Məhkəmə qərarları › İş №8(006)-181/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-181/2022

07.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-181/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X3 iştirakları ilə Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayevin borclunun arvadına məxsus avtomaşının üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5349/2021 saylı, 03.06.2021-ci il tarixli icra sənədi üzrə Borclu həyat yoldaşı Maraqlı şəxs məxsus avtomaşının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5349/2021 saylı, 03.06.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 10.000 ABŞ dolları məbləğində pul alınaraq tələbkar X4 ödənilməlidir. İcra sənədi şöbənin icraatına 11.02.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Borclu 10.03.2022-ci il tarixdə şöbəyə gələrək izahatı alınmış və borc məbləğini ödəməyə imkanının olmadığını və heç bir ödəniş etmədiyini bildirmişdir. İcra sənədinin icrasının təmini məqsədi ilə 06.09.2021-ci il tarixdə borcluya məxsus əmlakların axtarılması haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə göndərilmiş, lakin qərar nəticə verməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “EMF” sisteminə əsasən Borclu həyat yoldaşı Maraqlı şəxs məxsus “X11” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən Borclu həyat yoldaşı Maraqlı şəxs məxsus “X11” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatın təmin edilməsinə etiraz edərək bildirmişdir ki, sözügedən avtomobil onun həyat yoldaşının mülkiyyətində deyildir. Həmin avtomobillə əlaqədar alqı-satqı müqaviləsi bağlanılmışdır. Qeyd olunanlara əsasən təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Eyni Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Göründüyü kimi icra məmuru tərəfindən borclunun bank hesablarında pul vəsaitlərinin olubolmaması araşdırılmadan “avtomobilin üzərinə həbs qoyulması” barədə təqdimat verilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmuru borclunun həyat yoldaşına məxsus avtomobilə həbs qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət etsə də, “X11” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həqiqətən də Borclu həyat yoldaşı Maraqlı şəxs sahibliyindən artıq çıxmasını nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 04.06.2022-ci il tarixli məktubundan görünür ki, “X11” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 16.01.2021-ci il tarixdən X1 adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə 16.01.2021-ci il tarixdən 16.02.2023-cü il tarixdən Borclu istifadəsinə verilməsi barədə DİN Baş X12 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5349/2021 saylı, 03.06.2021-ci il tarixli icra sənədi üzrə Borclu həyat yoldaşı Maraqlı şəxs məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5349/2021 saylı, 03.06.2021-ci il tarixli icra sənədi üzrə Borclu həyat yoldaşı Maraqlı şəxs məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar