Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-173/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralovun «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi»nə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov məhkəməyə təqdimatla müraciət edərək «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi» barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3010/2020-014 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu vurulmuş maddi ziyana görə 4500 (dörd min beş yüz) manat, hüquqi xidmətə görə 111 (bir yüz on bir) manat və 30(otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4641 (dörd min altıyüz qırx bir) manat məbləğində pul alınaraq Tələbkar oğluna ödənilməlidir.İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Borclu oğlundan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22AZ43CTRE******************** hesabına köçürülməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra’’ informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Volkswagen Golf” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Volkswagen Golf" minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Daha sonra həmin avtomobilin yeri tərəflərindən müəyyən edilərək qiymətləndirilməyə göndərilmiş, "xxxx" qiymətləndirmə və konsaltinq şirkətinin 0086/24 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən “Volkswagen Golf” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 3500 manat qiymətləndirilmişdir. Həmin maddənin tələbinə uyğun olaraq Nəsimi rayon İcra şöbəsi tərəfindən Tələbkar oğluna xx.xx.2024-cü İİ tarixdə e8137/2021-5-39-009 saylı bildiriş göndərilmiş, tələbkar bildirişi xx.xx.2024-cü il tarixdə qəbul edərək, həmin avtomobilin borc əvəzi olaraq, adına rəsmiləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilməli, Borclu məxsus olan “Volkswagen Golf" minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən təqdimatın təmin edilməsi, Borclu məxsus olan “Volkswagen Golf" minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Tələbkar oğluna və Borclu ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Nəsimi rayon İcra şöbəsi tərəfindən avtomobil xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə qiymətləndirilməsi üçün göndərilmişdir. "xxxx" Qiymətləndirmə və konsaltinq şirkətinin 0086/24 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən “Volkswagen Golf” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil 3500 manat olaraq qiymətləndirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan ilə ipoteka qoyanın qarşılıqlı razılığı əsasında 5 ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilatda satılmasına dair 5 təqvim günü ərzində icra məmuruna müraciət etmək hüququnun olması izah edilmişdir. Qanunvericiliyin tələbinə əsasən həmin əmlaklar hərraca çıxarılmamışdan əvvəl tələbkara təklif edilmişdir. Bu razılıq onunla borclu arasında göstərilən müddətdə əldə edilmədikdə həmin əmlakların hərracdan satılması üçün sifariş icra məmuru tərəfindən “icra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq hərrac orqanına göndəriləcəkdir. Təqdimata əlavə edilmiş Tələbkar tərəfindən yazılan xx.xx.2024-cü il tarixli ərizədən göründüyü ki, o, “Volkswagen Golf” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili borc əvəzi olaraq götürdüyünü bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin 8(006)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus olan və üzərinə həbs qoyulan “Volkswagen Golf" minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil icra sənədi üzrə borcun əvəzi olaraq Tələbkar oğluna təklif edilmiş və tələbkar bu təklifi qəbul edərək, həmin avtomobili əldə etmişdir. Göründüyü kimi tələb olunan borc avtomobillə əvəz edildiyi üçün həmin avtomobilin üzərində həbsin saxlanılması üçün zərurət aradan qalxmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra Vüqar Qaralovun «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi»nə dair təqdimatı təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus olan “Volkswagen Golf" minik markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Məhkəmə qərarları › İş №8(006)-173/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-173/2024
20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver