Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-180/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, tələbkar "xxxx" MMC-nin vəkili Nümayəndə1, X1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə X1 Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 avtomobilin üzərinə həbs qoyulması barədə qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 avtomobilin üzərinə həbs qoyulması barədə qərarından şikayət verərək xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və borclu X10 məxsus "Leksus LX 570" minik markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X11 icraatında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-19/2023-049 nömrəli, xx.xx.2023-cü il tarixli,icra sənədi üzrə X9 mülkiyyətində olan “Leksus LX 570" markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə xx.xx.2025ci ildə həbs qoymuşdur. İcra məmuru "Leksus LX 570 ” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyarkən tərəflər arasında olan borc mübahisəni nəzərə almamışdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-19/2023- 049 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə "xxxx" MMC-nin müdiri X7 İradə Qayediyə 560895,75 manat borcu vardır və bu barədə olan icra vərəqəsi Səbail Rayon İcra Şöbəsinin icraatındadır. Yəni həmin məhkəmə qətnaməsinə əsasən İradə Qayedinin borcu cəmi 70000 manatdır. Belə vəziyyətdə 70000 borca görə İradə Qayediyə məxsus "Leksus LX 570" markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyması real vəziyyətə uyğun deyil. Nəzərə almaq lazımdır ki, icra məmuru Cəlaləddin Əliyev xx.xx.2025-ci ildə icra işlərinin bir icraatda birləşdirilməsini məqsədə uyğun hesab edərək icra işinin Səbail İcra şöbəsinə göndərilməsini qərara alıb. Yəni dolayısı ilə də olsa icra məmuru Qayedi İradənin əmlakının üzərinə həbs qoymaqda tələsik qərar qəbul etdiyini etiraf edib. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra məmuru yuxarıda göstərilən normaların tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Nümayəndə2 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. X2 borcu 560.895,75 manatdır. Eyni zamanda məhkəmənin qərarına əsasən 70000 manat da Qayedi İradədən alınıb Arzu Nuriyevanın direktoru olduğu "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə icraçısının qərarında da əks olunub ki, kimin kimə nə qədər borcu var. Buna görə maşınının üzərinə həbs qoyulması doğrudurmu? Əgər bu işlər bir icraatda olsa idi, maşının üzərinə həbs qoyulmayacaqdır. Balans çox kobud şəkildə pozulub. Bu hal gələcəkdə barışığın olmasının da qarşısını alır. Barışığa gedən adam həbs qoydurmaz. Ola bilər ki, gələcəkdə məhkəmədə borcun əvəzləşdirilməsi ilə bağlı iddia qaldırsınlar. İcra məmuru çox tələsib. Bəlkə də, Qayedi İradə 70 min manatı ödəyəcəkdi. Hesab edir ki, onun üzərinə həbs qoyulması düzgün deyil. Odur ki, məhkəmədən Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 avtomobilin üzərinə həbs qoyulması barədə qərarının ləğv edilməsi və borclu X10 məxsus "Leksus LX 570" minik markalı,9*0 FX 707 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin vəkili Nümayəndə1 məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X11 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni (şikayəti), ona əlavə edilmiş sənədləri və həmin şikayətin bağlı olduğu icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İcra işinin materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X5 X9 xeyrinə 560895,75 (beş yüz altmış min səkkiz yüz doxsan beş manat 75 qəpik) manat tutulması, X8 "xxxx" MMC-nin xeyrinə 70000 (yetmiş min) manat tutulması, X9 ödədiyi rüsumların əvəzi qismində 61,80 (altmış bir manat 80 qəpik) manat X5 X9 xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manatın 100 manatı X8 250 manatı X5 tutularaq Məhkəmə Ekspertiza Mərkəzi hesabına, mütəxəssisə ödəniləcək 200 manat Arzu Nuriyevadan tutularaq Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təslükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövlətsənayelayihə Dövlət Layihə İnistutunun hesabına köçürülməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası məqsədilə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli e9968/2024-5-34- 003 saylı bildirişinə əsasən borclu X10 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin könüllü icrası haqqında məlumat göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 xx.xx.2025-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanında qeydiyyatda olan borclu X10 məxsus”'Peugeot 206" minik, ** OV *** dövlət qeydiyyat nişanlı, "Ford Explorer" minik ** CJ *** dövlət qeydiyyat nişanlı və “Lexus LX 570” minik markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi, bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Mülki Məcəllənin: 24-cü maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Mülki Prosessual Məcəllənin: 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X5 X9 xeyrinə 560895,75 (beş yüz altmış min səkkiz yüz doxsan beş manat 75 qəpik) manat tutulması, X8 "xxxx" MMC-nin xeyrinə 70000 (yetmiş min) manat tutulması qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə icraya yönəldilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası məqsədilə icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası haqqında bildiriş borclu X10 göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən borclu X10 bildiriş verilməsinə baxmayaraq o, hər hansı bir ödəniş həyata keçirməmişdir. X1 nümayəndəsi eyni icra vərəqəsi üzrə X9 həm borclu, həm də tələbkar olmasını, tələbkar "xxxx" MMC-nin müdiri X17 Qayediyə 560895,75 manat borcunun olmasını bildirərək, borcun əvəzləşdirilməli olmasını, buna görə avtomobil üzərindən həbsin götürülməli olmasını bildirir. Məhkəmə qeyd edir ki, icra vərəqəsindən görünür ki, X5 X9 xeyrinə 560895,75 (beş yüz altmış min səkkiz yüz doxsan beş manat 75 qəpik) manat, X8 "xxxx" MMC-nin xeyrinə 70000 (yetmiş min) manat tutulmalıdır. Göründüyü kimi hər iki borc üzrə tərəflər eyni şəxs deyillər. Belə ki, İradə Qayedi hüquqi şəxs "xxxx" MMC-yə münasibətdə borclu olduğu halda, hüquqi şəxs kimi həmin MMC-nin özü deyil, direktoru X20 Qayediyə münasibətdə borclu kimi tanınmışdır. Mülki Məcəllənin hüquqi şəxsin anlayışından bəhs edən 43.1-ci maddəsində hüquqi şəxsin mülkiyyətində ayrıca əmlakının olması, öz öhdəlikləri üçün bu əmlakla cavabdeh olması, 52.2-ci maddədə isə hüquqi şəxsin təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh olmaması təsbit edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, fiziki və hüquqi şəxslər mülki hüquq münasibətlərinin müstəqil subyektləri qismində çıxış edirlər və belə olan halda Arzu Nuriyeva hüquq münasibətlərində iştirak edən fiziki şəxs olmaqla İradə Qayediyə, sonuncu isə hüquq münasibətinin müstəqil subyekti olan MMC-yə borcludur. Bu baxımdan hüquqi şəxslə onun direktorunun eyniləşdirilməsi istisna olunur və belə olan halda borcun əvəzləşdirilməsindən söhbət gedə bilməz. Belə olan halda, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X12 haqlı olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin təminatı kimi borclu X10 məxsus “Lexus LX 570” minik markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarı qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 avtomobilin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №8(006)-180/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-180/2025
11.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver