Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-177/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İcra sənədi üzrə borclu (ərizəçi) X2 tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-127/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi”nə dair ərizəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə tələbkar (ərizəçi) X2 “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-127/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan 11845.16 manat pulun tutularaq Tələbkar verilməsi barədə qətnaməsinin hissə-hissə, hər ay stabil olaraq 50-100 manat məbləğində icra edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-127/2024 saylı qətnaməsi ilə X1 11845.16 manat pul tutularaq Tələbkar verilməsi qət edilmişdir. Həmin pulun ödənilməsindən boyun qaçırmır. Həmin pulun hissə-hissə ödənilməsini üzərinə öhdəlik götürür. Belə ki, ərizəçi tək qadındır. Heç bir yerdə işləmir, heç bir yerdən gəliri olmur. Yaxın qohumlarının köməkliyi və dəstəyi ilə gündəlik tələbatlarını ödəməyə çalışır. Eyni zamanda bu vəziyyət qısa müddət üçündür və iş yeri ilə təmin olunmağı üçün bütün cəhdlər edilmiş, müraciətlər olunmuşdur. Niyyəti icra işinin ləngidilməsi və ya hər hansı bir süni maneə yaratmaq deyil. Sadəcə maddi durumu ilə əlaqədar qərar qəbul etmiş məhkəməni məlumatlandırmaq və eyni zamanda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin hissə-hissə ödənilməsinə şərait yaradılması üçün məhkəmədən xahiş etməkdir. Ərizəçi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə borcludan 11845.16 manat pul tutularaq Tələbkar verilməsindən boyun qaçırmır. Daha sonra icra sənədi üzrə borclu (ərizəçi) X2 ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin qaytarılaraq, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edir ki, icra sənədi üzrə borclunun (ərizəçinin) imtinası məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun (ərizəçinin) ərizədən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra sənədi üzrə borclu (ərizəçi) X2 tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-127/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi”nə dair ərizəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-177/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-177/2025
29.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver