Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-172/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İcra sənədi üzrə Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi” barədə təqdimata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, maddi zərərə görə 6.645 manat, mənəvi zərərə görə 100 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 18 manatı, cəmi 6763 manat məbləğində pul Borclu alınaraq Tələbkar ödənilməlidir. Həmin tutma Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı əsasında iş üzrə Borclu məxsus “Mazda 3” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə yönəldilmişdir. İş üzrə borclu qeyd olunan borcu tam şəkildə ödəmiş və bu barədə qəbzləri şöbəyə təqdim etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu icra sənədi üzrə borcu olmadığını bildirib, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra məmuru və icra sənədi üzrə tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri, icra işinin, 8(006)-58/2022 nömrəli işin və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cəmi 6763 manat məbləğində pulun Borclu alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. AR FHN X1 Görülməsi və X2 Agentliyi tərəfindən İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi tam icra olunmuşdur. Bununla bağlı əməkdaş Borclu əmək haqqı və digər gəlirlərindən tutulmuş məbləğlər barədə ödəniş sənədlərinin surəti məktuba əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. 8(006)-58/2022 nömrəli işin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Borclu məxsus “Mazda 3” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icra sənədi üzrə Borclu məxsus “Mazda 3” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclunun iş yeri olan AR FHN X1 Görülməsi və X2 Agentliyi müvafiq ödəniş tapşırıqlarını əlavə etməklə, icra sənədində göstərilən borcun təmin edilməsi barədə məktubla xx.xx.2024-cü ildə İcra şöbəsinə müraciət etmiş, beləliklə, xx.xx.2024-cü il tarixli qərarla qeyd olunan icra sənədi üzrə icraata xitam verilmişdir. İcraata xitam verilməsi barədə qərar tələbkar tərəfindən mübahisələndirilməmiş, məhkəmə tərəfindən ləğv edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, icra sənədində göstərilən tələb borclu tərəfindən təmin edildiyindən, hazırda borclunun tələbkara borcu qalmadığından və icra sənədinin icrasına xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş qərar qanuni olduğundan, icra məmurunun təqdimatı əsasında məhkəmənin müvafiq qərarı ilə borclunun əmlakının üzərinə qoyulmuş həbsin saxlanılmasına zərurət qalmamışdır. Buna görə də təqdimat əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməli və borclunun əmlakı üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 20.1, 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinin tələbinə müvafiq olaraq, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.4-20.5-ci maddələrinə görə, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.7-ci maddəsinin tələbinə müvafiq olaraq, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Beləliklə, məhkəmə bütün materiallara hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və icra sənədi üzrə Borclu məxsus “Mazda 3” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin, icra sənədi üzrə Borclu məxsus “Mazda 3” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-172/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-172/2024
21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver