Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-18/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, Tələbkar iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1305/2024 saylı icra sənədinə izah verilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1305/2024 saylı icra sənədinə izah verilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkarlar Tələbkar və X3 ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədi icraata xx.xx.2024-cü il tarixdə daxil olduqdan sonra qanunamüvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin icra edilməsinə dair bildirişlə birlikdə borcluya göndərilmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra tədbiri xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilərək tərəflərə məktub göndərilmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədini icra etmək məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanında olarkən Borclu Tələbkar həmin ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evlərindən birini göstərərək oraya köçürülə biləcəyini bildirsə də, Tələbkar cehiz əşyalarının olduğu mənzilə köçürülməsini istəmişdir. Belə olan təqdirdə, icra sənədinin icrasında çətinlik yaranmış və izah verilməsi zəruridir. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsini rəhbər tutaraq, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evlərindən hansı mənzilə köçürülməni həyata keçirilməsinin müəyyən edilməsi qaydasına dair məsələyə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 ərizənin məzmununa uyğun izahat verdi və icra sənədinə izah verilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar cehiz əşyalarının olduğu evə köçürülməsini xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili X5 izahatında bildirmişdir ki, icra məmurunun iştirakı ilə ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə baxış keçirilmişdir. Həmin tikili bir-birindən təcrid olunmuş ayrı-ayrı mənzillərdir və Borclu valideynləri tərəfindən qalan evdir. ermənistandan gələn sakinlər isə həmin mənzildə kirayədə qalırlar. Tərəflər arasında nikah pozulmuşdur, mənzil isə birgə nikah dövründə əldə olunmamışdır. Tələbkar həmin mənzilə gəlin gəlmişdir. Belə olan halda köçürülmə qeyri-mümkündür. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə digər tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun və Tələbkar izahatlarını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1305/2024 saylı qətnaməsinə görə iddia təmin edilməli, iddiaçılar Tələbkar və X3 Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməlidirlər. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra həmin tarixdə icra sənədi tərtib edilərək, icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, e343113/2024-5-36- 001 saylı məktubuna görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1305/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə icra tədbirlərinin həyata keçiriləcəyi vaxt xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilmiş, tərəflərə bu barədə məlumat verilərək, iştiraklarının zəruri olduğu bildirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin əməkdaşlarının iştirakı ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta görə icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanda olmuşlar. Borclu Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanda 1 otaqlı mənzil təklif etsə də, Tələbkar həmin mənzildə yaşamaq istəmədiyini, digər cehizi olduğu mənzilə yerləşmək istədiyini bildirmişdir. Tərəflər aralarında razılığa gəlmədiklərindən ünvanın dədiqləşdirilməsindən ötrü məhkəmənin izah verməsi məqsədilə icra vaxtı təxirə salınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəfindən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 saylı Qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyətli olduqda işi həll etmiş, hakim (məhkəmə tərkibi) məhkəmənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Beləliklə işin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, tərəflər arasında yaranmış mübahisəyə dair 24 sentyabr 2024-cü il tarixdə qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmiş, lakin icra zamanı yaranmış çətinliklərə görə icra məmuru məhkəməyə müraciət edib, qətnaməyə izah verilməsini xahiş etmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçılar Tələbkar və X1 Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Mülki işə baxıldığı dövrdə tərəflər arasında yaranmış olan mübahisəyə düzgün qiymət verilməsi baxımından təkcə təqdim edilmiş sənədlər araşdırılmamış, eləcə də yerində müayinə aparılaraq, mübahisənin həllinə çalışılmışdır. Belə ki, iddiaçıların köçmək istədikləri fərdi yaşayış evi özbaşına tikili olmaqla, ünvan 2 ünvanda bir neçə tikili olduğu üçün iddiaçılar məhz daha öncədən yaşadıqları evə köçmək istədiklərini bildirmiş, yerində müayinə zamanı da sözügedən evin köhnə tikili olması və iddiaçıların izahatlarına əsasən özlərinə məxsus müəyyən əşya və əmlakların həmin tikilidə olması müəyyən edilmişdir. Baxmayaraq ki, qüvvədə olan qətnamə ilə iddiaçıların tələbi təmin edilərək, Bakı şəhəri Nəsimi rayonu R.Səfərov küçəsi 161B ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri mümkün hesab edilmiş, icra məmuru qətnamənin icrasını həyata keçirə bilməmişdir. Belə ki, tərəflərdən borclu İbrahim Qurbanov tələbkarların həmin ünvanda yerləşən 1 otaqlı evə köçürülə biləcəklərini bildirmiş, hansı ki, tələbkarların narazılığına səbəb olmuşdur. Tələbkarlar təklif edilən evə deyil, fərdi əşyalarının olduğu və uzun müddət yaşadıqları evə köçmək istədiklərini bildirmişlər. Tərəflər arasında mübahisənin məhkəmə qətnaməsi ilə həllinə nail olunmasına baxmayaraq, icra zamanı da eyni halların yaranmaması baxımından onların və icra məmurunun iştirakı ilə yerində müayinə aparılmış, yerində müayinə zamanı hər bir tərəf iddiaçıların daha öncədən yaşadığı evin onların fərdi əşyalarının olduğu evlə eyni olmasını təsdiqləmişlər. Buna görə də məhkəmənin qətnamə qəbul etməsi zamanı hər hansı qeyrimüəyyənliyə yol verməsi müəyyən edilməsə də, qətnamənin icrasına nail olmaqdan ötrü məhkəmə ərizəni təmin edib, iddiaçıların yenə eyni ünvanda yerləşən, lakin fərdi əşyalarının və Tələbkar cehiz əşyalarının olduğu evə köçürülmələrinə dair izah verməyi mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü i tarixli 2(006)-1305/2024 saylı icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun ərizəsi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1305/2024 saylı icra sənədinə “iddiaçılar Tələbkar və X3 ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan, iddiaçıların fərdi əşyalarının və Tələbkar cehiz əşyalarının olduğu fərdi yaşayış evinə köçürülsünlər” məzmununda izah verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 267-268, maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü i tarixli 2(006)-1305/2024 saylı icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun ərizəsi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1305/2024 saylı icra sənədinə “iddiaçılar Tələbkar və X3 ünvan 1 ünvanda yerləşən özbaşına tikili olan, iddiaçıların fərdi əşyalarının və Tələbkar cehiz əşyalarının olduğu fərdi yaşayış evinə köçürülsünlər” məzmununda izah verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-18/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-18/2025
18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver