortalanması Fonduna ********.78 manat X3 2425252.461 manat olmaqla ümumilikdə ********.46 manat məbləğində borcu vardır. Eyni zamanda digər təşkilatların qarşısında da müəyyən öhdəlikləri olduğu üçün məhkəmə qətnaməsi üzrə nəzərdə tutulan borcun bir dəfəyə ödənilməsində obyektiv çətinlik çəkirlər. Odur ki, məhkəmə qətnaməsinə əsasən tutulmalı olan borc məbləğinin ödənilməsində müəyyən gecikmələr olacaqdır. Pulun bir dəfəyə ödənilməsi hazırda mümkün deyildir. Çünki "xxxx" BOKT ASC "xxxx" ASC-nin hüquqi varisi olaraq hazırda bir çox öhdəlikləri icra etməlidir. Bundan başqa qeyd etmişdir ki, "xxxx" BOKT ASC artıq bir neçə ildir ki, mənfəətlə işləmədiyi üçün səhmdarlara da divident verə bilmir. Cəmiyyətin imtiyazlı səhmdarları tərəfindən də dividentin verilməsi üçün məhkəməyə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2644/2024 saylı qətnaməsinə əsasən ******* manat miqdarında pulun tutulması qət edilmişdir. Göründüyü kimi hazırda Cəmiyyətin maddi vəziyyəti olduqca ağırdır və borc öhdəlikləri kifayət qədər çoxdur. Göstərilənləri nəzərə alaraq borcun ödənilməsini müəyyən vaxt çərçivəsinə salınmasına zərurət vardır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6390/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinin hissə-hissə olmaqla, hər ay 5000 AZN ödənilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi X2 ərizəni müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6390/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən borclu "xxxx" BOKT ASC-dən Tələbkar xeyrinə ümumilikdə 82 800 manat pul tutularaq tələbkara ödənilməlidir. Müəyyən edilmiş borc məbləğinin bir dəfəyə tam olaraq ödənilməsində maddi çətinlikləri vardır. Belə ki, "xxxx" BOKT ASC "xxxx" ASCnin hüquqi varisi olaraq hazırda Əmanətlərin Sığortalanması Fonduna 19 960 079.78 manat və X3 2 425 252.461 manat olmaqla ümumilikdə 22 385 331.46 manat məbləğində borcu vardır. Eyni zamanda digər təşkilatlar qarşısında da müəyyən öhdəlikləri olduğu üçün məhkəmə qətnaməsi üzrə nəzərdə tutulan borcun bir dəfəyə ödənilməsində obyektiv çətinlik çəkirlər. Odur ki, Məhkəmə Qətnaməsinə əsasən tutulmalı olan borc məbləğinin ödənilməsində müəyyən gecikmələr olacaqdır. Pulun bir dəfəyə ödənilməsi hazırda mükün deyildir. Çünki yuxarıda da qeyd etdiyi kimi "xxxx" BOKT ASC "xxxx" ASC-nin hüquqi varisi olaraq hazırda bir çox öhdəlikləri ica etməlidir. Bundan başqa qeyd etmişdir ki, "xxxx" BOKT ASC artıq bir neçə ildir ki, mənfəətlə işləmədiyi üçün səhimdarlara da divident verə bilmir. Cəmiyyətin imtiyazlı səhmdarları tərəfindən də dividentin verilməsi üçün məhkəməyə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2644/2024 saylı Qətnaməsinə əsasən ******* manat miqdarında pulun tutulması qət edilmişdir. Göründüyü kimi hazırda Cəmiyyətin maddi vəziyyəti olduqca ağırdır və borc öhdəlikləri kifayət qədər çoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq borcun ödənilməsini müəyyən vaxt çərçivəsinə salınmasına zərurət vardır. Bütün bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X6 ərizəni qismən qəbul edərək borcun 6 aya bölünməklə borclu tərəfindən ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni icra edilməsinə möhlət verilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə hazırkı ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" BOKT ASC tərəfindən 5000 manat məbləğində borc ödənilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun icra edilməsinə möhlət verilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Yuxarıda qeyd olunanlar, həmçinin tələbkarın izahatı, borclunun borcun ödənilməsindən yayınmaması, tələbkarın buna etiraz etməməsini nəzərə alınaraq, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6390/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə tutulan və Tələbkar ödənilməli olan borc məbləği 6 ay bərabər bölünmək şərtilə hissə-hissə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu "xxxx" BOKT ASC tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6390/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan (müəyyən edilən) və Tələbkar ödənilməli olan borc məbləği 6 (altı) ay olmaqla bərabər hissələrə (miqdara) bölünmək şərtilə hissə-hissə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-168/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-168/2024
10.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver