Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-177/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İcra sənədi üzrə Borclu iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi” barədə təqdimata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, maddi zərərə görə 6.645 manat, mənəvi zərərə görə 100 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 18 manatı, cəmi 6763 manat məbləğində pul Borclu alınaraq Tələbkar ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən “Mazda CX 5” markalı, 90OA448 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Borclu və başqa şəxslərə qadağan edilmişdir. İş üzrə Borclu qeyd olunan borcu tam şəkildə ödəmiş və bu barədə qəbzləri şöbəyə təqdim etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu icra sənədi üzrə borcu olmadığını bildirib, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra məmuru və icra sənədi üzrə tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri, icra işinin və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək “Mazda CX-5” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Borclu və başqa şəxslərə qadağan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. İcra işinin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cəmi 6763 manat məbləğində pulun Borclu alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. AR FHN X1 Görülməsi və X2 Agentliyi tərəfindən İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi tam icra olunmuşdur. Bununla bağlı əməkdaş Borclu əmək haqqı və digər gəlirlərindən tutulmuş məbləğlər barədə ödəniş sənədlərinin surəti məktuba əlavə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfin verdiyi ərizə əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək “Mazda CX-5” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Borclu və başqa şəxslərə qadağan edilmişdir. Hazırda icra məmuru təqdimat verərək, borclunun icra sənədi üzrə tələbi tam təmin etdiyindən iş üzrə icraata xitam verildiyini bildirərək, həmin qərardadın ləğv edilməsini tələb etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu tələb icra məmurunun səlahiyyətləri çərçivəsində olmadığından, təqdimat təmin edilə bilməz. Belə ki, mülki prosessual qanunvericilikdə müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ olan şəxslərin (tərəflərin, işdə iştirak edən şəxslərin, işdə iştirak etməyə cəlb edilməyən maraqlı şəxslərin və ya məhkəmənin təşəbbüsü ilə) dairəsi dəqiq müəyyən edildiyindən (MPM, maddə 162.1) və nə həmin, nə də icra haqqında qanunvericilikdə icra məmuruna belə bir hüquq (səlahiyyət, imkan) verilmədiyindən, onun belə təqdimatla məhkəməyə müraciət etməsi nəticəsində məhkəmənin həmin təqdimata mahiyyəti üzrə baxaraq təmin etməsi məqsədə müvafiq hesab olunmur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, iddia təmin (qismən) edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (MPM, maddə 162.4). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.4-cü maddəsinə görə, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır Beləliklə, məhkəmə göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-177/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-177/2024
21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver